Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir
08.01.2020 [09:34]
Milli vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə alan gənclik ölkəmizi gələcəyə inamla aparacaq
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti mühüm nailiyyətlərə yol açıb. Ümumiyyətlə, Azərbaycanda milli inkişaf strategiyamızın mühüm istiqamətlərindən birini təşkil edən rasional gənclər siyasəti həyata keçirilir. Yeri gəlmişkən, ötən il noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş mərasimdəki nitqində bu məqama toxunan Prezident İlham Əliyev eyni zamanda gənclərə tariximizi dərindən öyrənməyi, yüksək biliklər qazanmağı, vətənpərvər olmağı, adət-ənənələrimizə sadiq qalmağı tövsiyə edib: “Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa, ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa, nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, bu gün dövlətimizin gənclər siyasəti uğurlu nəticələr verməkdədir. Onun sözlərinə görə, görülən işlərin ifadəsi olaraq ölkəmizdə Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğur və tərəqqinin bariz göstəriciləridir. Eyni zamanda, bu gün gənclər dövlət idarəçiliyində irəli çəkilir, seçkili orqanlarda geniş təmsil olunurlar: “Bir sözlə, bu gün Azərbaycan gəncliyi dövlətin qayğısı ilə tam əhatə olunub. Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunan çoxminli gənclər ordusu da Prezidentimizin ətrafında sıx birləşməklə yanaşı, dövlətimizin uğurlu siyasətini insanlar arasında fəal şəkildə təbliğ edir”.
S.Orucov söyləyib ki, bu gün Azərbaycan gəncliyi xoşbəxtdir ki, Azərbaycanın lideri gənclərimizə daha güclü, daha zəngin bir Azərbaycan bəxş edib: “Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan öz tarixində bu qədər güclü olmayıb. Bəli, bu gücün mənbəyi Heydər Əliyev yoludur, bu gücün mənbəyi xalqla iqtidarın birliyidir, bu gücün mənbəyi Azərbaycan xalqının Prezident İlham Əliyevə inamıdır. Biz gənclər olaraq dövlətimizin başçısının tövsiyələrinə hər zaman əməl etməyi özümüzün başlıca vəzifəmiz hesab edirik. Bütövlükdə isə, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir və ölkəmizin inkişafı prosesinə öz töhfələrini verməyə çalışırlar”.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli isə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik formalaşıb. O bildirib ki, Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında böyük rol oynayırlar: “Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Eləcə də Azərbaycanda gəncliyin inkişafı ilə bağlı qəbul olunmuş Dövlət proqramları ölkə gəncliyinin inkişafına böyük töhfələr verir. Eyni zamanda gənclər daim irəli çəkilir, mühüm dövlət postlarına təyin olunurlar. Yəni dövlət idarəçiliyində, eləcə də seçkili orqanlarda gənclərin təmsilçiliyi artır. Həmçinin müxtəlif sahələrdə uğurlar qazanan, Azərbaycanın adını yüksəldən gənclərimiz dövlət rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilirlər”.
Emin Həsənli deyib ki, Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş mərasimdəki nitqində də Azərbaycan Prezidenti İlham Əliyev gənclərə çox dəyərli tövsiyələr verdi. Onun sözlərinə görə, Azərbaycan gəncliyi bu tövsiyələri fəaliyyətlərində daim öndə tutmalıdır: “Gənclərimiz tariximizə sahib çıxmalı, milli adət-ənənələrimizə sadiq olmalıdırlar. Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxundu, onların cəmiyyətin fəal üzvləri olduğunu dedi. Qeyd edildiyi kimi Azərbaycan dövləti gənclərin potensialından istər dövlət idarəçiliyində, istərsə də digər sahələrdə yüksək səviyyədə istifadə edir. Bu gün seçkili orqanlarımızda kifayət qədər aktiv gənclər iştirak edirlər. Bir faktı qeyd edim ki, ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində çoxsaylı gənclər yerli özünüidarəetmə orqanında təmsilçilik hüququ əldə etdilər. Eyni zamanda qarşıdan gələn parlament seçkilərində də çoxsaylı gənclərimiz iştirak etmək qərarı veriblər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27

