AZƏRTAC Ermənistanın Bərdəyə terror hücumları ilə bağlı beynəlxalq KİV-lərə müraciət edib
31.10.2020 [08:14]
AZƏRTAC Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə vəhşi terror hücumları ilə bağlı beynəlxalq və regional xəbər agentlikləri təşkilatlarının üzvü olan agentliklərin rəhbərlərinə müraciət edib.
Dünya Xəbər Agentlikləri Konqresinə (NAWC), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), Avropa Xəbər Agentlikləri Alyansına (EANA), İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli Xəbər Agentlikləri Birliyinə (UNA) üzv olan agentliklərin rəhbərlərinə ünvanlanan müraciətdə Ermənistan hərbi-siyasi rəhbərliyinin azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirdiyi terror aktlarının davamı olan Bərdə faciəsinin ağır nəticələri barədə məlumat verilir. Həmçinin bu hadisələr fonunda Ermənistan tərəfinin uydurduğu feyk xəbərlərin bəzi beynəlxalq KİV-lərə yol tapmasından narahatlıq ifadə olunur.
Qeyd edilir ki, döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə almaqda davam edir. Oktyabrın 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində uşaqlar, qadınlar və yaşlı insanlar da daxil olmaqla 21 nəfər həlak olub, 70 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Bundan bir gün əvvəl - oktyabrın 27-də isə rayonun kəndlərindən birinə edilmiş bənzər hücumda isə beş nəfər, o cümlədən yeddi yaşlı qız həyatını itirib, çoxlu sayda mülki şəxs xəsarət alıb.
“Sentyabrın 27-dən başlayaraq Azərbaycanın şəhər və kəndlərinə edilən vəhşi hücumlar nəticəsində, ümumilikdə, 90 dinc sakin həlak olub, 392 nəfər yaralanıb, 2500-ə yaxın fərdi ev və çoxmənzilli yaşayış binası, həmçinin 420-dən çox mülki infrastruktur obyekti dağılıb və ya ciddi zədələnib. Həlak olanların 11-i uşaq, 27-si qadın, 15-i ahıl şəxsdir. Yaralananlar arasında isə 14 körpə, 36 uşaq, 101 qadın, 45 ahıl şəxs var. Beləliklə, açıq-aşkar görünür ki, bu, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror aktlarıdır, mümkün qədər çox insanın öldürülməsinə hesablanan müharibə cinayətləridir”, - deyə müraciətdə vurğulanır.
Təəssüflə qeyd olunur ki, bu və digər təkzibolunmaz fakt və sübutlara baxmayaraq, bəzi beynəlxalq KİV-lər münaqişənin işıqlandırılmasına yenə də qərəzli yanaşır, təcavüzkarla təcavüzə məruz qalana fərq qoyulmur. Ermənistan tərəfinin feyk məlumatlarına əsaslanan xəbərlər yayılması, eləcə də dinc azərbaycanlı əhaliyə məqsədli hücumlarla bağlı mövqe bildirilməməsi Azərbaycanda haqlı narahatlıq doğurur.
Müraciətdə dünyanın aparıcı xəbər agentlikləri Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı amansız terror hücumlarına və müharibə cinayətlərinə həssas yanaşmağa, münaqişə barədə həqiqətləri yaymağa çağırılır.
Xatırladaq ki, AZƏRTAC Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) və İslam Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Birliyi Şurasının (UNA), Avropa Xəbər Agentlikləri Alyansının (EANA) üzvüdür.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

