ABŞ universitetində Azərbaycanın tolerantlıq ənənələri müzakirə olunub
14.03.2020 [10:51]
ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən biri olan və Yuta ştatında yerləşən Brigham Young Universitetində (BYU) Azərbaycanın multikulturalizm və dinlərarası tolerantlıq ənənələrinə dair müzakirələr keçirilib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və ABŞ-ın Stirlinq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanın müxtəlif dini icmaları və dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin Yuta ştatında səfəri çərçivəsində Universitetin nüfuzlu Kennedi Mərkəzində keçirilən tədbirdə bu ali təhsil ocağının müəllim və tələbə heyəti iştirak edib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən film nümayiş olunub.
Brigham Young Universitetinin Hüquq fakültəsinin Hüquq və Dini Tədqiqatlar üzrə Beynəlxalq Mərkəzinin direktoru professor Kol Durham (Cole Durham) tədbiri açaraq bu önəmli tədbirə ev sahibliyi etmələrindən məmnun olduqlarını bildirib və Azərbaycan nümayəndə heyətini təqdim edib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin nümayəndə heyətinin səfəri haqqında danışıb. Baş konsul nümayəndə heyətinin səfərinin əsas məqsədinin Azərbaycanın multikulturalizm və dinlərarası harmoniya üzrə nadir təcrübəsinin ölkəmizin müsəlman, yəhudi və xristian din xadimləri, eləcə də dövlət qurumlarının təmsilçiləri vasitəsilə ştat rəsmiləri və ictimaiyyətinə çatdırmaq olduğunu vurğulayıb.
Sonra müzakirələr keçirilib. Müzakirələrdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov, DQİDK sədrinin müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev Azərbaycanda mövcud olan multikulturalizm, qarşılıqlı anlaşma və dinlərarası tolerantlıq mühitindən ətraflı danışıb, bu ənənələrin ölkəmizdə artıq dövlət siyasəti səviyyəsinə yüksəldildiyini vurğulayıblar. Natiqlər qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü qeyd ediblər.
Daha sonra nümayəndə heyətinin üzvləri tələbələrin çoxsaylı suallarını cavablandırıblar.
Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27

