Səməd Seyidov: Avropa Parlamentində keçirilən dinləmələr iflasla nəticələnib
12.06.2015 [09:29]
“Avropa Parlamentində Azərbaycanın və Avropa Oyunlarının əleyhinə çıxış edən deputatlar Avropanın və Avropa Birliyinə daxil olan ölkələrin gələcəyini başqa ölkələrdən təcrid edirlər. Avropanı başqa ölkələrlə üz-üzə qoyurlar. Avropanın içərisində onsuz da problemlərin olduğu vaxtda daha çox problemlər yaradırlar. Onlar əslində problemləri bizim üçün yox, özləri üçün yaradırlar”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iyunun 10-da Avropa Parlamentində “İdman və insan haqları” mövzusunda Azərbaycanla bağlı dinləmələrə münasibət bildirərkən deyib.
S.Seyidovun fikrincə, bu, faktiki olaraq anti-Azərbaycan yox, Avropanın içərisində anti-Avropa fəaliyyətidir. O bildirib ki, Azərbaycanla bağlı keçirilən dinləmələr tamamilə iflasa uğrayıb: “Ona görə ki, çıxış edən 33-35 nəfərin təxminən 15 nəfəri Azərbaycanda keçirilən Avropa Oyunlarını müsbət qiymətləndirdilər, Azərbaycana qarşı belə təzyiqlərin düzgün olmadığını, Azərbaycanla dialoqun zəruriliyini, Azərbaycanın Avropanın bayrağını yüksəltdiyinə görə ona minnətdarlıq düşdüyünü vurğuladılar. Mən əvvəldən axıra kimi bu dinləmələri izlədim. Eyni zamanda bu, onu da göstərdi ki, Avropa Parlamentinin içərisində artıq proseslər tamamilə başqa cür getməyə başlayıb. Məsələn, iki gün bundan öncə Lunaçek başda olmaqla, istədilər Azərbaycanla bağlı xüsusi qətnamə qəbul etsinlər. Amma keçmədi, alınmadı. Dinləmələr təşkil olundu və bunlar elə bildilər ki, eyni istiqamətdə Azərbaycana qarşı faktlar tapıb çıxış edəcəklər. Lunaçek başda olmaqla, o deputatların Azərbaycana qarşı qərəzli kampaniyası dəstək almadı. Hətta orada müzakirələr zamanı Avropa Parlamentinin deputatlarının suallarına cavab verərkən nümayəndələrdən biri dedi ki, Azərbaycanı təcrid etmək düzgün deyil, dialoq aparılmalı və münasibətlər normallaşdırılmalıdır. O bildirdi ki, “bəsdir Azərbaycanı öyrətdik, biz başqalarını öyrətdikcə özümüz onlardan təcrid olunuruq”. Bu, onu göstərir ki, artıq avropalı deputatlar hər şeyi başa düşməyə başlayıblar. Anlamağa başlayıblar ki. Azərbaycanın siyasəti düzgündür və biz kiməsə qarşı qərəzli siyasət aparmırıq, maraqlarına toxunmuruq”.
S.Seyidovun sözlərinə görə, Azərbaycan öz maraqlarını qoruyur və Avropa dəyərlərini ucaldır: “Bu dinləmələr bir daha göstərdi ki, Azərbaycana qarşı təzyiqlərin əsasında erməni lobbisinin, Azərbaycanı istəməyən qüvvələrin Azərbaycana qarşı apardığı siyasət dayanır. Öz vəsaitini ortaya qoyaraq Avropa bayrağını Azərbaycan bayrağı ilə birgə yüksəldən Azərbaycana qarşı işləyən qüvvələr əslində Avropaya qarşı işləyən və erməni dəyirmanına su tökən insanlardır. Biz gələcəkdə hansısa məsələlərə yanaşanda artıq bu şəxslərlə bağlı konkret olacağıq. Ona görə də bizim bu quruma yox, oradakı bəzi şəxslərə qarşı mövqeyimiz qəti olacaq”.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53

