Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan İtaliyanın regionları ilə birbaşa əlaqələrin qurulmasında maraqlıdır

Azərbaycan İtaliyanın regionları ilə birbaşa əlaqələrin qurulmasında maraqlıdır

15.03.2014 [10:54]

Martın 14-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serakkianinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, X.Xələfov görüşdə Azərbaycanın İtaliya ilə münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Ölkəmizin İtaliyanın regionları ilə birbaşa əlaqələrin qurulmasında maraqlı olduğu qeyd edilib.
Debora Serakkiani ölkəmizə səfərindən məmnunluğunu bildirib, təmsil etdiyi regionun Azərbaycan ilə bir çox istiqamətlərdə, o cümlədən enerji, ətraf mühitin mühafizəsi, təhsil, səhiyyə və sənaye sahələrində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Xələf Xələfov qeyd edilən sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib.

Paylaş:
Baxılıb: 829 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31