İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı
07.05.2010 [10:19]
Dünən ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə məktəblilər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Yeni Azərbaycan Partiyası (YAP), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, təhsil işçiləri və ictimaiyyətin nümayəndələri iştirak edib. Təhsil naziri Misir Mərdanov müsabiqə ilə bağlı məlumat verərək bildirib ki, 600 mindən çox şagirdin qatıldığı yarışma üç mərhələdə keçirilib. Yarışmanın son mərhələsinə 96 şagird seçilib. Münsiflər Heyətinin qərarına əsasən, 21 nəfər müsabiqənin qalibi olub. Onlardan 5 nəfəri I yerə, 5 nəfəri II yerə, 11 nəfəri III yerə layiq görülüb. 56 nəfərin inşası isə fəxri fərmanlarla fərqləndirilib.
M.Mərdanovun sözlərinə görə, müsabiqə iştirakçılarından 87 məktəblinin yazısı kitabça halında nəşr olunub: “Bu müsabiqədə iştirak edən məktəblilərin sayı ilbəil artır. Azərbaycan məktəbliləri Heydər Əliyevin şəxsiyyətinə öz ehtiramlarını bildirirlər. Bizim əsas məqsədimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında gənclərimizin biliyini artırmaqdır”.
Nazir onu da qeyd edib ki, ümummilli liderə sevginin nəticəsidir ki, müsabiqəyə qatılanların sayı getdikcə artır. İştirakçıların və təşkilatçı qurumların sayının artdığını vurğulayan M.Mərdanov bunu müsabiqənin yüksələn nüfuzu ilə izah edib. Təhsilin səviyyəsinin də ilbəil qalxdığını vurğulayan nazir deyib ki, təhsilə göstərilən qayğı nəticəsində son on ildə şagirdlərin dərsliklə bağlı bütün problemləri həll edilib. 400 adda milli dərsliklər buraxılıb.
YAP-ın Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov qeyd edib ki, belə müsabiqələr Ulu öndər Heydər Əliyev irsini öyrənməyə xidmət edən hərəkatdır: “Azərbaycan təhsilinin inkişafında yeni mərhələ yaşanır. Bu müsabiqədə iştirak edən şagirdlər Heydər Əliyevin siyasi kursuna və ideallarına tərəfdar olduqlarını göstərirlər”.
Ə.Əhmədov müsabiqədə fəal olan 12 nəfərə ali məktəblərə daxil olduqları təqdirdə YAP tərəfindən təqaüdlərin veriləcəyini də qeyd edib.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov müsabiqə iştirakçılarını Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından təbrik edib. Uşaqlara təhsildə uğurlar arzulayan natiq bildirib ki, Fond müsabiqədə nəzərdə tutulan mükafatlardan əlavə qaliblərin xaricə səfərlərini təşkil edəcək. Belə ki, şagirdlər bu ilin iyununda Belçika, Fransa və Almaniyaya bir həftəlik gəzintiyə göndəriləcək.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə nazir Əli Abbasovun təbrikini çatdırıb və bildirib ki, təşkilatçı kimi qurum qaliblərə kompüter hədiyyə edəcək. Müsabiqədə qalib gəlmiş şagirdlərin hər birinə 1 ədəd “noutbook” hədiyyə olunub. Bundan başqa, xaricə gəzinti zamanı bir həftə ərzində gördüklərini əbədiləşdirmək üçün 21 şagirdin hər birinə 1 ədəd fotoaparat hədiyyə ediləcək.
Bundan başqa Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev 2 qalibin hər birini 500 manat, təhsil naziri Misir Mərdanov isə 1 şagirdi 1000 manat pul mükafatı ilə sevindirib.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

