Əhməd Oruc: Torpaqlarımızın işğaldan azad olunması tarixi hadisədir
19.12.2020 [00:13]
“Bu gün torpaqlarımızın işğaldan azad edilməsinə, Vətən müharibəsinə və onun nəticələrinə “dodaq büzməyə” çalışanların heç biri sentyabrın 27-dən bir gün öncə təsəvvür belə edə bilməzdilər ki, noyabrın 10-da Qarabağ və ətrafındakı ərazilər öz azadlığına qovuşacaq, Şuşada Azərbaycan bayrağı dalğalanacaq, qaçqın və məcburi köçkünlərimiz öz doğma el-obalarına qayıtmaq imkanı əldə edəcək, Naxçıvana quru yolunun açılması ilə bağlı razılıq əldə olunacaq. Bütövlükdə, torpaqlarımızın işğaldan azad olunması tarixi hadisədir. Yuxarıda sadaladıqlarım onilliklərlə arzusunda olduğumuz məsələlərdir. Bu dəyərlərə çox həssas yanaşmaq lazımdır. Mən müxalifət partiyasının sədri olsam da, hər bir nailiyyətin dəyərini və qiymətini verməyi özümə borc bilməliyəm. Hər zaman demişəm ki, Dağlıq Qarabağı azad edən Ali Baş Komandan ən ali hörmətə layiqdir”.
Bunu qəzetimizə açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın və ətrafındakı rayonların azad edilməsi ilə bağlı hakimiyyətin ortaya qoyduğu iradəyə, nail olduğu nəticəyə bilərəkdən, məqsədli şəkildə ləkə yaxmaq istəyənlər milli hislərə malik olmayan insanlardır. Ə.Oruc deyib ki, bu insanlar ya kimlərinsə nəzarəti altındadır, ya da Azərbaycana qarşı düşmən mövqedədirlər: “Vətən müharibəsi başlamamışdan öncə xaricdə yaşayan bəziləri israrla deyirdilər ki, guya ermənilər sülhpərvərdirlər, müharibə istəmirlər. Amma müharibə dövründə bəlli oldu ki, ermənilər özlərinin olmayan evləri yandırıb gedən, öz ev heyvanlarını öldürəcək qədər vəhşi xislətə malik olan, müharibədə nəticə əldə etmək üçün gecə vaxtı dinc insanlara, uşaqlara, qocalara raket zərbələri ilə hücumlar təşkil edən “sülhpərvərdir”lər. Bu faktlar həmin xaricdəki insanların dediklərinin məqsədli olduğunu ortaya çıxardı. Mən təəssüf edirəm ki, Azərbaycanda belə insanlar da var və başqa qüvvələrin təhriki, dəstəyi ilə ürək bulandırmaq istəyirlər”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

