/ / Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25.01.2020 [11:21]
“Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət milli maraqlarımıza xidmət edir. Prezident İlham Əliyevin siyasəti Azərbaycanın beynəlxalq miqyasda güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınması və qəbul olunmasını təmin edib. Bunu Prezident İlham Əliyevin bu günlərdə Davos Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına baş tutan işgüzar səfəri çərçivəsində keçirdiyi çoxsaylı görüşlərdə, həmçinin qatıldığı müzakirələrdə ölkəmizə göstərilən maraq və diqqət bir daha təsdiqləyir”. Bu fikirləri V çağırış Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.
D.Cəbrayılova bildirib ki, Davosda dövlətimizin başçısı ilə görüşlərdə dünyada məşhur olan şirkətlərin yüksəkvəzifəli rəsmiləri Azərbaycanın iqtisadi sahədə qazandığı uğurları, respublikamızın investisiya cəlbediciliyini, ölkəmizdəki biznes mühitini yüksək dəyərləndiriblər və bundan sonra da respublikamıza böyük həcmlərdə sərmayə yönəltmək istədiklərini söyləyiblər. Öz növbəsində Prezident İlham Əliyev Davosda keçirdiyi görüşlərdə və qatıldığı müzakirələrdə Azərbaycanın müstəqillik illərində aparılan məqsədyönlü siyasət sayəsində iqtisadi inkişaf, infrastruktur quruculuğu istiqamətində, sosial sferada və digər sahələrdə böyük uğurlara imza atdığını, eləcə də ölkəmizin bundan sonrakı prioritetlərini nəzərə çatdırıb.
“Respublikamızda dövlətin güclü siyasi iradəsi sayəsində iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Son 16 ildə milli iqtisadiyyatımız 3,3 dəfə genişlənib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Hazırda Azərbaycan iqtisadi baxımdan tam müstəqil dövlətdir. Respublikamız heç bir kənar gücdən, kredit təşkilatından asılı deyil. Əksinə, Azərbaycan investor ölkəyə çevrilib. Ölkəmiz indiyədək bir sıra transmilli enerji və nəqliyyat layihələrinə moderatorluq etməklə regional və qlobal əməkdaşlığa sanballı töhfələr verib. Bu gün respublikamız qonşu dövlətlərdə, həmçinin bir sıra Avropa ölkələrində böyük investisiya tutumuna malik layihələr reallaşdırır. Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb. Davos Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını, ictimai təşkilatları bir araya gətirən və qlobal miqyasda müşahidə edilən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə aktual ictimai-siyasi çağırışların müzakirə olunduğu ən böyük beynəlxalq platformalardan biridir. Öz növbəsində məqsədyönlü siyasət sayəsində dünya iqtisadiyyatına inteqrasiya edən respublikamız da Davos İqtisadi Forumu ilə fəal əməkdaşlıq edir. Əlamətdar haldır ki, Azərbaycanın müsbət reallıqları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Davos Forumunun müvafiq hesabatına əsasən, Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə dünyada ikinci yerdədir. Davos Forumu Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görüb”, - deyə D.Cəbrayılova vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

