/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib
30.12.2014 [09:45]
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr edilmiş tədbir keçirib.
RAGB İdarə Heyəti Şurasının üzvü Emin Hacıyev tədbiri açaraq Birliyin sədri Leyla Əliyevanın adından bütün qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib və təşkilatın 2014-cü ildəki fəaliyyəti barədə məlumat verib. E.Hacıyev deyib: “2014-cü il Azərbaycan üçün uğurlu olub. Ölkəmizə görə qürur duymaq üçün səbəb çoxdur. 2015-ci ildə Azərbaycanda Birinci Avropa Oyunları keçiriləcək. Əminəm ki, gələcəkdə Azərbaycan digər qlobal layihələrdə də fəal iştirak edəcək. Bütün bu uğurların rəhni ölkəmizin Prezidenti İlham Əliyevin yürütdüyü səmərəli daxili və xarici siyasətdir”.
O vurğulayıb ki, başa çatmaqda olan il RAGB üçün də uğurlu olub. Rusiyanın Azərbaycanlı Gənclər Birliyi bir sıra yeni layihələrə başlayıb və həyata keçirib. RAGB üzvlərinin sayı ilbəil artır. Hazırda Rusiya Federasiyasının 70-dən çox regionunda bu təşkilatın bölmələri fəaliyyət göstərir. RAGB RF-nin ictimai birlikləri və ali təhsil müəssisələri ilə əməkdaşlıq edir.
E.Hacıyev deyib: “Bütün bunlar bizim liderimiz Leyla Əliyevanın sayəsində mümkün olub. O, Rusiyanın ən müxtəlif guşələrində yaşayan azərbaycanlı gəncləri birləşdirməyə müvəffəq olub”.
Sonra Moskva ali məktəblərinin Azərbaycan klublarının nümayəndələri və RAGB-nin regional bölmələrinin rəhbərləri çıxış ediblər.
Rəsmi hissə başa çatandan sonra “Azərbaycan” ansamblının ifasında milli musiqi və rəqslərdən ibarət konsert olub. Daha sonra RAGB fəalları bayram tortunu kəsiblər.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri və RAGB fəalları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54

