Pekressin qanunsuz səfəri...
28.12.2021 [10:50]
Fransada erməni lobbisi və diasporunun dəstəyini almağa hesablanıb
Pərviz Sadayoğlu
Dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pekress Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib. Bununla bağlı Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır. Xarici İşlər Nazirliyi qanunsuz səfər ilə bağlı Fransa səfirliyinə qəti etirazını bildirib və Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan sözügedən Fransa vətəndaşlarının milli qanunvericiliyimizə uyğun olaraq məsuliyyət daşıdığını xatırladıb. Fransadan olan bir qrup siyasətçinin bu addımının Azərbaycan-Fransa ikitərəfli əlaqələrinə ziyan vurduğu, eyni zamanda, Fransanın regionda nüfuzuna və münaqişənin başa çatmasından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi rola ciddi xələl gətirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qeyd edək ki, Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib. Fransa prezidentliyinə namizədin Azərbaycana girişi qadağan olunub.
Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib ki, Fransa prezidentliyinə namizəd Valeri Pekressin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfəri regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində beynəlxalq birliyin göstərdiyi təşəbbüslərin ruhuna ziddir. S.Məmmədov vurğulayıb ki, bu fakt bir daha onu göstərir ki, Fransada bəzi siyasətçilər erməni lobbisinin təsiri altında qərarlar qəbul edir. Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırladan deputat söyləyib ki, Vətən müharibəsi dövründə bu ölkənin nümayiş etdirdiyi mövqe Azərbaycan-Fransa münasibətlərində etimadın xeyli dərəcədə sarsılmasına səbəb olmuşdu: “Biz həm müharibə dövründə, həm də müharibədən sonra Fransada atılan addımların, Milli Assambleyada və Senatda qəbul edilən qərəzli qətnamələrin iki ölkə arasında münasibətlərə nə qədər ciddi təsir göstərdiyinin şahidi olduq. Müharibədən sonra da, təəssüf ki, Fransanın bəzi siyasətçiləri kifayət qədər qeyri-obyektiv, ədalətsiz mövqe nümayiş etdirməyə davam etdi. Lakin son dövrlərdə müəyyən pozitiv məqamlar nəzərə çarpırdı. Bu, həm Fransa Prezidentinin Azərbaycan və Ermənistan rəhbərləri arasında qeyri-formal görüşün təşkili ilə bağlı təşəbbüsündə, həm də Fransa hökumətinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə töhfə vermək səylərində özünü göstərirdi”.
Valeri Pekressin səfərinin qeyri-rəsmi şəkildə həyata keçirildiyini qeyd edən Soltan Məmmədov bildirib ki, bu addım, ilk növbədə, Fransada erməni lobbisi və diasporunun dəstəyini almağa hesablanıb: “Fransada prezidentliyə namizədlər erməni icmasından maksimum faydalanmağa çalışır. Lakin istənilən halda, heç bir namizədin seçki kampaniyası başqa dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq hüquqa, öz ölkəsinin üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik elementləri daşıyan motivlərə əsaslanmamalıdır”.
Soltan Məmmədov qeyd edib ki, Ermənistan hökumətinin bu səfəri təşkil etməklə regionda sülh və təhlükəsizliyin təmin olunması səylərini də zərbə altına qoyduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17

