/ / Səməd Seyidov: Dünya ictimaiyyətinin Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməsi mütləq zərurətə çevrilib
Səməd Seyidov: Dünya ictimaiyyətinin Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməsi mütləq zərurətə çevrilib
04.12.2020 [09:16]
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa son müraciətində dünya ictimaiyyətinin Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməsi ilə bağlı fikirlər söylədi. Biz bunun təzahürlərini konkret olaraq beynəlxalq münasibətlərdə görürük. Kimlərinsə xoşuna gəlməsə və buna görə də hansısa cəhdlər göstərilsə belə, bu reallığı nəzərə alıb qəbul etmək artıq mütləq zərurətə çevrilib.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Səməd Seyidov bildirib ki, bir neçə gün bundan əvvəl Fransa parlamentinin yuxarı palatası - Senat çox qərəzli, lüzumsuz və heç bir reallığı əks etdirməyən sənəd qəbul etdi. Bu sənədin qəbul edilməsi əslində Fransanın üçün böyük problemlər yaradır, nəinki Azərbaycan üçün. Çünki Azərbaycanın yaratdığı reallığı dəyişdirmək mümkün deyil. Fransa Senatı ancaq kapitulyasiyaya uğramış “bacısını” qoruyub saxlamaq, qondarma rejimə hər hansı formada dəstək vermək üçün öz milli maraqlarının üstündən xətt çəkərək belə bir qərar verdi.
Fransaya yaxın ölkələrdən biri olan Belçikanın parlamentində də oktyabrın əvvəlində bənzər layihə təqdim edilmişdi. O layihə də Fransa Senatının qətnaməsindən fərqlənmirdi. Ancaq müəyyən müddət keçəndən sonra müzakirələr zamanı bu layihə Belçika parlamentinin beynəlxalq əlaqələr komitəsi tərəfindən kənarlaşdırılmışdı. Onda ermənipərəst qüvvələr komitəyə ikinci layihəni təqdim etdilər. Bu layihə də əvvəlkindən ciddi şəkildə fərqlənməyən və Fransa Senatının sənədinə uyğun gələn bir layihə idi. Bu ikinci layihə də qəbul olunmadı. Nəhayət, dekabrın 2-də Belçika parlamentinin beynəlxalq əlaqələr komitəsində yeni bir sənəd gündəmə gəldi. Düzdür, bu sənəddə də qərəzli fikirlər mövcuddur. Lakin bu sənəddə 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə istinad var. İkincisi, bu sənəddə Azərbaycana qarşı hər hansı sanksiyanın tətbiq olunması məsələsi gündəmdən çıxarılıb. Üçüncüsü, bu sənəddə qondarma rejimin tanınması, onunla əlaqələrin qurulması məsələsi yoxdur. Beləliklə, Belçika parlamentində Fransa Senatının qəbul etdiyi qətnaməyə bənzər bir sənəd başqa formada müzakirə edilir.
“Görünən odur ki, zaman keçdikcə beynəlxalq qanunu nəzərə almamaq mümkün deyil. Bu da Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin konkret nəticələrindən biridir. Bu, onu göstərir ki, Azərbaycana qarşı nümayiş etdirilən qərəzli yanaşma getdikcə zəifləyəcək, gündəmdən silinəcək. Azərbaycan sərhəd toxunulmazlığını, ərazi bütövlüyünü möhkəmləndirmə prosesini yüksək səviyyədə təşkil etdikcə bu proses də geridönməz bir xarakter alacaq. Necə ki dünən Belçika parlamentinin komitəsində bu əlavələrin edilməsi qeyd edilən istiqamətdə bir siqnaldır”, - deyə Səməd Seyidov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

