/ / YAP-ın gəncləri Azərbaycanın haqq işinin müdafiə olunması üçün əllərinə silah alıb orduya getmək iradəsini nümayiş etdirirlər
YAP-ın gəncləri Azərbaycanın haqq işinin müdafiə olunması üçün əllərinə silah alıb orduya getmək iradəsini nümayiş etdirirlər
05.04.2016 [10:33]
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov partiyanın Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun təşkilatlarının fəal gəncləri ilə görüş keçirib
Dünən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon təşkilatlarının fəal gəncləri ilə görüş keçirib.
Tədbirdə öncə dövlət himni səsləndirilib. Həmçinin torpaqlarımız uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov son vaxtlar cəbhə bölgəsində baş verən hadisələrin gənclər tərəfindən diqqətlə izlənildiyini bildirib. S.Orucov qeyd edib ki, son günlər Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vurur. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın güclü ordusu yaradılıb: “Bu ordu düşmənin layiqli cavabını verir. Biz Prezident, Ali Baş Komandan İlham Əliyevin əsgəri olmaqdan qürur duyuruq. Bu gün YAP-ın çoxminli gənc üzvləri əlinə silah alıb döyüşə getməyə hazırdır”.
Görüşdə YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin sədri Yapon Hacıyev, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvü Günay İmanova, YAP Zəngilan rayon təşkilatı Gənclər Birliyinin üzvü Şənlik Əliyev, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü Nərgiz Məmmədova və YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin üzvü Cavanşir Yaşarlı çıxış edərək ordumuzun uğurlarından qürur duyduqlarını, Ali Baş Komandanın əmri ilə döyüşə getməyə hazır olduqlarını bildiriblər.
Tədbirdə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov belə görüşün keçirilməsinin əhəmiyyətli olduğunu deyib. Onun fikrincə, cəbhə xəttində yaranmış vəziyyətlə əlaqədar gənclərin mövqeyi onların nə qədər vətənpərvər ruhda olmasının göstəricisidir: “Bugünkü çoşqu, sevinc bir daha təsdiqləyir ki, Azərbaycan xalqı son 25 ilin həm həyəcanlı, həm də gələcəyə böyük ümidlə baxmaq üçün ciddi əsaslar verən günlərini yaşamaqdadır. Eyni zamanda, bu coşqu, həyəcan bizim hamımıza bundan əvvəl də məlum olan bir həqiqəti bir daha etiraf etmək üçün ciddi əsaslar yaradır. Dövlətimizin cəbhə bölgəsində Azərbaycanın ərazilərini qoruyan, ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan ordusu ilə yanaşı, 600 mindən çox Azərbaycan vətəndaşını birləşdirən digər bir ordusu da var ki, bu, Yeni Azərbaycan Partiyasıdır. Yeni Azərbaycan Partiyası adlanan ordu təkcə ideoloji cəbhədə deyil, həm də döyüş cəbhəsində öz üzərinə düşən vətəndaşlıq mövqeyini ifadə etməyə və vətəndaşlıq vəzifələrini yerinə yetirməyə hazırdır. Qürur hissi ilə qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyasının sıralarında birləşən gənclərimiz bu hisslər və duyğularla yaşayırlar”.
Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz müharibə istəmirik. Amma Azərbaycan işğal altında olan torpaqlarını istənilən yolla azad etməyə hazırdır. “Çox qürurverici haldır ki, Azərbaycan ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə qadir olduğunu nümayiş etdirdi. Azərbaycan Ordusu düşmənin təxribatına layiq olduğu cavabı verdi. Güman edirəm ki, düşmən aldığı cavabı, zərbəni uzun müddət unutmayacaq. Cəbhədə həlak olan əsgərlərimizə Allahdan rəhmət diləyir, onların yaxınlarına başsağlığı veririk. Gənclərimizin həlak olması bizi kədərləndirir. Hər bir gənc Azərbaycan vətəndaşıdır, bir ananın, atanın övladıdır. Təbii ki, insanın həlak olması böyük faciədir. Amma Vətən, torpaq uğrunda insanın həlak olması isə böyük məna kəsb edir. Azərbaycan vətəndaşları şəhidlik zirvəsinə yüksəlməyi özlərinin mövcudluğunun ən yüksək ifadəsi hesab edirlər. Şəhid verməyi bacaran xalq yenilməzdir. Azərbaycan xalqı şəhid verməyi bacardığını dəfələrlə sübut edib. Bu sübutlardan biri də bu günlərdə cəbhə xəttində yaşananlardır. Bu, onu göstərir ki, Azərbaycan xalqını heç zaman məğlub etmək mümkün deyil. Azərbaycan xalqı mərd və yenilməzdir. Əgər bu gün biz münaqişənin dinc yolla nizama salınmasının tərəfdarı olduğumuzu bildiririksə, bu, yalnız və yalnız qan tökülməsini, gənclərimizin, insanların həlak olmasını istəməməyimiz ilə bağlıdır. Əgər münaqişəni dinc yolla həll etmək imkanları tükənərsə, o zaman torpaqlarımızı işğaldan azad etmək üçün digər variantdan istifadə edəcəyik”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, Azərbaycan Ordusu Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qüdrətlənib, yenilənib, maddi-texniki bazasını dünya standartlarına uyğun şəkildə möhkəmləndirib. Onun sözlərinə görə, ordumuzun döyüş qabiliyyəti artıb: “Hərbi güc və digər parametrlərə görə Azərbaycanın qarşısında dayana biləcək düşməni yoxdur. Baxmayaraq ki, işğalçı dövlət başqalarının havadarlığı nəticəsində Azərbaycan ərazilərini işğal edib, bu gün ölkəmizin hər sahədə malik olduğu imkanlar torpaqlarımızın azad olunacağına, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı daha da artırır. İqtisadi qüdrətini günbəgün artıran Azərbaycanın ordu quruculuğu sahəsində atdığı biri-birindən əhəmiyyətli addımların nəticəsi göz önündədir”.
“Azərbaycan dünyanın bir parçasıdır” söyləyən Baş nazirin müavini bildirib ki, dünyada baş verən proseslər, təbii olaraq, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətdə də özünü ifadə edir: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünya, regional siyasətdə baş verən dəyişikliklər düşmənlərimizin təxribatları üçün əsaslar olub. Amma onlar bu təxribatlarına elə cavab alıblar ki, bundan sonra ermənilər və onların havadarları tərəfindən Azərbaycana qarşı belə təxribatın təkrar olmayacağına şahidlik edə bilərik”.
Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü dövlətimizə, dövlətçiliyimizə xidmətdə, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında öz töhfələri ilə diqqət çəkiblər: “Bu gün isə artıq digər mühüm istiqamətdə mövqelərini ifadə edirlər. Partiyanın gəncləri Azərbaycan Ordusunun qəhrəmanlığına dəstək vermək, Azərbaycanın haqq işinin müdafiə olunması üçün əllərinə silah alıb orduya getmək iradəsini nümayiş etdirirlər. Bu gün qürur yaradan məsələ Azərbaycan qızlarının oğullarımızla birgə bu işdə öz qətiyyətlərini, cəsarətlərini nümayiş etdirmələridir. Hər bir Azərbaycan vətəndaşı bir amal uğrunda mübarizə aparır - torpaqlarımızı işğaldan azad etmək üçün yumruq kimi birləşmək. Bu qüvvə təkcə sayla ifadə olunan güc deyil. Bu, eyni zamanda, iradənin, qətiyyətin, xalqa, millətə, torpağa sevginin gücüdür. Son hadisələr göstərdi ki, Azərbaycan torpaqlarının işğal altında olması uzun sürməyəcək. Tezliklə münaqişə öz ədalətli həllini tapacaq, bu gün Azərbaycan xalqı yaşamağa başladığı sevinci bütövlükdə torpaqlarımızın azad olunması şəklində qələbə hissləri kimi duyacaq və qeyd edəcək”.
YAP Sədrinin müavini Azərbaycanın daha da güclənməsi, ölkəmizin həqiqətlərinin dünyaya çatdırılması işində gəncləri hər zaman fəal olmağa çağırıb.
Tədbirdə YAP İcra katibinin müavinləri - Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59

