Mixail Şvıdkoy: Prezident İlham Əliyevin uğurları Azərbaycanın uğurları deməkdir
25.12.2018 [10:06]
“Düşünürəm ki, bu gün Rusiyadakı bir çox evlərdə Azərbaycan Prezidenti İlham Əliyevin ad günü münasibətilə Onun şərəfinə badələr qaldırılır və ünvanına xoş sözlər söylənilir. Mən həm Azərbaycanda, həm də Rusiyada deyilən və deyiləcək xoş sözlərə qoşuluram. Azərbaycan xalqına sülh və əmin-amanlıq, respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında sizin ölkənizə sülh və tərəqqi, şəxsən Onun özünə isə bütün işlərində uğurlar arzulamaq istəyirəm. Çünki Prezidentin uğurları Azərbaycanın və onun xalqının uğurları deməkdir”.
Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy söyləyib.
M.Şvıdkoy qeyd edib ki, Prezident İlham Əliyevin ad günü təkcə Azərbaycan xalqının deyil, rusiyalıların da bayramıdır. “Təkcə ona görə yox ki, bu gün Rusiyada Azərbaycan Prezidentinin ad gününü qeyd edən böyük Azərbaycan diasporu var. Düşünürəm ki, İlham Heydər oğlunun Azərbaycanın rəhbəri kimi rolu olduqca əhəmiyyətlidir və dünyanın ən müxtəlif ölkələrində hörmətlə qarşılanır. Biz hamımız tanınmış lider Heydər Əliyevin qeyri-adi dərəcədə mühüm missiyasını yüksək qiymətləndirir və xatırlayırıq. Millətinin dünyaşöhrətli lideri Heydər Əliyev Azərbaycanı məhv olmaqdan və ən ağır vətəndaş müharibəsindən xilas etdi. O, ölkəni böhrandan və milli fəlakətdən çıxardı”, - deyə o əlavə edib.
Rusiyalı mədəniyyət xadimi vurğulayıb ki, İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada sabitlik daha da möhkəmlənib, ölkə dinamik şəkildə inkişaf edir. “Bu, çox vacibdir, çünki Azərbaycanda fəal həyata qədəm qoyan yeni nəsil yetişir və gələcəyi anlamaq bu gənclik üçün mühümdür. Bu mənada, İlham Heydər oğlu Azərbaycan xalqı üçün məhz bu cür gələcəyə baxış formalaşdırıb. Azərbaycan qüdrətli, çiçəklənən müasir dövlətə çevrilib”, - deyə M.Şvıdkoy vurğulayıb.
Onun sözlərinə görə, bu gün Azərbaycan dünyaya açılıb və bir çox beynəlxalq tədbirlərin, o cümlədən müxtəlif ölkələrin nümayəndələrinin, bütün fəaliyyət sahələrini - siyasət, iqtisadiyyat, elm, mədəniyyəti təmsil edən insanların axışdığı Bakı Beynəlxalq Humanitar Forumunun cazibə mərkəzinə çevrilib.
M.Şvıdkoy Rusiya və Azərbaycan arasında ikitərəfli dost və tərəfdaş münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayıb. “Bizlər - rusiyalılar üçün müasir Azərbaycanın Rusiyaya dost ölkə və tərəfdaş olması mühümdür. Prezidentlər Vladimir Putin və İlham Əliyevin dostluq münasibətləri dövlətlərimiz arasında mövcud olan əlaqələrin yüksək keyfiyyətini təmin edir”, - deyə M.Şvıdkoy sözlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxDünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50

