/ / Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması multikulturalizm siyasətinin mühüm təzahürlərindəndir
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması multikulturalizm siyasətinin mühüm təzahürlərindəndir
24.10.2018 [09:08]
Roma şəhərində, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində ATƏT-in İtaliya sədrliyi və təşkilatın Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə təşkilatçılığı ilə “ATƏT regionunda hərtərəfli cavaba doğru: din və etiqad zəminində dözümsüzlük və ayrı-seçkiliklə mübarizəyə dair” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov konfransda iştirak edib.
Yüksək səviyyəli konfransda irqçilik, ksenofobiya, antisemitizm, xristianlara, müsəlmanlara, digər din və etiqad nümayəndələrinə münasibətdə dözümsüzlük barədə danışılıb. Həmçinin dini azadlığın və plüralizmin təmin edilməsində dözümlülük və qeyri ayrı-seçkiliyin təşviqi məsələləri müzakirə olunub.
Tədbirdə ayrı-seçkiliyin və dözümsüzlüyün artan təzahürlərinin aradan qaldırılmasında kütləvi informasiya vasitələrinin roluna, son zamanlar cəmiyyətdə geniş yayılan mənfi stereotiplərin ləğvində, qarşılıqlı hörmət və anlaşmanın təşviqində təhsil proqramlarının əhəmiyyətinə diqqət çəkilib. Bundan başqa, ayrı-seçkiliyin və dözümsüzlüyün bütün formalarının ləğv edilməsində ATƏT-ə üzv ölkələrin müsbət təcrübəsinin geniş müzakirəsinə xüsusi önəm verilib.
Etibar Nəcəfov konfransın “Dözümsüzlük və ayrı-seçkiliyin həllində yaxşı təcrübələr” mövzusuna həsr edilmiş panelində “Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin xüsusiyyətləri” adlı məruzə ilə çıxış edib. O, müasir dövrdə qloballaşma şəraitində dünya ölkələrində etnik, dini, mədəni müxtəlifliklərin artdığının müşahidə olunduğunu bildirərək onların tənzimlənməsinin vacibliyini qeyd edib.
Şöbə müdiri multikulturalizm siyasətinin etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin ən optimal siyasət modeli olduğunu söyləyib, Azərbaycanın ölkədəki etnik-mədəni müxtəliflikləri multikulturalizm siyasəti vasitəsilə tənzimləyən nadir ölkələrdən olduğunu, bu siyasətin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, müasir dövrdə isə Prezident İlham Əliyev tərəfindən uğurla aparıldığını diqqətə çatdırıb. O, Qərb ölkələrində multikulturalizmin dərin böhranla üzləşdiyi bir şəraitdə Azərbaycanda onun həm dövlət, həm də xalq tərəfindən hərtərəfli dəstəkləndiyini vurğulayıb.
Multikulturalizmin Azərbaycanın daxili siyasətinin tərkib hissəsi kimi çıxış etdiyini deyən Prezident Administrasiyasının rəsmisi onun mühüm təzahürlərindən biri kimi ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Bunun əsas göstəriciləri kimi ölkəmizdə dini azadlıqların təmin edilməsini, bütün dinlərin, məzhəblərin qanun qarşısında bərabər olmasını, dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstəyin göstərilməsini, həmçinin dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31

