Baş nazirin müavini Əli Əhmədov paytaxtda ticarət mağazalarına baxış keçirib
17.02.2017 [10:19]
Əli Əhmədov: Azərbaycanda istehlak malları, xüsusilə də ərzaq məhsulları arasında daxili istehsal üstünlük təşkil etməyə başlayıb
Fevralın 16-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov mətbuat nümayəndələrinin iştirakı ilə ərzaq məhsullarının satışı ilə məşğul olan iki ticarət mağazasına baxış keçirib. Baş nazirin müavini satışda olan ərzaq mallarının keyfiyyəti, yerli istehsala və ya xarici məhsullara üstünlük verilməsi, eləcə də mövcud qiymətlərlə maraqlanıb. Baxış zamanı mətbuat nümayəndələri şahid olublar ki, həqiqətən, bəzi məhsulların qiymətində azalma müşahidə olunub.
Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial siyasətin ən mühüm məqamlarından biri insanların zəruri tələbatlarının və ehtiyaclarının ödənilməsi üçün bütün lazımi addımların atılması ilə əlaqədardır. Təbii ki, bu istiqamətdə görülən işlər arasında əhalinin keyfiyyətli və münasib qiymətə ərzaq məhsulları ilə təmin edilməsi ən əsas yerlərdən birini tutur: “Hökumətin apardığı siyasətdə də ərzaq məhsullarının qiymətlərinin süni surətdə artırılmaması üçün tədbirlərin görülməsi, süni qiymət artımının qarşısının alınması ümdə vəzifələrdən biri kimi müəyyənləşib. Bu istiqamətdə bu gün ticarət mağazalarında bizə verilən məlumatlar belə bir fikir söyləməyə əsas verir ki, mətbuatda geniş müzakirələr aparılmasına rəğmən, ticarət-satış mərkəzlərində qiymətlərin xüsusi hiss olunan və narahatlıq yarada biləcək dərəcədə artımı müşahidə olunmur”.
Baş nazirin müavini Əli Əhmədov əlavə edib ki, hökumətin bu istiqamətdə siyasəti bundan ibarətdir ki, qiymətlərin süni surətdə artırılmasının qarşısı alınsın, müxtəlif vasitələrlə süni şəkildə qiymət artırmağa meyilli olan sahibkarlarla iş aparılsın ki, onlar qiyməti artırmasınlar, nəticədə əhalinin büdcəsinə, sosial vəziyyətinə mənfi təsirlər olmasın: “Bu gün müşahidə etdiyimiz məqamlardan biri də bu oldu ki, Azərbaycanda istehlak malları, xüsusilə də ərzaq məhsulları arasında daxili istehsal üstünlük təşkil etməyə başlayıb. Bu, o deməkdir ki, Azərbaycanın ərzaq istehlakı bazarında idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalıb. Əhalinin ərzaq məhsullarına olan ehtiyacının böyük hissəsi daxili istehsal hesabına ödənilir. Bu isə onu deməyə əsas verir ki, qiymətlərin artırılması üçün obyektiv əsaslar mövcud deyil. İstehsal daxildə həyata keçirilən zaman manatın dollara nisbətdə məzənnəsi ilə bağlı məlum olan dəyişikliklər qiymətlərə elə də ciddi təsir etməyəcək”.
Əli Əhmədov vurğulayıb ki, reyd zamanı mətbuatda ərzaq məhsullarının qiymətinin artması ilə bağlı gedən söz-söhbətlərə aydınlıq gətirildi: “Reydin aparılması, bu məsələyə həssaslıqla yanaşmağımız istehlakçılar və sahibkarlar üçün bir siqnal olacaq. Biz sahibkarların daha çox qazanc əldə etməsinin əleyhinə deyilik. Amma daha çox qazanc əldə etməyin daha sivil yolları var. Bu, daha çox və aşağı qiymətə məhsul sataraq yaxşı qazanc əldə etməkdir. Sahibkarlar bu biznes fəlsəfəsini nə qədər çox mənimsəsələr, o zaman məhsulların qiymətlərinin süni surətdə artırılması problemi öz həllini tapacaq”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

