Pakistanın Baş nazirinə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib
15.10.2016 [10:11]
Oktyabrın 14-də Bakı Dövlət Universitetində (BDU) Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifə bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Pakistanın Baş naziri əvvəlcə universitetdə Heydər Əliyev Muzeyi ilə tanış olub.
Sonra Məhəmməd Nəvaz Şərif universitetin şərqşünaslıq fakültəsinin urdu dili ixtisasında təhsil alan tələbələrlə görüşüb. Tələbələr Baş naziri urdu dilində salamlayıb, Azərbaycan-Pakistan əlaqələri, bu ölkənin tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı fikirlər səsləndiriblər. Pakistanın Baş naziri tələbələrin çıxışından məmnunluğunu bildirib, onlara təşəkkür edib.
Universitetin akt zalında davam edən tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Baş nazir Məhəmməd Nəvaz Şərifi rəhbərlik etdiyi ali məktəbin kollektivi adından salamlayıb, onun Bakı Dövlət Universitetinə gəlişini tarixi hadisə adlandırıb. Azərbaycan ilə Pakistan arasında yüksək səviyyəli strateji müttəfiqlikdən danışan A.Məhərrəmov vurğulayıb ki, dünyada Xocalı soyqırımını rəsmən tanıyan ilk ölkə Pakistandır. Rəsmi İslamabad, eyni zamanda, Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə görə Ermənistanı dövlət kimi tanımır. Pakistanın zəngin tarixi, ədəbiyyatı, mədəniyyəti və böyük elm ənənələri var. Rektor qonağın bioqrafiyası, siyasi xadim kimi gördüyü işlər barədə məlumat verib. İki dövlətin diplomatik münasibətlərinin 1992-ci ildən başlandığını xatırladan rektor bildirib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan ilə Pakistan arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə hər zaman diqqət yetirib, bu münasibətlərin strateji müttəfiqlik müstəvisində olmasına çalışıb. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafını daim diqqət mərkəzində saxlayır. A.Məhərrəmov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə yönələn xidmətlərini xüsusi vurğulayıb.
Rektor qonağa BDU haqqında məlumat verərək bildirib ki, 1919-cu ildən fəaliyyət göstərən universitetin hazırda humanitar, fundamental və təbiət elmləri sahələrini əhatə edən 17 fakültəsində 20 minədək tələbə təhsil alır. Bu ali təhsil ocağı respublikamızda bir çox ali məktəblərin, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasında mühüm rol oynayıb. BDU-da 14 dil, o cümlədən urdu dili tədris edilir.
Daha sonra akademik A.Məhərrəmov universitetin Elmi Şurasının Pakistanın Baş nazirinə fəxri doktor adının verilməsi ilə bağlı qərarını oxuyub.
Baş nazir Məhəmməd Nəvaz Şərifə fəxri doktor diplomu və mantiya təqdim olunub.
Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif BDU-nun müəllim və tələbələri qarşısında çıxış edib, fəxri doktor diplomuna görə təşəkkürünü bildirib. Azərbaycan-Pakistan münasibətlərindən danışan Baş nazir ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərin Pakistanda böyük sevinclə qarşılandığını vurğulayıb. BDU-da urdu dilinin tədrisini yüksək dəyərləndirən qonaq tələbələrin bu dili daha dərindən mənimsəmələri üçün onların təhsillərini Pakistanda davam etdirmələrinə kömək göstəriləcəyini söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35

