Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu siyasət dəyişməyəcək
25.09.2009 [11:07]
çexiya Parlamenti Senatının sədri Prşemısl Sobotka dünən Milli Məclisə gəlib. Parlamentin binası önündə qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıblar. Qonaq Milli Məclisin iclas zalı ilə tanış olub, deputatlar üçün yaradılan şəraiti yüksək qiymətləndirib. Sonra Oqtay Əsədovla Prşemısl Sobotka arasında təkbətək görüş keçirilib. Görüş başa çatdıqdan sonra çexiya Senatının sədri parlamentdəki Heydər Əliyev Xatirə zalı ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra geniş tərkibdə görüş olub.
Oqtay Əsədov qonaqları salamlayaraq deyib ki, dövlətlərimiz müstəqlliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəvidə inkişaf etməyə başlayıb. Sizin bu səfəriniz əlaqələrimizin inkişafına yeni impuls verəcək. Milli Məclisin sədri parlamentlərarası əlaqələrin səviyyəsini, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyətini, qarşılıqlı səfərlərini, deputatlarımızın beynəlxalq təşkilatlardakı əməkdaşlığını yüksək qiymətləndirib.
Sonra O.Əsədov Azərbaycanın ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verib, rəsmi Bakının bu məsələdəki ədalətli mövqeyini diqqətə çatdırıb.
Prşemısl Sobotka nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib. Qonaq deyib ki, parlamentlər böyük siyasətdə səmərəli rol oynayırlar. Odur ki, parlamentlərarası münasibətlərimizin inkişafı hər iki tərəfin xeyrinədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan P.Sobotka deyib: “Bizim üçün dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi olduqca vacib amildir. Dağlıq Qarabağ münaqişəsi çox ciddi problemdir. Hesab edirəm ki, hər bir münaqişə sülh yolu ilə həll olunmalıdır. Hərbi müdaxilə daha böyük fəlakətlərə səbəb ola bilər. Ona görə də bu münaqişə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu siyasət dəyişməyəcək”.
Sonra görüşdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, Avropa İttifaqının “Şərq tərəfdaşlığı”, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramları çərçivəsində birgə əməkdaşlıq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxElm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27

