Tək qalan Ukrayna: qlobal geosiyasi maraqların növbəti qurbanı
10.03.2022 [10:40]
Taleh AĞAVERDİEV
Artıq iki həftədir ki, Ukraynada döyüşlər gedir, yüzlərlə dinc sakin ölür. Bununla belə, Qərb tərəfdaşlarının əvvəlki dəstək vədlərinə baxmayaraq, bu gün Ukrayna dünyanın ən güclü ordularından biri ilə üz-üzə qalıb. Qərb ölkələri həmişə olduğu kimi, sanksiyalar tətbiq etməklə, mənəvi-maddi dəstək verməklə kifayətlənmək qərarına gəliblər.
Vaxtilə Kiyev məhz ABŞ-a görə nüvə silahından məhrum olmuşdur. ABŞ sanksiyalarla hədələməklə Ukraynanı 1994-cü ildə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya liderləri tərəfindən imzalanmış (və nəticədə həyata keçirilməmiş) Budapeşt Memorandumuna qoşulmağa məcbur etdi.
Ukrayna prezidenti Volodimir Zelenskinin bəyanatlarında Qərbdən məyusluq açıq hiss olunur. O etiraf etmək məcburiyyətindədir ki, Ukraynanın tərəfdaşları adlandırılan ölkələr bu ölkəyə yalnız sözlə dəstək verirlər, amma reallıqda ölkə tək qalıb. Zelenski açıq şəkildə deyir ki, “Ukraynada insanların ölümünə görə məsuliyyət səmanı bağlamaqdan və təyyarə verməkdən imtina edən Qərb ölkələrinin üzərinə düşür”.
Tarix “böyük” dövlətlərin “kiçik” ölkələrdən öz maraqları üçün necə istifadə etdiyinə dair çoxsaylı nümunələr bilir. Müasir tarixdə böyük dövlət maraqlarının son qurbanları arasında Əfqanıstan, Suriya, Liviyanı misal gətirmək olar. Bu dövlətlər faktiki olaraq dağıdılıb və bitməyən müharibələr meydanına çevrilib. Təbii sərvətlərlə bağlı məqamı nəzərə almasaq, müasir dünyada iki əsas güc qütbünün - ABŞ və Rusiyanın geosiyasi maraqlarının toqquşması bunda mühüm rol oynadı. Böyük dövlətlərin maraqlarının bu cür qurbanlarının siyahısını uzun müddət sadalamaq olar: burada, həm SSRİ ilə ABŞ arasında təsir zonalarına bölünmüş Koreya yarımadasını, həm Qərblə birtərəfli yaxınlaşmasına görə ərazisinin bir hissəsini itirən Finlandiyanı, həm də SSRİ ilə nasist Almaniyası arasında bölünən Polşanı misal gətirmək olar.
Bu gün isə Ukrayna qlobal güc mərkəzlərinin qəddar siyasətinin növbəti qurbanına çevrilib. Bu mərkəzlərdən biri Rusiya Federasiyasının simasında Ukraynanın kollektiv Qərbin nəzarəti altında olmasının qarşısını almaq üçün ona hücum edir. Əsasən ABŞ və Avropa İttifaqının təmsil etdiyi kollektiv Qərb isə guya Ukraynanı qorumağa çalışır, lakin onun etibarlı təhlükəsizlik qalxanı ilə təmin olunacağına dair heç bir təminat vermir. Baxmayaraq ki, əvvəllər bununla bağlı saysız-hesabsız vədlər verilmişdi. Faktiki olaraq, hazırkı müharibə əsasən Ukrayna ərazisində oynanılan ABŞ-Rusiya münaqişəsidir.
Ukrayna əvvəldən Qərbə güvənərək, və qonşu Rusiya simasında təbii coğrafi reallığı nəzərə almamaqla böyük səhvə yol verdi. Qərb ölkələri üçün “ərazi bütövlüyü”, “suverenlik” və “beynəlxalq hüquq” kimi anlayışlar, sadəcə olaraq boş bir ifadədir və öz planlarını həyata keçirmək üçün bir vasitədir. ABŞ və onun avropalı əlaltıları öz imperialist məqsədlərinə çatmaq üçün suveren dövlətləri bombalamaqdan və işğal etməkdən (İraq), dinc sakinləri öldürməkdən (Vyetnam) heç vaxt əl çəkməyiblər. Azərbaycan da öz təcrübəsindən Qərbin bu dəyərlərə “sadiqliyinin” şahidi oldu. Torpaqlarımız 30 ilə yaxın işğal altında olanda, Qərb nəinki Ermənistanın işğalçı siyasətini pisləmədi, hətta çox vaxt, bu ona sərf etdiyi üçün, bu siyasəti təşviq edirdi. Buna əsaslanaraq, Qərbin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyi ilə bağlı bəyanatları heç bir inam yaratmır.
Məsələnin digər mühüm tərəfi Ukraynadakı müharibənin və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qlobal iqtisadiyyata təsiridir. Ukraynadakı böhran artıq enerji qiymətlərinin kəskin qalxmasına səbəb olub və bu vəziyyət daha da pisləşə bilər. Lakin bu vəziyyətdən faydalanan tərəf ABŞ-dır. Avropa ölkələrini Rusiya qazından və neftindən imtina etməyə məcbur edən ABŞ onları öz enerji resursları ilə əvəz etmək niyyətindədir. Eyni zamanda taxılın qiymətləri də sürətlə qalxır və ABŞ taxılın ən böyük ixracatçılarından biri kimi onu şişirdilmiş qiymətə satmaq imkanı əldə etdi.
Sanksiyalar barədə söhbətlər, əsgərlərindən birini belə Ukraynaya döyüşməyə göndərməkdən imtina edərkən “sona qədər döyüşmək” haqqında ritorika, yazıq ukraynalıların əzabları haqqında timsah göz yaşları və s. - bütün bunlar Ukrayna ilə güc siyasətinin oyununda “piyada” kimi rəftar edildiyinin aşkar faktını gizlədə bilməz. Rusiya ilə birbaşa toqquşmadan ehtiyatlanan Qərb bu illərdə ukraynalı siyasətçilərə başa sala bilərdi ki, onların ölkəsi üçün neytral status saxlamaq daha məqsədəuyğundur, ukraynalılar ABŞ və Avropa dövlətləri tərəfindən müdafiəyə dair ümid bəsləməməlidirlər. Lakin o, bunu etmədi və faktiki olaraq Ukraynadan Rusiyaya qarşı sanksiyalar tətbiq etmək və onun iqtisadi və siyasi çöküşünə nail olmaq üçün “yem” kimi istifadə etdi.
Bu gün Ukrayna xalqı arzulamadıqları bir münaqişənin qurbanıdırlar. Və Rusiya-Ukrayna müharibəsi davam etdikcə, Ukraynanın Qərblə Rusiya arasında qlobal qarşıdurmanın girovuna çevrildiyi bir o qədər aydın görünür. Ukrayna xalqı qlobal güc mərkəzlərinin maraqlarına qurban verildi və yaşamaq uğrunda bu qəddar mübarizədə Ukrayna yalnız özünə və qəhrəman xalqına arxalana bilər. Bu baxımdan NATO-dan artıq real hərbi yardım gözləməyən Kiyevin danışıqlarda Ukraynanın neytral statusu ilə bağlı güzəştə getməyə hazır olması təəccüblü deyil...
Xəbər lenti
Hamısına baxDünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29

