Azərbaycanın xarici işlər naziri Marneulidə soydaşlarımızla görüşüb
23.02.2015 [10:37]
Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 20-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda soydaşlarımızla görüşüb.
Görüşdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, səfir Azər Hüseyn, Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlar, Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, Gürcüstan Baş nazirinin müşaviri Savalan Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
E.Məmmədyarov Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin xarici ölkələrdə yaşayan soydaşlarımıza, eləcə də Gürcüstandakı azərbaycanlılara daim diqqət və qayğı göstərdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın dövlət və hökumət rəsmilərinin tez-tez Gürcüstana səfər etmələri, belə görüşlərin təşkili bunun əyani sübutudur.
Nazir Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən və Gürcüstanın da iştirak etdiyi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP və digər layihələrin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu layihələr Azərbaycanda və Gürcüstanda yaşayan xalqların sosial-iqtisadi, mədəni inkişafına təkan verəcək.
Görüşdə iştirak edən soydaşlarımız Azərbaycan dilində mükəmməl bilən kadrların hazırlanmasından, təhsil müəssisələrinin Azərbaycan dilində dərsliklərlə təmin olunmasından, səhiyyə, kənd təsərrüfatı və s. sahələrdə mövcud olan problemlərdən danışıblar.
Mahir Məmmədov məlumat verib ki, SOCAR-ın Gürcüstan nümayəndəliyi fəaliyyətə başladığı 2006-cı ildən bu günədək azərbaycanlıların işsizlik, təhsil və digər problemlərini daim diqqət mərkəzində saxlayıb. Bu gün SOCAR-ın Gürcüstan nümayəndəliyinin müəssisələrində çalışanların 700-dən çoxu azərbaycanlılardır və onların da 218 nəfəri mühəndis və texniki işçilərdirlər. SOCAR-ın maliyyə dəstəyi hesabına Gürcüstanın nüfuzlu ali təhsil ocaqlarında 1650 tələbə təhsil alır. Nümayəndəlik soydaşlarımızla bağlı yeni layihələr üzərində çalışır.
Bildirilib ki, bu ölkədə yaşayan soydaşlarımızın kənd təsərrüfatı sahəsindəki problemlərinin həllinə kömək məqsədilə regionda böyük soyuducu anbar tikilir.
Sonra komitə sədri Ramiz Həsənov, səfir Azər Hüseyn soydaşlarımızın qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.
E.Məmmədyarov bu məsələlərin bir daha nəzərdən keçiriləcəyini və öz həllini tapacağını bildirib.
Marneulidə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, bu cür səfərlərin və görüşlərin əhəmiyyətini qeyd ediblər.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

