Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xocalıda insanları yalnız azərbaycanlı olduqları üçün qətlə yetiriblər

Xocalıda insanları yalnız azərbaycanlı olduqları üçün qətlə yetiriblər

27.02.2014 [09:33]

Fevralın 25-də Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Xocalı faciəsinin XX əsr tarixinin ən ağrılı və qanlı səhifələrindən birini təşkil etdiyini, Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində silah gücünə doğma torpaqlarından zorla çıxarılan bir milyondan artıq azərbaycanlının öz vətənlərində qaçqın və məcburi köçkün kimi yaşadıqlarını diqqətə çatdırıb.
Xocalı soyqırımından 22 il keçməsinə baxmayaraq, onun bütün dünyada yaşayan azərbaycanlıların xatirəsində əbədi iz qoyduğunu vurğulayan səfir bu faciəni bəşəriyyətə qarşı nifrət oyadan cinayət kimi dəyərləndirib, Xocalıda insanların yalnız azərbaycanlı olduqları üçün qətlə yetirildiklərini bildirib.
Diplomat deyib ki, Xocalı soyqırımı bundan əvvəl baş vermiş cinayətlərdən daha dəhşətlisidir. Faciə qurbanları və onların ailə üzvləri beynəlxalq təşkilatlardan soyqırımına ədalətli qiymət verilməsini gözləyirlər.
Xocalı soyqırımının beynəlxalq təşkilatlar tərəfindən tanınmasının vacibliyini vurğulayan səfir Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il dünyanın bütün ölkələrində müxtəlif tədbirlərin keçirildiyini və faciə qurbanlarının xatirəsinin yad edildiyini bildirib.
E.Əmirbəyov bu cinayəti törədənlərin bir gün ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə əminliyini ifadə edib.
Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diasporumuzun təmsilçiləri və tələbələr iştirak ediblər.

Paylaş:
Baxılıb: 888 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31