Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Finlandiyada yaşayan azərbaycanlılar və türklər Avropa Parlamentinə Xocalı soyqırımının tanınması ilə bağlı müraciət ediblər

Finlandiyada yaşayan azərbaycanlılar və türklər Avropa Parlamentinə Xocalı soyqırımının tanınması ilə bağlı müraciət ediblər

27.02.2014 [08:56]

Finlandiya Azərbaycanlıları Assosiasiyası (FAA) Helsinki şəhərinin “Caisa” mədəniyyət mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı” adlı sərgi keçirib.
AzərTAc xəbər verir ki, sərginin açılışında Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sərgidə AzərTAc-ın FAA-ya təqdim etdiyi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə çap olunmuş və Xocalı faciəsindən bəhs edən kitablar, broşürlər, qətliamı əks etdirən fotoşəkillər və sənədli film nümayiş olunub. Tədbir iştirakçıları Avropa Parlamentinə Xocalı soyqırımının tanınması ilə bağlı müraciət qəbul ediblər. Həmin müraciət Finlandiya parlamentinə və bu ölkədə fəaliyyət göstərən xarici səfirliklərə də göndərilib.
Finlandiya Azərbaycan Qadınları Cəmiyyətinin sədri Arzu Oqtay sərginin açılışında çıxış edərək 22 il bundan əvvəl törədilmiş Xocalı faciəsinin köklərinin əslində daha da keçmişə getdiyini vurğulayıb, ermənilərin əsrlər boyu türklərə nifrət bəslədiklərini bildirib.
Türkiyənin Finlandiyadakı səfiri Adnan Başağa Xocalı faciəsinin Xatın, Liditsa, Oradur soyqırımları kimi bəşəriyyət tarixinə düşmüş qanlı qırğınlarla bir sırada durğunu söyləyib. Bildirilib ki, hər kəs bu faciə ilə bağlı həqiqətləri başqalarına danışmalı və yaymalıdır. Bu işin daha da səmərəli olması üçün gənclər fəallıq nümayiş etdirməlidirlər.
Tədbirdə iştirak edən Tampere Universitetinin tibb fakültəsinin müəllimi Minə Eray çıxışında ermənilərin türklərə və azərbaycanlılara qarşı tarix boyu vəhşiliklər törətdiklərini deyib.

Paylaş:
Baxılıb: 895 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31