“Vətənə xəyanət edən qüvvələr indi çox narahatdırlar”
02.05.2014 [09:21]
“Vətənə xəyanət edən bir qrup şəxs istintaqa cəlb olunub. Bu şəbəkə çox genişdir və yoldaşlarının ifşa olunub üzə çıxarılmasında istintaqa yaxından kömək edirlər. Onlar bir-birilərinin əleyhinə ifadə verir, ad çəkirlər”. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Media forum” saytına belə deyib.
Siyavuş Novruzov bildirib ki, vətənə xəyanət edən şəbəkə üzvlərindən bir qrupu xarici ölkələrə qaçmaq istəyir, digərləri Azərbaycandakı xarici ölkə səfirlərinə sığınır, diplomatları məsələyə qoşurlar. YAP İcra katibinin müavini qeyd edib ki, istintaq getdiyinə görə hakimiyyət rəsmiləri xarici ölkələrə işləyən şəbəkənin fəaliyyəti haqda geniş danışmamağı üstün tuturlar: “Biz geniş açıqlama vermək istəmirik. İstintaq başa çatanda burada hansı qüvvələrin maraqlarının olduğu, həmin şəbəkəyə kimlərin, hansı ölkələrin maddi, siyasi, texniki dəstək verdiyi, onları kimlərin ortaya atdığı bəlli olacaq. Həmin qüvvələrin dəstəyi nəticəsində Vətənə xəyanət edən şəbəkə müxtəlif təşkilatlara, qurumlara Azərbaycan haqda dəqiq olmayan, qərəzli informasiyalar, hesabatlar göndərib, ölkənin imicinə zərbə vurmağa çalışıb. İstintaqın yekununda şəbəkənin arxasında duran qüvvələrin kimlər olduğu üzə çıxacaq. Həmin qüvvələr indi çox narahatdırlar”.
Millət vəkili hesab edir ki, Azərbaycan sovet sistemindən çıxıb müstəqillik qazandığı dövrdə müxtəlif dövlətlərin kəşfiyyat orqanları yaranmış boşluqdan istifadə edib və indi üzə çıxarılan şəbəkə ölkə müstəqillik qazandığı ilk illərdən fəaliyyət göstərir. O qeyd edib ki, xarici kəşfiyyat əvvəllər onlara işləyən qüvvələrdən istifadə edir: “Milli azadlıq hərəkatı zamanı və sonrakı dövrlərdə xarici ölkələrin kəşfiyyatları öz nümayəndələrini müxtəlif təşkilatlara yerləşdiriblər. Bəzi hallarda təşkilatın rəhbərləri də xarici kəşfiyyata işləyirdilər. Bu proses hazırda da davam edir. Bəzi partiyaların rəhbərləri, xüsusən də QHT sektorunda çalışan bəzi şəxslər xarici ölkə kəşfiyyatına xidmət edirlər.
İndi xarici kəşfiyyatın öz maraqlarını siyasi partiyalar vasitəsilə həyata keçirməsi bir o qədər də asan deyil. Ona görə də QHT sektoruna üstünlük verirlər. Əvvəla, QHT-ləri maliyyələşdirmək daha asandır, bununla bağlı qadağalar yoxdur, müxtəlif layihələr vasitəsilə onlara pul vermək mümkündür. Amma qanun siyasi partiyaların xaricdən maliyyələşdirilməsini qadağan edir. İkincisi, QHT-ləri müxtəlif yerlərə göndərmək, hansısa adlar altında gizlətmək daha rahatdır. Həmin qüvvələr QHT-lər vasitəsilə Azərbaycan əleyhinə iş aparmağa başlayıblar. İndi də hüquq-mühafizə orqanları onları ifşa edib”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

