/ / Professor Əli Həsənov: Azərbaycan Respublikasının ekoloji təhlükəsizlik siyasəti uğurla həyata keçirilir
Professor Əli Həsənov: Azərbaycan Respublikasının ekoloji təhlükəsizlik siyasəti uğurla həyata keçirilir
17.05.2014 [11:15]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun “strategiya.az” saytında “Azərbaycan Respublikasının ekoloji təhlükəsizlik siyasəti” adlı məqaləsi yayımlanıb. Məqalənin giriş hissəsində XXI əsrin ən aktual problemlərindən olan, ciddi müzakirə predmetinə çevrilən ekoloji təhlükəsizliyin mahiyyətindən bəhs edilib və bildirilib ki, vaxtında həllini tapa bilməyən və kiçik bir təbiət hadisəsi kimi izah olunan bəzi ekoloji problemlər indi artıq bəşəriyyət qarşısında qlobal, qarşısıalınmaz fəlakətlərlə başa çata biləcək prosesə çevrilib.
Məqalədə Azərbaycanın ekoloji vəziyyətindən və bu sahədə təhlükəsizliyin təmin olunması istiqamətində görülən sistemli işlərdən bəhs edilib. Qeyd olunub ki, Azərbaycanın müstəqillik illərində formalaşdırdığı ekoloji təhlükəsizlik siyasətinin əsas istiqamətlərini respublika ərazisində ekoloji vəziyyətin sağlamlaşdırılması, su ehtiyatlarının çirklənməsinin və torpaqların aşınmasının qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, atmosfer havasının mühafizəsi, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, sənaye və məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və s. təşkil edir.
Müəllif qeyd edib ki, müasir dövrdə yaranmış ekoloji və sosial-iqtisadi vəziyyət nəzərə alınaraq, Azərbaycanın ekoloji siyasəti aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
* ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və onun mühafizəsinin tənzimlənməsi məqsədilə mütərəqqi üsulların tətbiq edilməsi;
* indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii ehtiyatlardan və tükənməyən alternativ enerji mənbələrindən istifadə olunması;
* qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi və s.
Professor Əli Həsənov antropogen təsirlər nəticəsində çirklənmiş ərazilərin təmizlənməsi, SSRİ dövründən respublikanın sənaye müəssisələri ərazilərində yığılıb qalmış təhlükəli istehsal tullantılarının zərərsizləşdirilməsi, şirin su ehtiyatlarının qorunması və səmərəli istifadəsi, həmçinin, əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunması, Xəzərin ekologiyasının qorunması və yaxşılaşdırılması üçün görülən tədbirlərdən yazıb.
“Ekoloji təhlükəsizlik sahəsində vəziyyət və aparılan işlərin qısa təhlilindən aydın olur ki, Azərbaycanın davamlı iqtisadi inkişafı ölkənin ekoloji təhlükəsizliyinin təmin olunmasına, ətraf mühitin mühafizəsi və sağlamlaşdırılmasına, əhalinin sağlamlığının təmin edilməsinə, ardıcıl və səmərəli ekoloji təhlükəsizlik siyasətinin yürüdülməsinə və s. vacib həyati məsələlərin həllinə öz müsbət təsirini göstərmişdir. Hər bir ölkədə ekoloji təhlükəsizliyin təmin olunması yönündə atılan addımlar isə ümumdünya səviyyəsində qlobal ekoloji problemlərin həllinə və bütövlükdə bəşəriyyətin sağlam gələcəyinin təmin olunmasına layiqli töhfəsini verir” - deyə, məqalədə qeyd olunub.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33

