Türkiyədə heç bir şəkildə Azərbaycan bayrağını təhqir etməyə imkan verilməz
23.10.2009 [09:26]
Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət ediblər.
APA-nın xəbərinə görə, hər iki nazir ziyarətə üzərində Azərbaycan və Türkiyə bayraqları olan avtomobillərdə gəliblər.
Nazirlər Türk Şəhidliyində birgə açıqlama veriblər. Əhməd Davudoğlu deyib ki, Azərbaycanı ziyarət etməkdən böyük xoşbəxtlik duyur. Azərbaycanın xarici işlər naziri və Prezident İlham Əliyevlə görüşdüyünü deyən nazir hər iki görüşdə Azərbaycan və Türkiyə münasibətləri, iki ölkənin problemləri barədə müzakirələr apardıqlarını deyib: “Türkiyə və Azərbaycan torpaqları, bayraqları bizim üçün eynidir, bir-birinə yad deyil. Biz Azərbaycanın ərazi bütövlüyünü öz ərazi bütövlüyümüz hesab edirik. Azərbaycanın bayrağını öz bayrağımız sayırıq. Bizim bayraqlarımız bir-birinə çox bənzəyir, üzərindəki ay-ulduz da eynidir. Bu, baş verənlər Azərbaycanı nə dərəcədə narahat edibsə, Türkiyəni də elə narahat edir. Buradakı Türk Şəhidliyi Azərbaycandakı qardaşlarımıza əmanətdir. Türkiyə ilə Azərbaycan əbədi qardaş kimi qalacaq. Hər iki xalq ən uca yerlərdə bu bayraqları tutacaqlar. Hər iki bayraq türk bayrağıdır. Heç kimə hər hansı şəkildə bu bayraqlara həqarət etməyə imkan vermərik. Türkiyə Azərbaycanı hər zaman müdafiə etməkdə davam edəcək. Bizim ortaq türkcəmiz, ortaq bayrağımız əbədidir”.
Elmar Məmmədyarov isə açıqlamasında əvvəlcə Əhməd Davudoğlu ilə təkbətək, sonra isə birgə Prezident İlham Əliyevlə görüşdüklərini deyib: “Bir millət, iki dövlət” prinsipi qüvvəsində qalır. Görüşlərdə bayraqlarla bağlı xoşagəlməz hadisələr müzakirə olundu. Fikirlərimiz üst-üstə düşdü. Əhməd Davudoğlu dedi ki, Bursada Azərbaycan bayrağı ilə bağlı hadisə barədə istintaq aparılacaq, cinayət işi açılacaq. Həmin hadisəni törədənlər öz cəzalarını alacaqlar. Azərbaycanla Türkiyə arasında dostluq, məhəbbət, qardaşlıq necə vardısa elə də qalacaq”.
APA-nın əməkdaşının “Türk Şəhidliyindəki Azərbaycan və Türkiyə bayraqları yenidən öz yerindən asılacaqmı” sualını hər iki nazir cavablandırıb.
Əhməd Davudoğlu deyib ki, bayraqlarla bağlı baş verən olaylar hər hansı şəkildə iki qardaş ölkənin münasibətlərinə təsir etməməlidir: “Bursada bir hadisə baş verdi. Hazırda bununla bağlı təhqiqat aparılır. Mətbuatda yayımlanan bəzi kadrlar təxribat xarakterlidir, nifaq salmaq üçün təşkil edilib. Türkiyədə heç bir şəkildə Azərbaycan bayrağını təhqir etməyə imkan verilməz. Buna baxmayaraq, biz provokasiya xarakterli addımı araşdırırıq, ölçü götürəcəyik. Türk Şəhidliyindəki türk bayrağı yad bayraq deyil, ortaq türkcəmizin, türklüyün bayrağıdır. Burada Azərbaycan və Türkiyə bayraqları bərabər dalğalanıb. Ən qısa zamanda bu bayraqların yenidən şəhidlikdə bərabər dalğalanacağına ümid edirik”.
Elmar Məmmədyarov isə deyib ki, Bursadakı stadionda Azərbaycan bayrağına olan münasibəti hamı görüb: “Qərara alınıb ki, həmin insanlar cəzalandırılsın. Biz də öz tərəfimizdən xüsusi tədbirlər görəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33

