Milli Məclisin gənclər və idman komitəsində gənclərlə görüş keçirilib
03.02.2021 [09:08]
Fevralın 2-də Gənclər Günü münasibətilə Milli Məclisin gənclər və idman komitəsində ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və bir qrup fəal gənclə görüş keçirilib.
Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, xüsusi karantin rejiminin tələbləri gözlənilməklə baş tutan görüşün iştirakçılarını salamlayan Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev Azərbaycanda gənclər siyasətinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ümummilli Liderin bu sahəni daim diqqət mərkəzində saxladığını deyib. Qeyd edilib ki, Azərbaycan dünyada gənclər forumu keçirən ilk ölkələrdən biridir. İlk dəfə 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumundan artıq 25 il ötür.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən gənclər siyasətinin əsas xəttini gənclərin ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı təşkil edir. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən aparılan 44 günlük Vətən müharibəsində gənclərimiz ağlasığmaz şücaətlər göstərib, bu şərəf savaşında istər ön, istərsə də arxa cəbhələrdə ləyaqətlə vuruşublar. Hərbidə olan gənclər ön cəbhədə düşmənin başına od yağdırıb, müqəddəs torpaqlarımızı mənfur yağıların işğalından azad edib, arxa cəbhədəki gənclər isə informasiya sahəsində düşmənə tutarlı cavablar verib, elmi, texniki və tarixi faktlara, araşdırmalara istinad edərək onu susdurublar. Vitse-spiker buna görə bütün Azərbaycan gəncliyinə xüsusi minnətdarlığını ifadə edib, döyüşlərdə şəhid olanlara Allahdan rəhmət, yaralılara tezliklə şəfa tapmalarını diləyib.
Görüşdə iştirak edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü Çinarə Kazımova ölkəmizdə aparılan gənclər siyasətinin prioritet istiqamətlərindən, gənclərimizin ictimai-siyasi həyatda fəal iştirakından söz açıb.
Sonra “Karabakh is Azerbaijan” Platformasının İdarə heyətinin üzvü Şəbnəm Səfərova, “İrəli” İctimai Birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Şahin Rəhmanlı gənclərimizin Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı ön və arxa cəbhələrdəki xidmətlərindən danışıblar.
Görüşdə iştirak edən Diaspora ilə İş üzrə Dövlət Komitəsinin əməkdaşı, “Karabakh is Azerbaijan!” Milli Platformasının koordinatoru Bəxtiyar Rəhimov həmin günlərdə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin tarixi həqiqətlərin və müharibə faktlarının dünya ictimaiyyətinə çatdırılmasındakı rolunu diqqətə çatdırıb.
Görüşdə gəncləri narahat edən məsələlər müzakirə edilib, iştirakçıların qanunvericiliklə bağlı təklifləri dinlənilib. Parlamentin gənclər təşkilatları ilə qarşılıqlı əməkdaşlığının intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.
Toplantıda həm çıxışçılar, həm də həmin günlərdə ermənilərə qarşı informasiya müharibəsində virtual sahədə fəal mübarizə aparan, 200 nömrəli məktəbin 11-ci sinif şagirdi Sofiya Məmmədova və vaxtaşırı olaraq Vikipediyada tutarlı faktlara əsaslanan materiallarla çıxış edən Ayxan Zayıdzadə parlamentin gənclər və idman komitəsinin “Fəxri fərman”ı ilə təltif ediliblər.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

