Azərbaycanda qeyri-formal məşğulluğa qarşı ciddi mübarizə aparılır
19.03.2020 [09:03]
Prezident İlham Əliyev: Son müddət ərzində 300 mindən çox işçi ilə əmək müqaviləsi bağlanmışdır
Ölkəmizin əmək bazarı bir sıra spesifik amillərlə səciyyələnir. Azərbaycan əmək ehtiyatları ilə zəngin olan ölkədir. Hazırda ölkəmizdə əmək qabiliyyətli yaşda olan əhalinin sayı təxminən 6814,0 min nəfərdir. Bunun 5168,0 min nəfərini iqtisadi fəal əhali təşkil edir. Əhalinin daha çox hissəsinin gənclərdən ibarət olması respublikamızda əmək ehtiyatlarının formalaşmasında mühüm rol oynayır.
Eyni zamanda, ölkəmizdə müsbət demoqrafik mühit formalaşıb. Aparılan uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkəmizdə əhali sayının artması isə qarşıya yeni çağırışlar qoyur və bu çağırışlardan biri də əmək bazarının adekvat şəkildə tənzimlənməsi ilə əlaqədardır. Bu sahədə Azərbaycanın strateji hədəfi ondan ibarətdir ki, ölkədə yeni iş yerlərinin yaradılması davamlı prosesə çevrilməlidir. Bu strateji xəttə uyğun olaraq respublikamızda yeni iş yerlərinin yaradılmasına və mövcud olanların qorunmasına çox həssas münasibət bəslənilir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikanın yeni hökuməti əsas diqqətini artan əhalidən ibarət böyük çağırış üzərinə yönəldib.
Respublikamızda insanların əmək bazarına inteqrasiyasının genişləndirilməsi üçün yeni imkanlar yaradılır
Hər bir ölkə özünün əmək bazarını daxili imkanlarını nəzərə almaqla tənzimləyir. Bu baxımdan BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamızın həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Əlbəttə, əmək ehtiyatlarının zənginliyi, gənclərin yüksək ixtisaslı kadrlar kimi formalaşmaları ölkəmizin böyük üstünlüyüdür. Azərbaycanı fərqləndirən həm də o məqamdır ki, respublikamızda insanların əmək bazarına inteqrasiyasının genişləndirilməsi üçün davamlı olaraq yeni imkanlar yaradılır. Yeri gəlmişkən, Prezident İlham Əliyev martın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən bu məqama xüsusi diqqət çəkib. “İşsizliyi aşağı səviyyədə saxlamaq üçün dövlət bütün mexanizmlərdən istifadə edir”, - deyə ölkə Prezidenti vurğulayıb.
Azərbaycanda əmək bazarının effektiv şəkildə tənzimlənməsindən söhbət açarkən bu məqsədlə bir-birini tamamlayan iki istiqamətdə görülən tədbirlərin önəmini xüsusi qeyd edə bilərik. Respublikamızda bir tərəfdən hüquqi bazanın möhkəmləndirilməsi, digər tərəfdən isə praktiki müstəvidə görülən işlər əhalinin, o cümlədən də gənclərin əmək bazarına çıxışını asanlaşdırır. Belə tədbirlərin əhatə dairəsi isə kifayət qədər genişdir. Yeni iqtisadi şəraitdə Prezident İlham Əliyevin islahatların ardıcıllığının təmin edilməsi məqsədilə imzaladığı ayrı-ayrı sənədlər respublikamızda insanların əmək bazarına inteqrasiyasına möhkəm hüquqi əsaslar yaradır. Məlum olduğu kimi, ölkəmizdə dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiqlənib. Strategiyanın məqsədi məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, tam məşğulluğu təmin etmək, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməkdir.
Yeni şəraitdə həyata keçirilən islahatlar çərçivəsində Prezident İlham Əliyev 13 fevral 2020-ci il tarixində “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi kimi 5 mühüm istiqamət üzrə zəruri tədbirlərin reallaşdırılması nəzərdə tutulub.
Respublikamızda insanların məşğulluq imkanlarının genişləndirilməsi baxımından əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin tətbiqinin önəmini xüsusi qeyd etmək lazımdır. Bu sistem əmək bazarı iştirakçılarının hüquq və mənafelərinin dolğun şəkildə təminatında, əmək bazarının tənzimlənməsi prosesində innovativ yanaşmaları özündə ehtiva edən çox səmərəli vasitədir.
