Siyavuş Novruzov: “Milli şura”nın dağılması əvvəlcədən gözlənilən idi
28.01.2014 [09:10]
“Mənim ötən il “Milli şura” barədə dediyim fikirlər və praqnozlarım özünü doğrultdu. Mən demişdim ki, prezident seçkilərindən sonra “Milli şura”da heç kəs qalmayacaq. İndi dediklərim özünü doğrultdu. Buna görə baxarsınız, bir azdan mənə Nostradamus deyəcəklər”. Bunu Publika.Az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “EL” hərəkatının rəhbəri Eldar Namazovun “Milli şura”dan istefa verməsinə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, “Milli şura”nın dağılması əvvəlcədən gözlənilən idi: “Eyni adamlardır, neçə illərdir ki, təşkilatlarını dəyişə-dəyişə gəlirlər. Bunların bir marağı var. O da maddi maraqdır. Onların ümumxalq və ümumdövlət marağı yoxdur. Bunlar siyasəti özlərinə gəlir mənbəyi hesab edirlər. Cəmiyyətə bu və ya digər formada pafoslu fikirlər söyləmələrinə baxmayaraq, onların arxasında ancaq maddi maraqları dayanır. Bu da onun bariz nümunəsidir. İndi Azərbaycan xalqı bir daha şahid olsun ki, bunlar bu cür insanlardır”.
Eldar Namazovun istefa ərəfəsində ABŞ-ın Azərbaycandakı səfiri ilə görüş keçirməsi məsələsini də şərh edən S.Novruzov bildirib ki, əslində, bu barədə məlumatların yayılması “gözdən pərdə asmaq” məqsədi daşıyır. Onun sözlərinə görə, Eldar Namazov “Milli şura”da özünə çatan haqq hesabı çoxdan alıb: “Eldar Namazov hələ Gürcüstan səfərinə getməmişdən qabaq haqq-hesabını alıb. Rüstəm İbrahimbəyov da özünə çatanı alıb, indi də çəkilib dayanıb kənarda. İndi də Eldar Namazov kənara çəkilmək üçün istefa verdi. “Milli şura”da Müsavat partiyasına pul çatmasa da, ancaq bu partiyanın rəhbərinə haqq-hesab ödənilib. Digər nümayəndələrinə pul çatmadığı üçün Müsavat “Milli şura”dan uzaqlaşdı. Əli Kərimli də 8,5 milyon pul alıb. Yoxsa Əli Kərimlinin qara qaşına, qara gözünə görə o pul verilməyib ki? Əli Kərimli heç yerdə işləməyə-işləməyə bahalı maşında gəzir, mühafizəçisi var. Hələ arada “Azadlıq” qəzetinə pul yardımı da edir. Sual olunur ki, hardan alırsan bu pulları? Əgər həmin pullar üzvlük haqqından toplanırsa, o zaman bu bank vasitəsilə olmalıdır və bunun hesabatı ictimaiyyətə təqdim edilməlidir.
Ümumiyyətlə, “Milli şura”da təmsil olunan bir neçə şəxs pulu alıb öz aralarında bölüşüdürüblər. Bu pullar ayrı-ayrı xarici dairələrdən alınan vəsaitlər idi. Onlar pulu aıb bölüşdürəndən sonra aradan çıxdılar. İndi də Cəmil Həsənli ortada tək qalıb. Mən hələ ötən il demişdim ki, Cəmil Həsənli axırda tək qalacaq. Baxın, doğru çıxdı. İndi Cəmil Həsənli tərəzidə olan qoyun əti kimi ortada qalıb”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12

