Azərbaycan cəmiyyəti dünya standartlarına uyğun seçki keçirməyə tam hazırdır
17.04.2010 [15:00]
Dünən Bakıda “Avropa” mehmanxanasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Fransanın “Avrasiya - Yeni üfüqlər” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda beynəlxalq konfrans keçirilib.
Prezident Administrasiyasının məsul şəxslərinin, Milli Məclis deputatlarının, Avropa Parlamentinin, Avropa Şurasının və ATƏT-in Parlament Assambleyasının üzvlərinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilər üzrə ekspertlərinin, habelə siyasi partiya rəhbərlərinin, QHT və KİV-lərin nümayəndələrinin də qatıldıqları konfransda cari ilin noyabrında Azərbaycanda keçiriləcək parlament seçkilərinin təşkili, bu zaman beynəlxalq təcrübənin və beynəlxalq təşkilatların tövsiyələrinin nəzərə alınması istiqamətində müzakirələr aparılıb. AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyovun təklifi ilə təyyarə qəzasında həlak olmuş Polşa Prezidenti Lex Kaçinskinin və yüksək səviyyəli nümayəndə heyətinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
V.Əlibəyov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik inkişaf yoluna qədəm qoyub və ötən dövrdə ölkədə müxtəlif istiqamətli seçkilər keçirilib. Bu seçkilərin beynəlxalq təsisatlar tərəfindən də izləndiyi, proses başa çatdıqdan sonra bu institutlar tərəfindən rəy və təkliflərin səsələndirildiyi qeyd edilib. Həmin rəylərdə Azərbaycanın hər seçkidən sonra irəliyə doğru addımlar atdığı, ədalətli, demokratik və şəffaf seçkilər istiqamətində uğurları qeyd edilib. O, ümid etdiyini bildirib ki, qarşıdan gələn parlament seçkiləri də bu ənənələri pozmayacaq və Azərbaycan xalqı daha demokratik seçkilər keçirəcək.
V.Əlibəyov qeyd edib ki, konfransın təşkilində məqsəd Azərbaycanda seçkilərlə bağlı formalaşmış ictimai rəyi toplantı iştirakçılarının nəzərinə çatdırmaqdan və beynəlxalq təşkilatların ekspertlərinin məsələ ilə bağlı fikirlərini öyrənməkdən ibarətdir.
Fransanın “Avrasiya-Yeni üfüqlər” təşkilatının və konfransın prezidenti Tyeri Mariani yüksək səviyyəli ekspertlərin iştirakı ilə keçirilən konfransda aparılacaq müzakirələrin zəngin olacağını və gələcək fəaliyyətə müsbət təsir edəcəyinə əmin olduğunu bildirib. Son illər Azərbaycanın bir sıra sahələrdə, o cümlədən seçkilərin təşkili və keçirilməsində müvəffəqiyyətlər əldə etdiyi vurğulanıb. T.Mariani payızda keçiriləcək parlament seçkilərinin də demokratik və ədalətli keçiriləcəyinə inandığını qeyd edib.
Konfransda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkənin ictimai-siyasi həyatı, siyasi sistem, idarəetmə, seçki təcrübəsi, Azərbaycanın regiondakı geosiyasi mövqeyi ilə bağlı ətraflı məlumat verib. Şöbə müdiri qeyd edib ki, Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycan demokratik prinsipləri əsas tutur, parlamentdə onlarla partiya təmsil olunur, Prezident xalq səsverməsi yolu ilə seçilir və Avropa standartlarına uyğun məhkəmələr formalaşıb.
Əli Həsənov deyib: “Azərbaycanda siyasi partiyalar, QHT-lər, mətbuat orqanları fəaliyyət göstərir, yerli özünü idarəetmə orqanları olan bələdiyyələr formalaşıb. Beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla Seçki Məcəlləsi qəbul edilib. Azərbaycan demokratik səviyyədə seçki keçirməyə qadirdir. Daxili siyasi vəziyyət, ayrı-ayrı seçki institutlarının mövcudluğu, seçkilərdə iştirak edən, seçən və seçilən insanların hüquqlarının qorunması bunu deməyə əsas verir. Azərbaycanda hər bir insan özünün seçib seçilmək hüququnu reallaşdırmaq imkanına malikdir”.
Şöbə müdiri vurğulayıb ki, Azərbaycan cəmiyyəti dünya standartlarına uyğun seçki keçirməyə tam hazırdır.
Sonra konfrans işini sessiyalarda davam etdirib.
“Azərbaycanda seçki praktikası” mövzusunda keçirilən konfransın birinci sessiyasında AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı, ATƏT DTİHB-nin baş məsləhətçisi Conatan Stoun Stret, Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan Pol Murman məruzələrlə çıxış edib, ölkədə əvvəllər keçirilmiş seçkilər zamanı müşahidə etdikləri məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər. Məruzələr ətrafında aparılan müzakirələrdə Azərbaycanın demokratik, ədalətli və şəffaf seçkilərin təşkilində və keçirilməsində böyük təcrübə qazandığı, məruzələrdə səslənən fikir və təkliflərin ölkədə seçki prosesinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Fasilədən sonra keçirilmiş növbəti sessiyada “2010-cu ilin parlament seçkilərinin təkmilləşdirilməsi: müxtəlif prizmalar” mövzusunda müzakirələr aparılıb. Azərbaycan Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev “2010-cu ilin parlament seçkilərinin qanunverici əsasları”, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov “Seçki qanunvericiliyinin praktiki şəffaflıq resursları”, Vətəndaş və İnkişaf Partiyasının Sədri Əli Əliyev “Demokratik seçki mühitinin formalaşdırılması istiqamətində partiyaların fəaliyyəti”, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Azərbaycan Respublikasının seçki qanunvericiliyinin dinamikası” adlı məruzələrlə çıxış edib, müzakirələr aparılıb.
Konfransın üçüncü sessiyası “Müasir dünyada seçki praktikaları” mövzusuna həsr olunub. Bu sessiyada ispaniyalı senator, Parlamentlərarası İttifaqın üzvü Luis Fraqa İspaniyanın, Avropa Parlamentinin üzvü, bolqarıstanlı deputat Metin Kazak Bolqarıstanın, Kreyn qrupunun prezidenti Deniel Kreyn ABŞ-ın seçki modellərinin xüsusiyyətləri barədə məruzələrlə çıxış ediblər. Müzakirələrdə hər bir ölkənin seçki sisteminin onun yerli xüsusiyyətləri nəzərə alınaraq hazırlandığı, məhz həmin ölkədə ədalətli seçkilərin təşkilinə xidmət etdiyi, aparılan təcrübə mübadiləsinin isə ümumi əhəmiyyətə malik olduğu vurğulanıb.
Sonda konfransın qətnaməsi qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

