Ölkədə hər 10 seçicidən biri YAP üzvüdür
24.06.2010 [09:39]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının qərargahında ilk partiya təşkilatlarının yığıncağı keçirilib. Yığıncaqda çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın qarşısında duran, o cümlədən, ilk təşkilatların qarşıdan gələn parlament seçkiləri ilə bağlı üzərlərinə düşən vəzifələr haqqında danışıb. Hazırda YAP üzvlərinin sayının 510 min nəfər olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, ilk partiya təşkilatlarının sayı isə 8 minə qədərdir.
YAP-ın Sədr müavini son illər Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb: “ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yüksəlir. Bu prosesdə YAP da fəal iştirak etməkdədir. YAP fəalları, xüsusilə ilk təşkilatlar dövlət başçısının həyata keçirdiyi uğurlu siyasəti əhali arasında geniş təbliğ etməlidirlər”.
Bununla belə, YAP Sədrinin müavini vurğulayıb ki, nə qədər uğur qazanılsa da, bu arxayınçılıq yaratmamalıdır. Qarşıdan gələn parlament seçkilərinə toxunan Əli Əhmədov YAP-ın bu seçkilərə ciddi şəkildə hazırlaşdığını bildirib. O, qeyd edib ki, bu seçkilərdə uğur qazanmaq üçün partiya geniş potensial və insani resurslara malikdir.
Əli Əhmədovun sözlərinə görə, ölkədə hər 10 seçicidən biri YAP üzvüdür. Əgər onların ailə üzvləri, yaxınları da nəzərə alınsa, bu, seçkilərdə partiyanın əhəmiyyətli dərəcədə elektoratı deməkdir.
YAP Sədrinin müavini ilk təşkilatların seçki prosesində partiyanın namizədlərinin fəal təbliğ və təşviq, həmçinin, müdafiə edilməsində böyük imkanlara malik olduğunu vurğulayıb. çünki ilk təşkilatlar partiyanın özəyini təşkil edir. O, xüsusi olaraq vurğulayıb ki, hakim partiya seçkilərə vahid namizədlərlə gedəcək və hansısa YAP üzvünün müstəqil şəkildə bu seçkilərə qatılması partiyanın maraqlarına uyğun deyil.
Bu günlərdə YAP-ı təmsil edən deputatların təklifləri əsasında Milli Məclis tərəfindən Seçki Məcəlləsinə dəyişikliklərin edildiyini bildirən Əli Əhmədov qeyd edib ki, bu təkliflərin arxasında duran məqsəd və niyyət Azərbaycanda seçki praktikasını təkmilləşdirməkdir: “Hesab edirik ki, Azərbaycanda seçki praktikası və seçki kampaniyasını həyata keçirən müvafiq seçki administrasiyası kifayət qədər böyük təcrübə toplayıb, səriştəsi əhəmiyyətli dərəcədə yüksəlibdir və bu mənada seçki kampaniyasını yüksək keyfiyyətlə və qanunvericilikdə nəzərdə tutulan bütün müddəaların nəzərə alınması şərtilə həyata keçirmək iqtidarına malikdir. Dünya praktikasının öyrənilməsi onu göstərir ki, seçki kampaniyasının müddətləri kifayət qədər ölçülüb biçilib və bütövlükdə seçki kampaniyasının səmərəli şəkildə həyata keçirilməsini təmin edən bir vaxt çərçivəsinə yerləşdirilib. Biz dünya praktikasını öyrənərkən belə bir reallıq ortaya çıxdı ki, Azərbaycandan həm ərazisi, həm də əhalisi çox olan ölkələrin özündə belə seçki kampaniyalarının keçirilməsi üçün ayrılan vaxt müddəti 60 gün çərçivəsindədir və ya daha azdır. Bütün bunlar deməyə əsas verir ki, seçkilərin keçirilməsi üçün 2 ay zaman müddətinin ayrılması heç bir halda onun demokratik mahiyyətinə xələl gətirmir və gətirə bilməz. 60 gün demokratiya prinsipləri də daxil olmaqla bütün seçki prinsip və normalarına tam riayət edilməsi üçün yetərlidir. Bu fikri beynəlxalq praktika təsdiq edir”.
YAP Sədrinin müavini bu dəyişikliklərə bəzi müxalifət partiyalarının etirazlarını əsassız hesab edib. O, bildirib ki, Azərbaycan müxalifəti xeyli zəifdir və YAP-la rəqabət aparmaq iqtidarında deyil. Buna görə də, bu cür bəhanələrlə müxalifət düşərgəsi öz məğlubiyyətlərini sığortalamaq istəyir.
Yığıncaqda Əli Əhmədov iştirakçıları maraqlandıran suallara da cavab verib.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev isə çıxışında YAP Nəsimi rayon təşkilatının ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini bildirib.
Tədbirdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59

