/ / Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti Ermənistanın işğalçılıq siyasətinin qlobal müstəvidə ifşası ilə yadda qaldı
Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti Ermənistanın işğalçılıq siyasətinin qlobal müstəvidə ifşası ilə yadda qaldı
22.06.2020 [23:43]
Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammiti hər şeydən əvvəl Ermənistan dövlətinin işğalçılıq siyasətinin qlobal müstəvidə ifşa olunması ilə yadda qaldı. Azərbaycanın son illər artan diplomatik hücumları qarşısında acizlik nümayiş etdirən Ermənistan iqtidarı sözügedən sammitdə də rüsvayçı məğlubiyyətdən qaça bilmədi. Ümumi nəticələri müqayisə etsək, bu sammiti Valday və Münxen zəfərlərinin məntiqi davamı kimi dəyərləndirə bilərik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu bildirib. Deputat qeyd edib ki, küçə siyasəti ilə beynəlxalq platformaları dəyişik salan Nikol Paşinyan populist ritorikasına uyğun olaraq sammitdə əvvəlcə beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözündən istifadə etdi, ermənicə çıxışında isə “Artsax” sözünü işlətdi. Bu isə onu göstərir ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsindən istifadə edir.
Paşinyan çıxışında bir neçə yalana imza atdı. O, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək guya bu qərara əsasən Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyini iddia etdi. O, həmçinin öz aləmində Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunmasından narazılığını bildirdi. Beynəlxalq səviyyəli məhkəmə qərarını təhrif edən Paşinyan anlamalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin olduğu da öz əksini tapmayıb. Qərarda baş vermiş hadisənin fərdi davranış əsasında törədildiyi qeyd olunub. Avropa Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittiham edən Paşinyan növbəti dəfə özünü yalan və saxtakar yanaşması ilə ifşa etdi.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında Ermənistanın dövlət səviyyəsində terrorizmə dəstək olduğunu tutarlı faktlarla sübut etdi. Azərbaycan Prezidenti erməni terrorçusu Karapetyanla bağlı məsələyə tarixi aspektdən yanaşaraq erməni terrorizminin əsl mahiyyətini ortaya qoydu.
Xatırladaq ki, dövlətimizin başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş vermişdi. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində, əsas məqsədin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmişdi. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunub. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın ovaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilib, mənzil və işlə təmin olunub. Bu, bir daha onu göstərir ki, qanlı terror aktları törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Onu da vurğulamaqda fayda var ki, bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan yalnız biridir.
“Sammitin nəticələrini bir cümlə ilə belə ifadə edə bilərik: Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü bütün dünyaya biabır etdi. Sammit təkcə Ermənistanın informasiya müstəvisində rüsvayçı məğlubiyyəti ilə yox, həm də Paşinyanın gülüş hədəfinə çevrilən davranışları ilə yadda qaldı. Söhbət Paşinyanın onlayn konfransa tibbi maskadan istifadə edərək qatılmasından gedir. Paşinyan bir müddət əvvəl koronavirusa yoluxduğunu elan etmiş, daha sonra da sağaldığını açıqlamışdı. Mütəxəssislər hesab edir ki, tibbi protokollara görə koronavirusa yoluxan və sağalan adam heç kimi yoluxdurmur. Çünki bədəndə anticisim formalaşır və belə olduqda tibbi maska taxılmasına ehtiyac qalmır. Sual yaranır ki, belə bir halda Paşinyanın maska taxmasına səbəb nə idi? Üstəlik də kamera qarşısında... Kadrlardan da göründüyü kimi, Paşinyandan başqa heç bir dövlət və hökumət başçısı maska taxmayıb. Çünki beynəlxalq tibbi standartlara görə əgər yaxınlığında kimsə yoxdursa, maska taxmaq zərurəti qalmır. Deməli, bu, Paşinyanın növbəti ucuz şousudur. Onun bundan məqsədi özünü xalqı qarşısında qurban kimi göstərmək və ictimaiyyətin diqqətini cəlb etməkdir”, - deyə Elşad Mirbəşiroğlu vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45

