Radikal müxalifət indi də Zəngəzur dəhlizi ilə bağlı qara piar kampaniyası aparır
25.08.2021 [10:50]
Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə ərazi bütövlüyümüzün təmin olunması ilə yanaşı, regionda yeni siyasi-iqtisadi reallıqlar, əməkdaşlıq perspektivləri yaratdı. Öz növbəsində, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanat, həmçinin bu ilin yanvarın 11-də Moskvada imzalanmış bəyanat regionun gələcək inkişafı üçün təkan rolunu oynaya bilər. Belə ki, hər iki bəyanat, eyni zamanda, Zəngəzur dəhlizinin reallaşması üçün də hüquqi zəmin yaradır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dövləti Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdə qəti mövqeyini ortaya qoyub.
Lakin təəssüflər olsun ki, hər məsələdə antidövlət, antixalq mövqeyi sərgiləyən radikal müxalifət bu məsələdə də düşmənlərin sözçüsü rolunda çıxış edir. Daha dəqiq desək, dünyanın aparıcı dövlətlərinin və təşkilatlarının dəstəklədiyi, regionun yeni inkişaf erasının başlanğıcı sayılan Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdə radikal müxalifət düşərgəsinin sərgilədiyi mövqe revanşist ermənilərin mövqeyi ilə üst-üstə düşür. Beləliklə xaricdəki ermənipərəst mərkəzlərin sifarişi ilə hərəkət edərək, indi də sosial şəbəkələrdə Zəngəzur dəhlizi ilə bağlı qara piar kampaniyası aparan radikal müxalifət təmsilçiləri bir daha xəyanətkar simalarını cəmiyyətə nümayiş etdirirlər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Zəngəzur dəhlizinin açılması regional inkişafa yeni istiqamət verəcək. Belə ki, bu dəhlizin açılması Şərq-Qərb tranzit yükdaşımalarını, eləcə də sərnişin daşımanı asanlaşdıracaq. Bu baxımdan, sözügedən layihənin reallaşması bütün region ölkələrinin maraqlarına xidmət edir: “Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində də bildirmişdi ki, Zəngəzur dəhlizinin açılması bölgə ölkələri üçün də yeni fürsət olacaq”.
Millət vəkili onu da bildirib ki, radikal müxalifətin ciddi-cəhdlə sosial şəbəkələrdə Zəngəzur dəhlizinin açılmasına qarşı apardığı təbliğat kampaniyası xəyanətin göstəricisidir: “Bununla yanaşı, həm də bu sifarişin xaricdən verildiyi açıq-aydın ortadadır”.
Milli Məclisin deputatı Kamilə Əliyeva da deyib ki, antimilli ünsürlər və onların xaricdəki havadarları Azərbaycanın regionda yaratdığı yeni geostrateji reallıqlardan narahatdırlar: “Görünən budur ki, Vətən müharibəsinin qəti qələbəmizlə nəticələnməsi, regionda yeni iqtisadi-siyasi əməkdaşlıq platformaları ilə bağlı məsələlərin ortaya çıxması həm radikal ünsürlərin, həm də onları maliyyələşdirən xarici ermənipərəst dairələrin planlarını pozur. Ümumiyyətlə, radikal müxalifətin istər müharibə dövründə, istərsə də noyabrın 10-dan sonra sərgilədiyi davranış təsadüfi deyil. Dağıdıcılar apardıqları çirkin kampaniyalarla xaricdəki ermənipərəst mərkəzlərə xidmət etdiklərini aşkar şəkildə ortaya qoyurlar”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

