/ / Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə Türkiyənin Yüksək Yurisdiksiya Məhkəməsi arasında əməkdaşlığa dair protokol imzalanıb
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə Türkiyənin Yüksək Yurisdiksiya Məhkəməsi arasında əməkdaşlığa dair protokol imzalanıb
15.12.2015 [10:25]
Dekabrın 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə Türkiyə Respublikası Yüksək Yurisdiksiya Məhkəməsi arasında əməkdaşlıq niyyətləri haqqında Protokol imzalanıb.
AZƏRTAC xəbər verir ki, Protokolu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Türkiyə Respublikasının Yüksək Yurisdiksiya Məhkəməsinin sədri Sərdar Özgüldür imzalayıblar.
Mərasimdə çıxış edən Fərhad Abdullayev bu sənədin imzalanmasının ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha bir göstəricisi olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladan Konstitusiya Məhkəməsinin sədri Azərbaycan ilə Türkiyə arasında qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib. Bildirib ki, bu ilin noyabrında “Böyük İyirmiliy”in Antalyada keçirilən Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunması, həmçinin bir neçə gün əvvəl qardaş ölkənin Baş naziri Əhməd Davudoğlunun Bakıya səfəri dostluq və qardaşlıq münasibətlərinin təzahürüdür.
F.Abdullayev qardaş ölkələrimiz arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın da yüksək səviyyədə olmasını məmnunluqla vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Türkiyənin yüksək məhkəmə orqanları ilə həm ikitərəfli qaydada, həm də üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir. Sədr imzalanan Protokolun hər iki məhkəmə arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağına əminliyini bildirib.
Türkiyənin Yüksək Yurisdiksiya Məhkəməsinin sədri Sərdar Özgüldür ölkəmizin sürətli inkişafından, əldə etdiyi uğurlardan məmnunluğunu vurğulayıb. Qardaş ölkələrimiz arasındakı münasibətlərin inkişafında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayan qonaq son dövrlərdə beynəlxalq münasibətlərin gərginləşməsinə, dünyada və regionda bir sıra böhranların, münaqişələrin yaşanmasına baxmayaraq, Azərbaycanın və Türkiyənin dostluq və qardaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyini bildirib.
Bu il yaradılmasının 70 illik yubileyini qeyd edən Türkiyə Yüksək Yurisdiksiya Məhkəməsinin fəaliyyəti barədə məlumat verən Sərdar Özgüldür imzalanan Protokolun hər iki qurumun əməkdaşlığının dərinləşməsinə, habelə ölkələrimiz arasında məhkəmə-hüquq sahəsində münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminliyi diqqətə çatdırıb.
Sonda Türkiyə Yüksək Yurisdiksiya Məhkəməsinin nümayəndə heyətinin üzvləri Konstitusiya Məhkəməsinin inzibati binası ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54

