Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İzmirdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirlib

İzmirdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirlib

01.04.2014 [09:30]

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Türkiyənin İzmir şəhərində Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyəti ilə İzmirdə təhsil alan azərbaycanlı tələbələr tərəfindən konfrans təşkil olunub.
Zəkəriya Doğan Mədəniyyət Evində təşkil olunan tədbirdə çıxış edən İzmir Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyətinin sədr müavini Cavid Əliyev son 200 il ərzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarından, o cümlədən, 31 Mart - 2 aprel 1918-ci il tarixində həyata keçirilən soyqırımdan danışıb: “Çox təəssüf ki, Sovet İttifaqı dövründə xalqların qardaşlığı adı altında azərbaycanlılara qarşı törədilən soyqırımlar bizlərə unutdurulub və bunun nəticəsində isə Xocalı soyqırımı başda olmaqla digər soyqırımları yaşamışıq”.
Daha sonra çıxış edən jurnalist-yazar Nigar Börək ermənilərin və onların havadarlarının azərbaycanlılara qarşı 2 əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədinin azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olduğunu qeyd edib. Nigar Börək erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel tarixlərində törətdikləri qırğınların kütləvi hal aldığını, silahlı erməni dəstələrinin dinc əhalini amansızcasına qətlə yetirdiklərini qeyd edib. Daha sonra o, qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımızın, o cümlədən, Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlının milli mənsubiyyətinə görə qəddarlıqla öldürüldüyünü nəzərə çatdırıb.
Daha sonra çıxış edən araşdırmaçı-yazar, Celal Bayar Universitetinin müəllimi İsmət Alpaslan da 31 mart soyqırımı, həmçinin, Nuru Paşa rəhbərliyindəki Qafqaz-İslam Ordusunun Azərbaycan hərəkatı və Bakının erməni-bolşevik işğalından azad edilməsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Paylaş:
Baxılıb: 814 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31