Kipr parlamentindən qəbuledilməz addım...
11.12.2021 [10:46]
Azərbaycana qarşı qərəzli qətnamənin qəbul edilməsi nəyin ifadəsidir?
Nardar BAYRAMLI
Qəbul olunmuş sənəd ölkəmizin beynəlxalq nüfuzuna və regiondakı yeni reallıqlara təsir edə bilməz
Bir neçə gün öncə Kipr Respublikasının Nümayəndələr Palatası tərəfindən qeyri-obyektiv, qərəzli sənəd qəbul edilib. Belə ki, “Azərbaycanın ermənilərə qarşı davamlı təcavüzü və Dağlıq Qarabağdakı mövcud vəziyyət” adlı qətnamədə həqiqətlər təhrif olunur, ermənilərin dağıdıcı maraqlarına uyğun fikirlər yer alıb.
Artıq Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Kipr Respublikasının Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş bu sənədlə bağlı etiraz bəyanatı yayıb. Bəyanatda bildirilir ki, regionda sabitliyi pozmağa yönəlmiş bu cür təxribatlar 30 il ərzində Azərbaycan ərazisinin 20 faizini qeyri-qanuni olaraq işğal altında saxlayan, bütün Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyan, Xocalı soyqırımını törədən və bölgəni yenidən xaos və müharibə vəziyyətinə qaytarmağa çalışan qüvvələrə xidmət edir. Kipr Nümayəndələr Palatasının deputatları bu lüzumsuz qətnaməyə səs verərək, özlərini və parlamentlərini dəyərdən salaraq, müharibəyə can atanlarla eyni səviyyəyə qoyurlar. Ermənilərin çirkin siyasi oyunlarında iştirak etmək qəbulolunmazdır.
Sənədin qəbul olunmasında erməni lobbisinin xüsusi rolu var
Bəs Kipr parlamentinin belə bir sənəd qəbul etməsi nədən qaynaqlanır? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, bu sənəd həqiqəti əks etdirmir və müəyyən dairələrin siyasi maraqlarına xidmət edir. Onun sözlərinə görə, Kipr parlamentində belə bir sənədin qəbul olunmasında erməni lobbisinin xüsusi rolu var: “Kiprdə erməni lobbisinin güclü olduğu məlumdur. Digər tərəfdən, məlum səbəblərdən bu ölkədə türklərə qarşı mənfi münasibət formalaşıb. Ona görə də əvvəllər də Kipr parlamenti Türkiyəyə və Azərbaycana qarşı qərəzli sənədlər qəbul ediblər”.
Qərəzli xarici qüvvələrin diktəsi
Politoloq deyib ki, hazırda regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün addımlar atılır: “Müharibəyə son qoyaraq regionda dinc yaşayışın yeni mərhələsinə şərait yaradan, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən üçtərəfli Bəyanatın imzalanmasından artıq bir il ötür. Hazırda Qarabağın dirçəldilməsi, soydaşlarımızın öz evlərinə qaytarılması, regionda yeni infrastrukturun qurulması ilə yanaşı, xalqlar arasında etimad tədbirlərinin də gücləndirilməsi üçün səylər göstərilir. Bu gün Azərbaycan bütün səviyyələrdə hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu açıq şəkildə bəyan edir, delimitasiya və demarkasiya prosesinə başlamağa hazır olduğunu bildirir.
Belə olan halda, Kipr parlamenti tərəfindən bu cür qətnamənin qəbul olunması təəssüf doğurur. Görünən odur ki, regionumuzda təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasını istəməyən xarici qüvvələr var. Kipr parlamentində qəbul olunmuş qətnamə də buradan qaynaqlanır. Amma bütün hallarda belə bir sənədlərin qəbul edilməsinin proseslərə heç bir təsiri yoxdur. Azərbaycan haqq mübarizəsində qalib gəlib və regionda yeni reallıqlar yaradıb. Bütün dünya bu reallıqlarla hesablaşmaqdadır, bölgədə yeni əməkdaşlıq platformaları müzakirə edilməkdədir. Belə bir şəraitdə Kipr kimi kiçik bir dövlətin parlamentinin qəbul etdiyi qərəzli sənədin Azərbaycanın beynəlxalq nüfuzuna və bölgədəki proseslərə zərrə qədər də təsiri ola bilməz”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

