Sahibə Qafarova: Ermənistan beynəlxalq ictimai rəyi çaşdırmaq istəyir
30.01.2014 [09:51]
“Zöhrabyana məsləhət görərdim ki, internetdə axtarış aparıb Serj Sarkisyanın yüzlərlə azərbaycanlı qadın, uşaq və yaşlının öldürüldüyü Xocalı qətliamında şəxsən iştirakı barədə verdiyi müsahibəni tapsın”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində “Avropada irqçilik və dözümsüzlüyün qarşısını almaq strategiyası”, “Polis irqçiliyinə qarşı mübarizə” haqqında məsələlər müzakirə olunub. Müzakirələrdə çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, qurumun Rasizm və Ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova deyib ki, müzakirə olunan məsələlər hazırda Avropada olduqca mühüm və aktualdır: “Məlumdur ki, son illərdə Avropa onun siyasi və demokratik stabilliyinə təsir göstərən iqtisadi və maliyyə böhranlarının səbəb olduğu bir sıra problemlərlə üzləşir. Bu problemlərdən biri cəmiyyətin bütün təbəqələrinə təsir göstərən irqçilik və irqi diskriminasiyadır və heç bir institut rasizmdən sığortalanmayıb. Assambleya hüquq-mühafizə orqanlarında irqçilik məsələsinə də diqqət yetirməlidir. Bu sahədə Avropa Şurasına üzv ölkələrdəki ən yaxşı təcrübələr müəyyən edilməli, bu problemin qarşısının alınması üsulları yaradılmalıdır”.
Daha sonra Ermənistan nümayəndəsi Naira Zöhrabyanın Azərbaycan haqqında fikirlərinə münasibət bildirən Sahibə Qafarova deyib ki, N.Zöhrabyan ermənilərə xas üslubda azərbaycanlılar haqqında yanlış fikirlər söyləyərək beynəlxalq ictimai rəyi çaşdırmaq istəyir. Onun sözlərinə görə, Zöhrabyanın fikirləri heç bir əsasa, məntiqə söykənmir. Millət vəkili deyib ki, Azərbaycan xalqı təkcə azərbaycanlılardan ibarət deyil, bizim cəmiyyətimiz çoxmədəniyyətlidir. Azərbaycan məscid, kilsə və sinaqoqun sülh içində birgə mövcud olduğu ölkələrdən biridir. Azərbaycan bir çox etnik qrupların vətənidir. Onlar yüzillər boyunca Azərbaycan torpaqlarında harmoniya şəraitində yaşayırlar. Azərbaycanda yaşayan yəhudilər, ruslar, gürcülər, ukraynalılar, ermənilər və digərləri bərabər hüquqlara malikdir: “Bu, bir həqiqətdir ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır və Ermənistandan və işğal altındakı Azərbaycan torpaqlarından 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Burada Azərbaycan haqqında yanlış məlumat verən xanım Zöhrabyana məsləhət görərdim ki, internetdə axtarış aparsın və Serj Sarkisyanın yüzlərlə azərbaycanlı qadın, uşaq və yaşlının öldürüldüyü Xocalı qətliamında şəxsən iştirakı barədə verdiyi müsahibəni tapsın. Onlar azərbaycanlı olduqları üçün öldürülüblər. Bu, irqçilikdir”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

