/ / Belçikanın “VRT” telekanalının saytında işğaldan azad olunmuş Ağdam haqqında reportaj yayımlanıb
Belçikanın “VRT” telekanalının saytında işğaldan azad olunmuş Ağdam haqqında reportaj yayımlanıb
24.06.2021 [09:17]
Belçikanın “VRT” (Flamand Teleradiosu) telekanalının saytında işğaldan azad olunmuş Ağdam haqqında reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, aparıcı reportajın əvvəlində “Qafqazın Xirosiması” adlanan Ağdama səfərindən bəhs edir, işğal dövründə şəhərin tamamilə dağıdıldığı, evlərin talan olunduğu, salamat saxlanan yeganə məscidin isə səmti müəyyən etmək üçün istifadə olunduğu qeyd edilir.
Reportajda 30 ilədək davam edən işğaldan sonra ilk dəfə doğma torpaqlarına geri dönən sakinlərin fikirlərinə də yer verilir. Yerli sakinlər şəhərin işğaldan əvvəlki həyatı haqqında danışaraq, indi bu ərazilərin tanınmaz hala düşdüyünü bildirirlər. Ermənilərin dinc sakinləri didərgin saldığını və qətlə yetirdiyini söyləyən insanlar onlarla yenidən birgə yaşayışın heç də asan olmayacağını da ifadə edirlər. Bununla belə, doğma torpaqlarına geri qayıtmaq arzusunda olan sakinlər Ağdamda aparılan quruculuq işlərindən sonra ata-baba yurdlarında rahat yaşamaq istədiklərini söyləyirlər.
Kadrlarda Ağdamda ərazilərin minalardan təmizlənməsinin və dinc əhalinin geri dönüşünün nə qədər çətin olduğu da görünür. ANAMA-nın əməkdaşı ərazilərin mina və partlayıcı sursatlardan təmizlənməsi prosesi barədə məlumat verir. Bildirir ki, minalanmış ərazilərin xəritələrinin tam verilməməsi təmizləmə işlərini daha da çətinləşdirir.
Reportajda 44 günlük Vətən müharibəsində qənimət götürülmüş erməni hərbi texnikasının nümayiş olunduğu Hərbi Qənimətlər Parkından da bəhs edilir. Birinci Qarabağ müharibəsində məcburi köçkünə çevrilən müəllim bildirir ki, məktəbliləri bu parka gətirməklə gənc nəslə öz tarixlərini dərindən mənimsəmək, ona sahib çıxmaq baxımından önəmlidir.
Reportajda üçtərəfli Bəyanatdan sonra əraziləri tərk edən ermənilərin evləri yandırmasının və təbiətə zərər vurmasının görüntüləri də yer alıb. Sonda qeyd edilib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlayıb və hazırda yolların çəkilişi, yaşayış məskənlərinin bərpası və infrastrukturun qurulması layihələri həyata keçirilir. Bu layihələr sırasında Füzuli beynəlxalq hava limanı diqqəti xüsusilə cəlb edib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

