Qarabağla bağlı vahid elektron informasiya resursunun təqdimat mərasimi olub
19.12.2009 [22:14]
Milli Məclis sədrinin müavini Bahar Muradova təqdimatı keçirilən vahid elektron informasiya resursunun əhəmiyyətini yüksək qiymətləndirərək deyib ki, son vaxtlar Prezident İlham Əliyevin işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində ardıcıl surətdə həyata keçirdiyi məqsədyönlü siyasət biz qarabağlılarda tezliklə öz doğma torpaqlarımıza qayıdacağımıza inamı artırıb. Prezidentin ardıcıl səylərinin fonunda hər bir Azərbaycan vətəndaşının, hər bir ziyalının, deputatın, dövlət məmurunun borcu bu fəaliyyətə öz əməli işi ilə dəstək vermək, dövlətimizin başçısının apardığı məqsədyönlü siyasətin sürətinə, operativliyinə, çevikliyinə uyğun hərəkət etməkdir. Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında və Ermənistanın təcavüzkar siyasətinin ifşa olunmasında yeni fəaliyyətə başlayan saytın mühüm rol oynayacağına əminliyini bildirən B.Muradova, vahid elektron informasiya resursunun yalnız hər gün, hər saat yeniləşməklə, öz səhifələrində konkret faktları əks etdirməklə məqsədinə nail ola biləcəyini söyləyib.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun bundan sonra da beynəlxalq aləmdə Azərbaycanın maraqlarını qoruyan, Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıran belə təşəbbüslərə dəstək verəcəyini bildirib.
Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva ölkəmizin YUNESKO ilə əməkdaşlığı çərçivəsində düşmən tapdağı altında olan torpaqlarımızla bağlı yeni vahid elektron informasiya resursunun yaradılmasını ictimai həyatımızda mühüm hadisə kimi səciyyələndirib. Son vaxtlar Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən YUNESKO ilə əməkdaşlığının geniş vüsət almasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölçüyəgəlməz xidmətlərini xatırladan G.Əfəndiyeva Azərbaycanın birinci xanımının milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, onların dünyada tanıdılması istiqamətində çoxşaxəli fəaliyyətini diqqətə çatdırıb.
Mərasimdə çıxış edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov, layihənin müəllifləri - DİA-nın YUNESKO Mərkəzinin rəhbəri Cahangir Hacıyev, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzinin rəhbəri Yusif Ağayev, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı və başqaları saytın fəaliyyətə başlamasını ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm addım kimi qiymətləndiriblər.
Bildirilib ki, Qarabağın tarixi, mədəniyyəti, müsiqisi, coğrafiyası, təbiəti, təbii ehtiyatları, ədəbiyyatı, mədəni irsi, görkəmli şəxsiyyətləri, Ermənistanın zaman-zaman Azərbaycana təcavüzləri, Xocalı soyqırımı, tarixi sənədlər və elektron kitabxanadan ibarət olan sayt 20 əsas, 65 alt, 36 əlavə bölmədən ibarətdir. Mərasimin sonunda Xalq artistləri Arif Babayevin və Mənsum İbrahimovun, Əməkdar artistlər Elçin Həşimovun (tar), Elnur Əhmədovun (kamança) müşayiəti ilə birgə ifa etdikləri “Qarabağ şikəstəsi” iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Bu tədbirin keçirilməsi üçün rəmzi olaraq seçilmiş “Hyatt Regency-Naxçıvan” mehmanxanasının Suşa zalında səslənən “Qarabağ şikəstəsi”nin tezliklə Vətənimizin dilbər guşəsi Qarabağdan - Şuşanın dillər əzbəri olan İsa bulağından havalanması arzusu dönə-dönə vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29

