İsraildə Azərbaycanı dəstəkləyən nümayiş keçirilib
16.04.2016 [10:50]
Dünən əslən Azərbaycandan olanların yetərincə böyük qrupunun yaşadığı İsrailin Netanya şəhərinin Mədəniyyət Mərkəzi qarşısında Azərbaycanı dəstəkləyən nümayiş keçirilib.
Mitinq İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatı və “Odlar yurdu” İsrail-Azərbaycan teatr truppası ilə birgə təşkil olunub.
Nümayişdə əslən Azərbaycandan olan, əllərində 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı törədilən soyqırımı aktının dəhşətli səhifələrini əks etdirən poster, fotoşəkil və plakatlar tutan 50-dən çox İsrail vətəndaşı iştirak edib.
Tədbirin təşkilatçısı, “Odlar yurdu” truppasının bədii rəhbəri Səadət Şükürova bildirib ki, mitinq iştirakçılarının hamısının İsrail dövlətinin vətəndaşları olmasına baxmayaraq, onlar bu gün Azərbaycanla Ermənistan arasında baş verənlərə görə çox narahatdırlar. Səadət Şükürova deyib: “Biz fəxr edirik ki, Azərbaycanda - bizim üçün ana Vətən olan bu bərəkətli torpaqda anadan olmuşuq. Biz bütün dünyaya və ən başlıcası erməni işğalçılarına tam məsuliyyət hissi ilə bildiririk ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də bizim faciəmiz və ağrı-acımızdır, çünki həqiqət Azərbaycanın tərəfindədir. İşğalçılara qarşı bu dəhşətli müharibədə yəhudilər də, azərbaycanlılar da həmişə eyni cəbhədə çıxış ediblər. Biz dinc yanaşı yaşamışıq, bir yerdə gülmüşük, bir yerdə ağlamışıq, bir yerdə döyüşmüşük”.
Ermənistanın Azərbaycanla İsrailin münasibətlərini pozmağa çalışması məsələsinə toxunan “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı Arye Qut deyib: “Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını özləri seçir və bu ölkələr hərbi-texniki sahədə strateji əməkdaşlığın səviyyəsini özləri müəyyən edirlər. İki dost ölkənin münasibətlərində bir sıra məsələlər barəsində qarşılıqlı maraqlar formalaşıb. Siyasi və iqtisadi müstəvidə, habelə hərbi sahədə etimada əsaslanan yaxşı strateji münasibətlər yaranıb. Ona görə də ermənilərin və Knessetdəki bəzi ermənipərəst siyasətçilərin hər hansı provokasiyası bu münasibətləri poza bilməz. Heç kəsin, ilk növbədə Ermənistanın bu münasibətlərə müdaxilə etməyə haqqı yoxdur. İsrail həmişə Azərbaycana böyük diqqət və səmimiyyətə yanaşıb. Bu heç də Azərbaycanda antisemitizmin heç vaxt olmaması ilə bağlı deyildir. Rəsmi Bakı başqa ölkələrdə hər hansı antisemitizm təzahürünü dəfələrlə pisləyib və pisləməkdədir. İsrail isə dəfələrlə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır.
İsrail vətəndaşı kimi fəxrlə bildirirəm ki, Azərbaycanın tolerantlığının parlaq nümunəsi bu ölkədə yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibətdir. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi tikilib. Prezident İlham Əliyev dünyəvi dövlət, tolerantlıq ideyalarına sadiq olduğuna, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətlə yanaşdığına görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının əksər hissəsinin hörmət və ehtiramını qazanıb”.
Azərbaycan dağ-yəhudi icmasının başçısı Şirin Nexemiya Mixaeli Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində vəziyyətin eskalasiyası nəticəsində həlak olan Azərbaycanlı əsgərlərin ailələrinə və bütün Azərbaycan xalqına bütün İsrail xalqı adından dərin hüznlə başsağlığı verərək deyib: “Azərbaycan xalqı üçün bu ağır və həlledici məqamda Azərbaycanın ərazi bütövlüyü naminə həlak olanların ailələrinə və yaxınlarına İsrail xalqı adından və Akko şəhərinin çoxsaylı Azərbaycan icması adından dərin hüznlə başsağlığı verir və kədərləndiyimizi bildiririk. Bizə - Azərbaycan oğullarına ehtiyac olsa, İsraildə könüllülər batalyonu toplayıb, işğal altında olan əraziləri azad etməkdə Azərbaycan xalqına kömək etməyə hazırıq. Ümidvaram ki, Azərbaycanın əzəli torpaqları tezliklə azad ediləcək və azərbaycanlı qaçqınlar doğma yurd-yuvalarına dönə biləcəklər. Biz Qələbəni Şuşada bayram edəcəyik, ora qələbə bayrağımızı sancacağıq”.
Tədbirin sonunda rejissor Səadət Şükürova Azərbaycan və yəhudi xalqlarının dostluğuna, Azərbaycan fenomeninə həsr olunmuş sənədli klip təqdim edib. Klipin rejissoru Səadət Şükürova, bəstəkarı Lalə Qismət, sözləri Nəzmiyyə Hicranındır. Müğənnilər Araz Həsənoğlu və Lalə Qismətdir.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35

