Nyu-Yorkda GUAM Xarici İşlər nazirlərinin 34-cü iclası keçirilib
27.09.2019 [08:47]
Sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM Xarici İşlər nazirlərinin 34-cü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Xarici İşlər naziri E.Məmmədyarov, Gürcüstanın Xarici İşlər naziri D.Zalkaliani, Moldova Respublikasının Xarici İşlər və Avropa İnteqrasiyası naziri N.Popesku, Ukraynanın Xarici İşlər naziri V.Pristayko (toplantının sədri qismində) və GUAM təşkilatının Baş katibi A.Əfəndiyev iştirak ediblər.
İclasda GUAM formatında siyasi qarşılıqlı fəaliyyət məsələləri, parlamentlərarası əməkdaşlığa dair kompleks məsələlər, sahəvi əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də digər tərəfdaş ölkələrlə əməkdaşlıq və s. məsələlər müzakirə olunub.
Xarici İşlər nazirlərinə Baş katib tərəfindən beynəlxalq səviyyədə GUAM nəqliyyat koridorlarının irəlilədilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib və bu xüsusda birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Nazirlər energetika üzrə işçi qrupunun iclasının və onun nəticələrinə uyğun olaraq yüksəksəviyyəli görüşün təşkil edilməsinin vacibliyini nəzərə alıblar.
İclasda, həmçinin GUAM-a üzv dövlətlərin Xarici İşlər nazirlikləri nəzdində yaradılmış Diplomatik akademiyaların rəhbərlərinin görüşlərinin nəticələri, eləcə də əməkdaşlığın mədəni-humanitar ölçüsünün inkişafı və bu xüsusda gənclər və idman sahəsində tədbirlərin həyata keçirilməsi müzakirə edilib.
Xarici İşlər nazirləri GUAM-ın digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini nəzərdən keçirib, bu xüsusda GUAM Katibliyinin Dünya Turizm Təşkilatının Katibliyi ilə əməkdaşlığının qurulmasına dəstək ifadə ediblər.
Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36