Ölkəmizdə insanların əmək bazarına daha asan çıxışını təmin etmək üçün hüquqi bazanın təkmilləşdirilməsi praktiki müstəvidə reallaşdırılan tədbirlərlə tamamlanır. Respublikamızda yeni şəraitdə iqtisadiyyatın genişlənməsini hədəfləyən islahatlar uğurla reallaşdırılır. Təkcə son illərdə ölkəmizdə daxili və xarici investisiyaları cəlb etməklə bir neçə sənaye parkı yaradılıb, nəhəng sənaye müəssisələri işə salınıb. Eyni zamanda, bölgələrdə sənaye məhəllələrinin yaradılması geniş vüsət alıb. Son illərdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsi, pambıqçılıq, baramaçılıq, tütünçülük kimi gəlir imkanları geniş, əmək tutumu böyük olan sahələrin dirçəldilməsi respublikamızda əmək bazarının genişlənməsinə öz müsbət təsirini göstərib.
Öz növbəsində Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə güclü siyasi iradə nümayiş etdirməsi, hüquqi bazanın möhkəmləndirilməsi və praktiki müstəvidə görülən işlər yaxşı nəticələr verir. 2003-2019-ci illər ərzində respublikamızda 70 faizdən çoxu daimi olmaqla təxminən 2 milyon yeni iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizədək aşağı endirilib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir. İşsizliyin aşağı səviyyədə olması həmçinin respublikamızda yoxsulluğun da azalmasını - 49 faizdən 5 faizə enməsini şərtləndirib.
Ölkədə qeyri-formal məşğulluğun minimum səviyyəyə endirilməsi hədəflənib
Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda yeni şəraitdə kölgə iqtisadiyyatının aradan qaldırılması, bütün sahələrdə şəffaflığın təmin edilməsi istiqamətində reallaşdırılan islahatlar çərçivəsində həmçinin qeyri-formal məşğulluğa qarşı ciddi mübarizə tədbirləri görülür. Yuxarıda bəhs olunan qəbulda da respublikamızda qeyri-formal məşğulluğa qarşı aparılan mübarizə tədbirlərindən və bu sahədə əldə edilən nəticələrdən geniş söhbət açılıb. Bildirilib ki, hazırda qeyri-formal məşğulluqla mübarizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkəmizdə dövlət başçısının imzaladığı müvafiq Fərman və sərəncamlar əsasında qeyri-formal məşğulluğun azaldılması üçün ən ciddi stimullar yaradıldığı nəzərə çatdırılıb. Məsələn, vergi güzəştləri tətbiq olunub, eyni zamanda, inzibati tədbirlər gücləndirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin bildirdiyinə görə, bu tədbirlərin müsbət dinamikası ötən il çox ciddi şəkildə özünü göstərib. Təkcə bir il ərzində özəl sektorda əmək müqavilələrinin sayı 100 min artıb. Həmçinin dövlət sektorunda əlavə olaraq 53 min artım qeydə alınıb. Eyni zamanda, reallaşdırılan ciddi tədbirlər nəticəsində əməkhaqqı fondu 42 faiz artıb. Başqa sözlə desək, əməkhaqqı fondunda 42 faiz leqallaşma baş verib. Bu, həm iqtisadiyyata, həm pensiya-sosial təminatına, həm də kölgə iqtisadiyyatının azaldılmasına ciddi dəstəkdir. Hazırda ölkəmizdə qeyd olunan istiqamətdə müsbət dinamika davam edir. Son statistikaya əsasən, cari ilin əvvəlindən bəri əmək müqavilələrinin sayında 19 min 400 artım olub. Prezident İlham Əliyev respublikamızda qeyri-formal məşğulluğa qarşı aparılan mübarizə tədbirlərinin yaxşı nəticələr verməsindən məmnunluğunu bildirərək deyib: “Qeyri-formal məşğulluqla bağlı mənim müvafiq göstərişlərim yerinə yetirilir. Mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məruzələr edilir. Mənə verilən məlumata görə, son müddət ərzində 300 mindən çox işçi ilə əmək müqaviləsi bağlanmışdır. Yəni, bu işlər rəsmiləşdirilmişdir. Burada, əlbəttə ki, çox ciddi monitorinq tədbirləri keçirilməlidir. Bu, məsələ ilə bağlı sizə müvafiq göstərişlər verilmişdir. Eyni zamanda, sistem xarakterli, institusional tədbirlər də nəzərdə tutulur ki, qeyri-rəsmi məşğulluğun əhatə dairəsi daralsın”.
