Diqqət yenidən Moskvaya yönəlir
23.12.2021 [10:30]
Pərviz Sadayoğlu
Bu ilin sonuna qədər Azərbaycan ilə Ermənistan arasında danışıqların yeni mərhələsi başlana bilər. Bununla bağlı Rusiya və Ermənistan mətbuatı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilin sonuna kimi daha bir görüş keçirilə bilər. Görüşün Rusiyada keçiriləcəyi təxmin olunur və budəfəki heyətlərin daha geniş olması nəzərdə tutulur. Belə ki, görüşdə üçtərəfli komissiyanın üzvləri ilə yanaşı, müvafiq nazirliklərin nümayəndələri və rəhbərləri də iştirak edə bilərlər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Arzu Nağıyevin sözlərinə görə, mətbuatın bəhs etdiyi belə bir görüşün keçirilməsi gözlənilən idi. Belə ki, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası işlərinin aparılması, üçtərəfli bəyanatlarda əksini tapan kommunikasiyaların açılması ilə bağlı müzakirlər bunu zəruri edirdi. Millət vəkilinin fikrincə, müzakirə edilməli ən mühüm məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsidir: “Düşünürəm ki, sadalanan problemlərin həlli, konkret işçi qrupların işinin təmin olunması ilə bağlı müvafiq görüş baş tutmalı idi. Xatırladım ki, xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən görüşlərdə müəyyən işçi qruplar yaranmışdı. Artıq kommunikasiya və nəqliyyat məsələsi ilə yanaşı, sərhədlərin delimitasiya və demarkasiyası məsələsi də əsas problem kimi ön plana çəkilib. Yaradılacaq komissiyaların tərkibində isə məhz bu prosesdə birbaşa iştirak edəcək yüksək səviyyəli məmurlar - həm müdafiə nazirliyinin, həm xarici işlər nazirliyinin və digər strukturların nümayəndələri iştirak etməlidirlər”.
A.Nağıyev bildirib ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi də aktual problemlərdəndir. Keçiriləcək görüşlərdə mina basdırılmış ərazilərin xəritələrinin alınması, eləcə də xəritələrin yerində yoxlanılması da əks olunmalıdır. Hətta bu proseslə bağlı işçi qrupun yaradılmasına ehtiyac var: “Bu kimi vacib məsələlərin həlli üçün mütəmadi olaraq görüşlərin keçirilməsi, təmasların olması zəruridir. Fikrimcə, Rusiyanın da prosesdə üçüncü tərəf kimi iştirakı vacibdir”.
Politoloq Qabil Hüseynli bildirib ki, bununla bağlı həm erməni, həm də rus mətbuatında informasiyalar yayılıb. Rusiya mətbuatı görüşün geniş müstəvidə keçirilmə ehtimalını da vurğulayıb. Belə ki, Rusiya KİV-nin yazdığına görə, keçirilmə ehtimalı böyük olan görüşdə müdafiə nazirləri, xarici işlər nazirləri, sərhədlərin delimitasiya və demarkasiyası ilə məşğul olacaq mütəxəssislər, o cümlədən kommunikasiyaların açılması ilə bağlı yaradılan işçi qrupun heyəti və baş nazir müavinləri iştirak edəcək. Q.Hüseynlinin fikrincə, görüşəcək heyətin genişliyi mühüm məqamlardan xəbər verir: “Belə bir görüş keçiriləcəyi təqdirdə artıq praktiki məsələlər həll edilə bilər. Məsələn, imzalanan üçtərəfli bəyanatlarda əks olunan müvafiq bəndlərə əsasən kommunikasiyaların açılması barədə son məsləhətləşmələr aparıla və prosesə start verilə bilr. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öz üzərinə öhdəliklər götürə bilər. Təbii ki, Ermənistanın bu addımının qarşılığında Azərbaycan da öz kommunikasiyalarını Ermənistan üçün aça bilər. Ola bilsin ki, Ağdam rayonuna dəmir yolunun çəkilişi bitdikdən sonra Xankəndi şəhərinə də dəmir yolunun çəkilməsi məsələsi reallaşsın. Bu məsələ də müzakirə predmeti ola bilər”.
Politoloq düşünür ki, görüşlərin daha intensiv şəkildə keçirilməsi iki ölkə arasındakı buzların əriməsinə, etimad mühitinin və davamlı sülh üçün münbit şəraitin yaranmasına yol açır. Onun sözlərinə görə, son dövrlərdə Ermənistan tərəfindən də konstruktiv bəyanatlar səslənməkdədir. “Fikrimcə, Rusiya da problemin həllində maraqlı olduğunu göstərir. İlin sonuna qədər belə bir görüşün keçiriləcəyi təqdirdə sülh müqaviləsinin imzalanması üçün işçi qrupunun formalaşdırılması məsələsi də gündəmə gələ bilər. Vurğulayım ki, son dövrlərdə Paşinyan kifayət qədər inamlı danışır. Bu, həm də erməni baş nazirin ölkəsindəki destruktiv, revanşist qüvvələrin fəaliyyətinə ciddi nəzarət etdiyini göstərir. Bu qüvvələrin ölkədə qarşıdurma yaratmasına, kütləvi aksiyalar keçirməsinə imkan verilmir. Artıq Paşinyan hökuməti Ermənistan daxilindəki proseslərə nəzarət edə bilir. Eləcə də Paşinyan anlayır ki, artıq imzaladığı üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, - deyə Q.Hüseynli əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17

