Ermənistanda media nümayəndələrinə təzyiqlər davam edir
18.08.2021 [15:43]
Ermənistan parlamentində rəhbər orqanlara və daimi komissiyalara seçkilər baş tutsa da, gərginlik səngimir. Erməni mediasının yazdığına görə, yeni parlamentin fəaliyyəti və qanunverici orqanda yeni qaydaların tətbiqi ətrafında ciddi müzakirə və mübahisələr davam edir. Xüsusilə jurnalistlərin parlamentin zalına girişinin qadağan edilməsi və binaya çox sayda hərbi geyimdə olan təhlükəsizlik xidməti əməkdaşlarının yerləşdirilməsi ilə bağlı narazılıqlar artmaqdadır.
Qeyd edək ki, jurnalistlərin parlamentin zalına girişi ilə bağlı yeni qaydaların demokratiyaya, azad sözə zidd olduğunu “Şərəfim var” fraksiyasının deputatı, keçmiş jurnalist Taquhi Tovmasyan gündəmə gətirmişdi. Lakin hakimiyyət bununla kifayətlənməyərək avqustun 4-dən “Panorama.am”ın fotomüxbiri Lilian Qalstyanın parlamentə daxil olmasını da qadağan etmişdi.
Bu arada, “Panorama.am”saytının sahibi olan əsas şirkətin nümayəndəsi İrma Çaqaryan 11 avqust tarixində parlament rəhbərliyinə müraciət göndərərək media qurumunun fotoqrafının parlamentə girişinin qadağan edilməsinin əsas qanuna zidd olduğunu vurğulayıb. Bu müraciəti ünvanlayan vəkil akkreditasiyasının vaxtından əvvəl dayandırılmasının hüquqi tənzimləmənin kobud şəkildə pozulması ilə həyata keçirildiyini bildirib. Bu məsələ bir çox media orqanları, jurnalistlər və vətəndaşlar tərəfindən pislənilib, jurnalist təşkilatları fotoqrafın parlamentə girişini qadağan etmək qərarının dərhal ləğv edilməsinə çağırıb. “Panorama.am”yazır ki, etirazlar nəticə verib. Beləliklə, L.Qalstyana VIII çağırış parlamentin növbədənkənar sessiyalarını (17 avqustda keçirilən iclas da daxil olmaqla) işıqlandırmaq üçün parlamentə daxil olmağa icazə verilib.
Parlamentdə qalmaqalla müşayiət olunan və geniş müzakirələrə səbəb olan hadisələrdən biri də qanunverici orqanda nifrət ritorikasının alovlanması, spikerin deputatı zaldan qovması və ondan sonra baş verənlərdir. Qeyd edək ki, “Şərəfim var” fraksiyasının üzvü T.Tovmasyan “Azadlıq” radiosuna açıqlamasında parlamentdəki sonuncu qarşıdurmaya toxunaraq deyib ki, parlamentin spikeri deputatın çıxışına bu qədər ciddi reaksiya verməməli idi: “Doğrudur, hamımız məğlubiyyətə uğramışıq. Amma təslimçilik aktını imzalayan şəxsə başqa hansısa adı vermək olmaz. Çünki siyasi məsuliyyətdən danışanda, əsas məsuliyyət N.Paşinyanın üzərinə düşür. Buna görə də müxalifət “təslimçi” sözünün təhqir deyil, siyasi qiymətləndirmə olduğunu iddia edir”.
Göründüyü kimi, Ermənistanda mövcud olan siyasi böhran yeni parlamentdə də müşahidə olunur. Ekspertlərin fikrincə, Paşinyan seçkidə qalib gəlsə də, deputatlardan tutmuş jurnalistlərə qədər təzyiqlərlə müşayiət olunan mövcud qarşıdurma məğlub ölkəyə daxili sabitlik vəd etmir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17