Qeyd edək ki, əmək münasibətlərinin leqallaşdırılması ilk növbədə muzdla işləyən vətəndaşların mənafeyinə uyğundur və onlar üçün çox böyük önəm daşıyan sosial təminatlar yaradır. Məlum olduğu kimi, son illərdə respublikamızda ciddi pensiya islahatları aparılıb. Təkcə ötən il həyata keçirilən böyük sosial paket çərçivəsində pensiyaların minimum məbləği iki mərhələdə 72 faiz artırılıb. Bu artım ölkə üzrə 660 min nəfər pensiyaçını əhatə edib. Respublikamızda pensiyaların artırılması ənənəsi 2020-ci ilin əvvəlindən də davam etdirilib. Cari ildə sosialyönümlü islahatların davamı olaraq dövlət başçısının imzaladığı Sərəncamla bütün pensiyalar 16,6 faiz indeksləşdirilib. Bunun nəticəsində, Azərbaycanda bütün pensiyalar üzrə orta aylıq pensiya 300 manatın üzərinə qalxıb. Eyni zamanda, respublikamızda perspektivdə orta aylıq pensiyanın 350 manata çatdırılması hədəflənib. Yeni qanunvericiliyə əsasən, təqaüd yaşına çatan vətəndaşların gələcək pensiya təminatı - daha yüksək məbləğdə pensiya almaları onların əmək fəaliyyəti göstərdikləri dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki fərdi hesablarına ödənilən vəsaitlə birbaşa bağlı olacaq. Yəni bu gün fərdi hesabında daha çox sosial sığorta kapitalı formalaşdıran muzdlu işçi sabah daha yüksək pensiya təminatı hüququ qazanacaq. İşəgötürənlə əmək müqaviləsinin bağlanmaması isə vətəndaşı nəinki daha yüksək məbləğdə pensiya almaqdan, hətta ümumiyyətlə pensiya təminatından məhrum edir.
Daha bir vacib məqama diqqət yetirək. Məlumdur ki, hazırda respublikamızda mərhələli şəkildə icbari tibbi sığortanın tətbiqi həyata keçirilir və bu proses 2020-ci ilin sonunadək ölkənin bütün ərazisini əhatə edəcək. Verilən məlumatlardan bəlli olur ki, tibbi sığortanın tətbiq edildiyi bölgələrin sakinləri onlara göstərilən xidmətlərdən məmnundurlar. Ancaq bu sahədə də vətəndaşların əmək fəaliyyətlərini qeyri-formal şəkildə həyata keçirmələri, işəgötürənlərlə əmək müqaviləsi bağlamağa cəhd göstərməmələri onlara problemlər yarada bilər. Buna görə də dövlət və özəl sektorda əmək fəaliyyəti göstərən hər bir kəs işəgötürənlə əmək münasibətlərinin rəsmiləşdirilməsinə nail olmalıdır.
Bəhs olunan qəbulda Prezident İlham Əliyev əmək bazarının tənzimlənməsi ilə bağlı digər tapşırıqlarını da diqqətə çatdırıb. Ölkədə qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə işləri daha geniş vüsət almalıdır. İşçilərlə əmək müqaviləsi bağlamayan sahibkarlara qarşı ciddi sanksiyalar, cərimələr tətbiq edilməlidir. Dövlət başçısı qəti mövqeyini ifadə edərək bildirib ki, Azərbaycanda heç kim səkkiz saatdan çox işləməməlidir.
Deyilənlərdən də göründüyü kimi, respublikamızda əmək bazarının tənzimlənməsi ilə bağlı qarşıya qoyulan mühüm hədəflərdən biri məhz qeyri-formal məşğulluğun minimum səviyyəyə endirilməsi ilə bağlıdır. Qəbulda belə bir əminlik ifadə olunub ki, reallaşdırılan kompleks tədbirlər nəticəsində qısa müddətdə buna nail olunacaq.
Mübariz
Xəbər lenti
Hamısına baxAnalitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31

