/ / Vüqar Rəhimzadə: “Freedom House” ermənilərin, ermənipərəst və anti-Azərbaycan qüvvələrin əlində bir alətdir
Vüqar Rəhimzadə: “Freedom House” ermənilərin, ermənipərəst və anti-Azərbaycan qüvvələrin əlində bir alətdir
03.05.2014 [09:40]
“Demokratik inkişafa “Freedom House” “baxışı” hər zaman qərəzli, istinad mənbəyi isə dəyişməz olub”
“Freedom House” ermənilərin, ermənipərəst və anti-Azərbaycan qüvvələrin əlində bir alətdir”. Bunu SİA-ya “İki Sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.
Baş redaktorun sözlərinə görə, demokratik inkişafa “Freedom House” “baxışı” hər zaman qərəzli, anormal, subyektiv istinad mənbəyi isə dəyişməz olub: “Bunu təşkilatın ayrı-ayrı dövrlər üçün hazırladığı hesabatlara diqqət yetirsək aydın görmək olar. Bir halda ki, həmin hesabatlarda işğalçı Ermənistan demokratik inkişaf baxımından “azad ölkələr” sırasında yer alır, burada hansı obyektiv yanaşmadan, real münasibətdən söhbət gedə bilər? Bu və bu kimi bəzi beynəlxalq qeyri-hökumət təşkilatları antiazərbaycan, erməni və ermənipərəst qüvvələrin əlində bir alətdir. Bir əsas məqamı da qeyd etmək kifayətdir ki, qurumun hesabatlarında Dağlıq Qarabağ Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi təqdim olunur. Bu fakt “Freedom House”un mövqeyinə, hansı maraqlara xidmət etməsinə, istinad mənbəyinin hansı dairələr olmasına işıq salmırmı?
“Freedom House”un hər dəfə qərəzli, qeyri-obyektiv fikirləri özündə əks etdirən hesabatla çıxış etməsi digər beynəlxalq təşkilatlar tərəfindən də birmənalı qarşılanmayıb. Belə ki, demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurasının təmsilçiləri bildirirlər ki, “Freedom House”, “Amnesty İnternational” kimi təşkilatların “hesabatlarının” müəllifləri dəyişməzdir. Diqqət yetirdikdə, həmin “hesabatlarda” dəyişən yalnız illər olur. Adı çəkilən qurum məlum mənbələrə istinad edərək, Azərbaycanda demokratik inkişafın aşağı səviyyədə olduğunu, insan hüquqlarının, mətbuat azadlığının guya kobud şəkildə pozulduğunu iddia edir. Amma unutmaq olmaz ki, bu kimi sənədlər aparılan təhlillərin, araşdırmaların nəticəsində hazırlanmalıdır. Sual olunur-nə üçün “Freedom House” dağıdıcı ünsürlərin və onlarla həmrəylik nümayiş etdirən “hüquq müdafiəçiləri”nin əsas ümid yerinə çevrilib? Nə üçün bu təşkilatın hesabatları yalnız dağıdıcı ünsürlərin tabeliyində olan mətbu orqanlarda geniş yer alıb, ətrafında müzakirələr aparılır. “Freedom House”un hesabatı qərəz, qeyri-obyektiv və eyni zamanda subyektiv mülahizələrin toplusudur, reallıqdan uzaqdır, qərəzdən yaranan dezinformasiyadır. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir, hər bir sahənin inkişafına xidmət edən Dövlət proqramları icra olunur, təkmil qanunvericilik bazası mövcuddur. Azərbaycanda bütün azadlıqlar var. Cəmiyyət qanunlarla idarə olunur. Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. “Fredoom House” kimi təşkilatların qərəzdən qaynaqlanan hesabatları Azərbaycan haqqında hansısa mənfi rəyi yaratmaq imkanında deyil. Azərbaycan müstəqil, hüquqi dövlətdir, modernləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edir”.
Həmin hesabatda yer alan ölkəmizdə internet azadlığının mövcud olmaması ilə bağlı fikirlərə gəlincə Vüqar Rəhimzadə qeyd edib ki, fərziyyə, qərəzdən irəli gələn dezinformasiyalar heç zaman reallıq kimi qəbul oluna bilməz, ictimai fikrə təsir etmək gücündə deyil: “Müasir dövr informasiya-kommunikasiya texnologiyaları əsridir. Hər bir ölkənin inkişafında, tərəqqisində İKT-nin rolunu önə çəkən dövlət başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət göz önündədir. 2013-cü ilin ölkəmizdə “İKT ili” elan olunması da dövlətimizin bu sahənin inkişafına diqqət və marağının təsdiqidir. “İKT ili”ndə Azərbaycanın əldə etdiyi ən mühüm uğurlardan biri ilk telekommunikasiya peykinin orbitə çıxarılması oldu. Bu, iqtisadiyyatın şaxələndirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım kimi dəyərləndirildi.
Bu uğurlarımızın fonunda “Freedom House”un öz hesabatında ölkəmizdə internet azadlığının mövcudluğuna kölgə salmaq cəhdi təəccüb doğurmur. Çünki bir halda ki, qurumun Azərbaycana qarşı mövqeyi qərəzə, inkara əsaslanır, bu halda belə bir təşkilatdan obyektiv rəy gözləmək sadəlövhlük olar. Bu fikir dövlət başçısı İlham Əliyevin çıxışlarında da öz əksini tapır ki, Azərbaycanda mətbuat azadlığı sahəsində problem axtaran təşkilatlar yaxşı olar ki, öz ölkələrində baş verən olaylara, demokratiyanın inkişaf səviyyəsinə diqqət yetirsinlər. “Ədalət ən böyük meyardır” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, hər bir ölkəyə vahid meyarlarla yanaşılmalıdır. Möhtərəm Prezidentimiz bildirir: “Azərbaycanın yerləşdiyi bölgədə, qonşuluqda yerləşən ölkələrdə problemlər bizim problemlərdən az deyil. Bəzi hallarda o məsələlərə göz yumulur, yaxud da ki, yanlış məlumat təqdim olunur. Azərbaycanda isə xırda məsələ ilə bağlı böyük hay-küy salınır”. Bu, təbii ki, ölkəmizə qarşı aparılan ədalətsiz mübarizədir. Ölkə Prezidenti böyük inam və qətiyyətlə bildirir ki, biz bu mübarizəyə hazırıq və bu mübarizəyə qarşı ancaq öz siyasətimizi, sözün yaxşı mənasında, inadkarlığımızı qoymalıyıq və qoyuruq ki, Azərbaycanın maraqlarını müdafiə edək.
Reallıq budur ki, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və onların son on ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizdə internet azaddır, heç bir məhdudiyyət yoxdur. Məhz bu sahədə görülən işlərin uğurlu nəticəsidir ki, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır. Ölkəmizdə internet istifadəçiləri 70 faizdən çoxdur. Bu günün əsas tələbi budur ki, hansı ölkə informasiya bolluğuna malikdirsə, daha güclü qəbul olunur və dəyərləndirilir. Təbii ki, faktlara əsaslanan, reallığı özündə əks etdirən informasiyanın təsir imkanları daha geniş olur. “Freedom House” ölkəmizdə azad mətbuatın inkişafına kölgə salmaqla istinad mənbəyinin hansı qüvvələr olduğunu açıq-aşkar büruzə verir. Bu kimi qərəzli hesabatlar adı çəkilən quruma nüfuz, baş ucalığı gətirə bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

