/ / Dövlətqaçqınkomun kollektivi ilin birinci yarısında qarşıya qoyulmuş vəzifələrin uğurlu icrasına nail olub
Dövlətqaçqınkomun kollektivi ilin birinci yarısında qarşıya qoyulmuş vəzifələrin uğurlu icrasına nail olub
26.07.2016 [09:51]
İyulun 22-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə Dövlət Komitəsində cari ilin birinci yarısının yekunlarına və kollektivin qarşısında duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.
Kollegiyanın gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsi zamanı xüsusilə diqqət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının dərin məzmunlu və proqram xarakterli çıxışından irəli gələn vəzifələrin və verilmiş tapşırıqların icrasına yönəldilib. Qeyd edilib ki, dövlətimizin başçısının da bildirdiyi kimi, müəyyən iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanın uğurlu inkişafı cari ildə də təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra olunur.
Bu baxımdan respublikamızda gedən davamlı inkişafdan, ölkədə aparılan geniş abadlıq-quruculuq işlərindən, reallaşdırılan layihələrdən, sosial problemlərin həllindən ətraflı söhbət açan Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində səsləndirilən fikirlər bir daha təsdiqlədi ki, müasir dövrdə dünyada baş verən hadisələr, siyasi qarşıdurmalar, neftin qiymətinin kəskin ucuzlaşması, maliyyə, siyasi və iqtisadi böhranlar təbii olaraq Azərbaycandan da yan keçməyib. Ancaq dəfələrlə belə hadisələrin şahidi olsaq da, ölkəmiz hər dəfə yaranmış vəziyyətdən uğurla çıxıb. Dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilmiş strategiya və ölkədə həyata keçirilən yeni sosial-iqtisadi islahatlar nəinki yaranmış böhrandan doğan çətinlikləri aradan qaldırıb, eyni zamanda, əhalinin həyat səviyyəsinin yüksəlməsinə öz təsirini göstərib.
Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan qaçqınların və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, onların müxtəlif problemlərinin həllinə hərtərəfli dövlət qayğısının müntəzəm diqqət mərkəzində saxlanılmasını önə çəkən Baş nazirin müavini Əli Həsənov bildirib ki, bu gün ölkədəki bütün qaçqın və məcburi köçkünlər tam şəkildə dövlətin təminatındadır, onların problemlərinin həlli dövlətimizin başçısı İlham Əliyevin gündəlik diqqət mərkəzindədir. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin iyulun 18-də imzaladığı “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” və bundan cəmi iki gün sonra iyulun 20-də “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamlarını diqqətə çatdıran Baş nazirin müavini bütün bunları məcburi köçkünlərə dövlət başçısının ən yüksək diqqət və qayğısı kimi dəyərləndirib.
Əli Həsənov qeyd edib ki, bu gün dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq, Azərbaycanda dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində bir çox məsələlər özünün müsbət nəticəsini tapıb, sosial layihələrin icrası davam etdirilib. Ölkəmizdə nəzərdə tutulan bütün proqramların icra edildiyini, hələ 2008-ci ildən dünyada bir neçə ildən sonra başlayacaq iqtisadi böhran barədə ölkə başçısı tərəfindən proqnoz verildiyini və onun qarşısının alınması məqsədilə konkret tapşırıqlar verildiyini qeyd edən Əli Həsənov bu böhranın 2016-cı ildə də Azərbaycana ciddi təsir etmədiyini, əksinə, bir çox sahələrdə inkişafa nail olunduğunu diqqətə çatdırıb. Baş nazirin müavini vurğulayıb ki, o qədər də asan olmayan geosiyasi vəziyyət və qlobal iqtisadi böhran fonunda bunlar ölkəmiz üçün böyük uğurdur. Prezident İlham Əliyevin bildirdiyi kimi, 2016-cı il ciddi iqtisadi islahatlar ili olacaq, bu il bizim iqtisadiyyatımız daha da güclənəcək.
Ötən il ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sənayesi sahələrində artıma nail olunduğunu, xüsusilə regionların elektrik enerjisi, içməli su, təbii qazla təmin olunmasında, abadlıq və quruculuq işlərinin, sosial infrastruktur layihələrinin geniş vüsət almasında hərtərəfli inkişafa nail olunduğunu bildirən Əli Həsənov Prezident İlham Əliyevin ölkəmizdəki qaçqın və məcburi köçkünlərə hərtərəfli qayğı və diqqətindən də danışıb. Bildirib ki, Prezidentin Sərəncamı ilə təsdiq olunmuş müvafiq Dövlət proqramlarına və onlara edilmiş əlavələrə uyğun olaraq indiyədək onların sosial-məişət şəraitlərini yaxşılaşdırmaq məqsədilə müxtəlif ərazilərdə bütün sosial-texniki infrastruktura malik 94 müasir tipli qəsəbə salınıb və bu qəsəbələrə 243 min məcburi köçkün köçürülüb. Hazırda bu işlər uğurla davam etdirilir.
Bütün bunları ölkə rəhbərinin respublikanın iqtisadi uğurlarından bəhrələnməklə ilk növbədə xalqın həyat səviyyəsini yüksəltməyə, onun güzəranını yaxşılaşdırmağa önəm verdiyinin, sosial məsələlərin həllinə böyük diqqət yetirdiyinin bariz nümunəsi kimi dəyərləndirən Əli Həsənov bildirib: “Son illərin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividentlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir”.
Ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının bəzi qüvvələrin maraqlarına xidmət etdiyini deyən Əli Həsənov onu da qeyd edib ki, bu işdə biz özümüzə və öz gücümüzə arxalanmalıyıq, problemin həllində Azərbaycan xalqının, o cümlədən məcburi köçkünlərin yeganə ümid yeri hər bir azərbaycanlının Prezidenti İlham Əliyevdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir.
Aprel hadisələrinə toxunan Baş nazirin müavini deyib: “Ermənistanın silahlı qüvvələri bizim ərazilərimizə silahlı hücum təşkil etmiş və mülki əhaliyə ciddi ziyan vurmuşlar. Ancaq qüdrətli Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Ermənistanın faşist cinayətkar rejimi bilməlidir ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır. Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Hesab edirəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Son bir-iki ay ərzində danışıqlar prosesində böyük fəallıq var. ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrin rəhbərləri də bu məsələdə fəallıq nümayiş etdirirlər. Ancaq keçən dövr ərzində ATƏT-in Minsk qrupu münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərməyib”.
Baş nazirin müavini, eyni zamanda, qardaş Türkiyədə baş vermiş son hadisələrə də toxunub və bildirib ki, Azərbaycan dövləti və ictimaiyyəti bu hadisələrdən böyük narahatlıq keçirib və Prezident İlham Əliyev bu dəfə də Türkiyənin yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirdi.
Kollegiya iclasında, həmçinin bildirilib ki, həmişə olduğu kimi, cari ildə də qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli dövlət başçısının ən çox diqqət yetirdiyi prioritet sahələrdən biri olmaqla, Prezidentin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramına və ona edilmiş əlavələrə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Ümumilikdə götürdükdə Dövlətqaçqınkomun kollektivi qarşıya qoyulmuş vəzifələrin uğurlu icrasına nail olub. Kollegiya iclasında əminliklə vurğulanıb ki, cari ildə də bu sahəyə müntəzəm qayğı və diqqət göstərilməklə qarşıya qoyulan vəzifələr öz həllini tapacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17

