Əli Kərimlinin terroru dəstəkləməsi onun mahiyyətindən xəbər verir
03.09.2019 [09:19]
Bir zamanlar İŞİD-i “Azərbaycana dəvət edənlər”ə himayədarlıq edən Əli Kərimli ölkəmizdə sabitliyi, vətəndaş birliyini hədəfə alır
Azərbaycanın radikal müxalifət düşərgəsinin hansı simaya, siyasi kimliyə malik olması Azərbaycan xalqına yaxşı bəllidir. İllərdir ki, anti-azərbaycançı dairələrlə, ermənipərəst təşkilatlarla, eləcə də birbaşa ermənilərlə əməkdaşlıq edən, onların maraqlarını qorumaq üçün dövlətçiliyimizə və xalqımıza qarşı böhtan kampaniyası aparan radikal düşərgə partiyaları üçün milli maraq adlı məfhum mövcud deyil. O cümlədən onların illərdir ki, xalq və dövlət əleyhinə apardıqları siyasi kampaniyalar adıçəkilən erməni lobbisi tərəfindən maliyyələşdirilir.
Amma radikal düşərgənin gündən-günə zəifləməsi, özünü düşərgənin monopolist partiyası kimi qələmə verən qurumların bir neçə yerə parçalanması bu təşkilatların xaricdəki dəstəkçilərinin gözündə də dəyərini itirir. Artıq radikal düşərgə təmsilçilərinə inam azalır və hətta antimilli dairələr belə onlara etimad göstərmir.
Elə bu məqamda radikal düşərgənin əsl siması - terrora dəstək, dağıdıcılıq niyyətləri yenidən ortaya çıxır. Bu da təsadüfi deyil. İllərdir həm Azərbaycan xalqına, həm də dövlətçiliyimizə qarşı düşmən mövqe sərgiləyən bu düşərgə və onun xəyanətkar siyasətbazları Azərbaycanda sabitliyi pozmaq üçün çabalasalar da, buna nail ola bilmirlər. Bu mənada AXCP sədri Əli Kərmli xüsusilə seçilir. Vurğulanmalıdır ki, Əli Kərimli hər zaman açıq və ya gizli şəkildə terroru dəstəkləyir, terrora meyil edən şəxslərin “hüquqlarını qoruyur”. Təsadüfi deyil ki, ötən il Gəncədə baş verən hadisələr zamanı da Əli Kərimli eyni mövqedən çıxış etmişdi və silahlı qarşıdurma yaratmaq istəyən şəxsləri “günahsız” adlandırmışdı.
Eləcə də Əli Kərimli xaricdəki antimilli ünsürlərin yaratdıqları internet resurslarında ölkəmizə qarşı terror çağırışları edənlərə məsləhətlər verir, onları daha da “ruhlandırmağa” çalışır. Bununla yanaşı, Ə.Kərimli unudur ki, AXCP-nin üzvü, əmisi oğlu İnqilab Kərimov bir neçə il öncə facebook statusunda İŞİD-ə açıq-aşkar dəstək verən status paylaşmışdı. Statusunda dünya ölkələri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən terror qruplaşması kimi tanınan İŞİD-ə müraciət edən İ.Kərimov onları Azərbaycana gəlməyə dəvət edib: “İŞİD heç də hər adamın başını kəsmir... İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir... İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir.... İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir...Və düşünürəm ki, düz də edir...Azərbaycana XOŞ gəlirsən, İŞİD...”.
Bəli, terrora çağırış olan bu statusu hətta bir sıra AXCP üzvləri, funksionerləri belə “bəyənmişdilər”. Bu isə bir daha həmin partiyanın, eləcə də onun rəhbərliyinin ölkəmizdəki sabitliyə, xalqımıza, dövlətimizə qarşı olduqlarının göstəricisidir. Əslində, AXCP və onun sədri Əli Kərimlinin Azərbaycan dövlətinə və xalqına qarşı münasibəti də öz əmisi oğlundan fərqlənmir. Eyni “ideologiyanı paylaşdıqları” açıq-aşkar görünən bu iki əmioğlunun mahiyyəti məhz terrorizmə, dağıdıcılığa, xaosa söykənir.
Bu fakt həm də erməni lobbisi, eləcə də digər anti-azərbaycançı dairələrin sifarişləri əsasında daima siyasi qarşıdurma, xalq arasında bölücülük yaratmaq istəyən Əli Kərimli və onun partiyadaşlarının siyasi müxalifət olmadıqlarını sübut etmiş oldu. Əli Kərimli və onun ətrafındakılar fərqli məkanlarda, fərqli coğrafiyalarda baş verən mənfi tendensiyaları, siyasi və vətəndaş qarşıdurmasını, çevrilişləri, terroru və digər dağıdıcı amilləri Azərbaycana “dəvət” və tətbiq etməkdən usanmırlar. Xarici ölkələrdə müxtəlif maraq qruplarının əli ilə baş verən çevrilişlərdən ruhlanaraq gündə bir rəngə, bir dona düşən Əli Kərimli və onun “doğmaları”nın məqsədi isə Azərbaycanda xaos yaratmaq, ölkəmizdə olan dünyəvi, demokratik, azad dövlətçiliyə qarşı marıqda yatan islamofob, anti-azərbaycançı qüvvələrlə işbirliyi qurmaqdır.
Vurğulandığı kimi, illərdir yaxın və uzaq coğrafiyada baş verən çevrilişləri və qarşıdurmaları özlərinə “nümunə sayan”, ərəb baharı, məxməri, qızılgül və başqa adlarla kodlandırılan “çevriliş layihələrini” Azərbaycana gətirmək üçün çaba göstərən radikal düşərgə yenidən öz simasını ortaya qoyur. Yalançı “demokratiya” pərdəsinə bürünərək saxta görüntü yaratmaq istəyənlərin yalanları yenidən ortaya çıxır. Bu gün terroru dəstəkləyənlər, vaxtilə onu ölkəmizə “dəvət edənlər” kimlərə nökər olduqlarını öz əməlləri və fikirləri ilə açıq şəkildə ortaya qoymağı “bacarırlar”. Özlərinə “demokratik düşərgə” adı vermiş bu “dil pəhləvanlarının” əslində “terroru dəstəkləyən düşərgə” olduqları özləri tərəfindən etiraf edilir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17

