Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatı yaradıb

Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatı yaradıb

11.08.2018 [10:01]

Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir
Yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində mühüm aktor kimi çıxış edir. Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr beynəlxalq əməkdaşlığa xüsusi töhfələr verməklə yanaşı, regionda sülhün, sabitliyin inkişafında əsaslı rol oynayır. Məhz belə layihələrdən sayılan Cənub Qaz Dəhlizi beynəlxalq aləmdə mühüm tərəfdaşlıq platforması kimi səciyyələndirilir. Vurğulayaq ki, Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda məhz Azərbaycanın zəngin “Şahdəniz” yatağı çıxış edir. Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini əlaqələndirən Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatı yaradıb. Bu layihənin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. Bu il iyunun 30-dan “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb. “Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclər hazırda 22,7 milyard dollardır və may ayının sonuna kimi bu layihəyə 17,8 milyard dollar xərclənib. CQBKG layihəsinin dəyəri isə 4,5 milyard dollardır və mayın sonuna həmin layihəyə 4,2 milyard dollar sərf edilib. TANAP layihəsinin dəyəri 8 milyard dollar qiymətləndirilir və mayın sonunadək bu layihəyə 5,5 milyard dollar xərclənib. TAP layihəsi üzrə isə kapital xərcləri 4,5 milyard avrodur və may ayının sonuna bu layihəyə 3 milyard avro sərf olunub. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib. Layihə üzrə “Cənub Qaz Dəhlizi” QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 milyard dollar təşkil edir. Bu ilin may ayının sonuna artıq 9,1 milyard dollar, yəni təqribən 80 faizi investisiya edilib. Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TANAP üzrə ümumi işlərin 94,8 faizi, TAP-la bağlı isə 74,6 faizi yerinə yetirilib.
Yeri gəlmişkən, ABŞ-ın İrana qarşı bərpa etdiyi sanksiyalar da “Cənub Qaz Dəhlizi” layihəsinə aid edilməyib. Bu barədə “S&P Global Platts” agentliyinin ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, ABŞ-ın İranın enerji istehlakçılarına qarşı yeni sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə aid olmayacaq: “Bu layihənin məqsədi Xəzər dənizində hasil edilən 16 milyard kubmetr təbii qazın Türkiyə və Cənubi Avropa ölkələrinə nəql edilməsidir. BP şirkəti bu sanksiyaların Cənub Qaz Dəhlizinin təbii qaz mənbəyi olan Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə şamil edilməməsini istəyib. Həmçinin İranın “NICO” şirkəti “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir. D.Trampın bu qərarında “təbii qaz layihəsi istisna olmaqla” bəndində məhz Cənub Qaz Dəhlizi nəzərdə tutulur”.
Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı-ekspert Vüqar Bayramov da ABŞ-ın İrana qarşı yeni sanksiyalarının Azərbaycanın təşəbbüsü ilə reallaşan “Cənub Qaz Dəhlizi” layihəsinə şamil edilməməsini yüksək dəyərləndirib: “ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan sərəncamda da göstərilir ki, sanksiyalar İranın cəlb olunduğu bütün layihələrə tətbiq edilir, amma bu sanksiyalar “Cənub Qaz Dəhlizi” layihəsinə tətbiq edilmir. Bu layihə region üçün, eyni zamanda, Avropa üçün əhəmiyyətli layihələrdən biridir. Azərbaycan uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqlini planlaşdırır. İkinci mərhələdə isə 20 milyard kubmetr qaz nəql ediləcək”.
V.Bayramov bildirib ki, sözügedən sanksiyaların bu layihəyə tətbiq olunmaması Cənub Qaz Dəhlizinin əhəmiyyətini göstərən faktorlardan biridir. Onun sözlərinə görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan həmin layihənin doğru seçildiyini, eyni zamanda, regional və qlobal əhəmiyyət baxımından əsaslandırılmış ideya olduğunu bir daha təsdiqləyir: “Nəticədə, bu layihə təkcə ölkəmiz üçün deyil, eyni zamanda, Avropa, region üçün böyük əhəmiyyət daşıyır. Bu, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında, eləcə də dost ölkə Türkiyənin enerjiyə olan tələbatının ödənilməsində əhəmiyyətli paya malikdir. O baxımdan layihə yalnız bizim üçün deyil, həm də region üçün strateji bir əhəmiyyətə malikdir. Təqdirəlayiq haldır ki, Ağ Ev layihənin əhəmiyyətini və bu təşəbbüsün bütövlükdə region, həm də Avropa, eləcə də qlobal baxımından pozitiv təsirlərini nəzərə alaraq layihəni sanksiyalardan istisna edib”.
“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, Trampın məlum sərəncamı ABŞ-ın öz avropalı müttəfiqlərinin enerji təhlükəsizliyi maraqlarına sadiqlik nümayişi ilə bərabər, həm də Azərbaycanın enerji siyasətinə davamlı dəstək verməsinin daha bir təzahürüdür: “ABŞ-ın qərarı Azərbaycanın enerji diplomatiyasının dəqiq və perspektivli hədəflərə düzgün yönəldiyinin ifadəsi sayıla bilər. Azərbaycanın qlobal enerji diplomatiyasında yeni uğurunun əlamətlərini görürük”.
Ekspert bildirib ki, ABŞ Cənub Qaz Dəhlizinin bütün elementlərinə davamlı dəstəyi ilə seçilib. Onun sözlərinə görə, bu yaxınlarda TAP-a açıq dəstəyin ifadə edilməsi Azərbaycanın layihələrinin bütün şəraitlərdə müdafiə olunacağına dair dünyaya təsirli mesaj oldu: “Trampın Azərbaycan Prezidenti İlham Əliyevə bütün rəsmi məktublarında Cənub Qaz Dəhlizinin xüsusi vurğulanması ayrıca məna kəsb edən faktdır. ABŞ Prezidentinin bəyanatları Cənub Qaz Dəhlizinin beynəlxalq mənbələrdən davamlı maliyyələsdirilməsində və bəzi maneələrin aradan qaldırılmasında böyük rol oynayıb”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30