Azərbaycan Prezidenti Administrasiyasının nümayəndə heyəti İstanbulda jurnalistlərlə görüşüb
03.04.2010 [11:02]
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. Dünən səfər çərçivəsində Ramiz Mehdiyev İstanbuldakı “çırağan” sarayında Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
Tədbiri Türkiyə Prezidenti Katibliyinin baş katibi Mustafa İsen açaraq, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Ankarada keçirdiyi görüşlər barədə məlumat verib. Sonra Ramiz Mehdiyev çıxış edərək bildirib ki, Türkiyəyə rəsmi səfəri çox məhsuldar olub və onun nəticələrindən məmnundur. üçgünlük səfər çərçivəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, parlamentin sədri Məhmət Əli Şahin və digər dövlət, hökumət rəhbərləri ilə faydalı fikir mübadiləsi olub. Qazi Universitetində Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı dəyərli müzakirələr aparılıb.
“Hürriyyət”, “Sabah”, “Star” “Haber-türk” “Zaman” və digər nüfuzlu mətbuat orqanlarının Azərbaycanla bağlı suallarına cavab verən Ramiz Mehdiyev bildirib ki, Azərbaycan bu gün çox sürətlə inkişaf edir və Qərb analitiklərinin rəyinə görə regionun lider dövlətidir. Müasir müstəqil Azərbaycan dövlətçiliyinin əsasını Ulu öndər Heydər Əliyev qoyub. ümummilli liderin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi paytaxt Bakı ilə yanaşı, regionların da dinamik inkişafı prosesi gedir. ölkəmizdə iqtisadi vəziyyət çox yaxşıdır. Dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində Azərbaycanda iqtisadi artım 9,3 faiz təşkil edib. Azərbaycanda insan haqları sahəsində mühüm islahatlar həyata keçirilib. Prezident İlham Əliyevin siyasəti Azərbaycanı demokratik və inkişaf etmiş ölkələr sırasına çıxarır. Azərbaycan-Türkiyə münasibətləri də ən yüksək səviyyədədir və bu əlaqələrə heç kim müdaxilə edə bilməz. Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi rəhbəri var. Ona böyük xalq sevgisi var və xalqımız Onun siyasətini dəstəkləyir.
Prezident Administrasiyasının rəhbəri Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyindən də ətraflı bəhs edib. O, vurğulayıb ki, Türkiyə rəhbərliyinin Azərbaycan torpaqları işğaldan azad olunmayınca Ermənistanla protokolların təsdiq olunmayacağı barədə bəyanatları xalqımızı məmnun edir. Unutmaq lazım deyil ki, Ermənistan təkcə Azərbaycan torpaqlarına deyil, Türkiyənin ərazilərinə də göz dikib. Rəsmi Yerevan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və Madrid prinsipləri ilə razılaşmadığını bəyan edir. Doğrudur, bu prinsiplər Azərbaycanı qane etməsə də, biz bunu bir mərhələ kimi qiymətləndiririk. Təəssüf ki, 20 ildir münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupu işğalçı Ermənistandan təcavüzə son qoymağı tələb etmir. Azərbaycan indi hərbi sənayesini inkişaf etdirir və güclü ordu qurub. Biz, torpaqlarımızı işğaldan istənilən şəkildə azad etmək hüququna malikik. Eyni zamanda, Azərbaycan Türkiyə əleyhinə erməni lobbisi və onların havadarlarının fəaliyyətinə qarşı mübarizədə qardaş ölkəni dəstəkləyir. Prezident İlham Əliyev ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” qərarından sonra bəyanat verərək, qardaş Türkiyənin yanında olduğunu bildirib. Son zamanlar Rusiya və Türkiyənin Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərinin güclənməsi də Azərbaycanda məmnunluqla qarşılanır.
Ramiz Mehdiyev qardaş ölkələrimizin bəzi mətbuat nümayəndələrini bir-birinə qarşı yazılar dərc etməkdən uzaq durmağa, əsas diqqəti dövlətlərimizə və xalqlarımıza qarşı düşmən olan qüvvələrlə mübarizəyə yönəltməyə çağırıb.
Görüşdən sonra “Topqapı” sarayında İstanbul valisi Müəmmər Gülərin adından Azərbaycan Prezidenti Administrasiyasının nümayəndə heyətinin şərəfinə ziyafət təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39

