Azərbaycan yığma komandası dünya kubokunda birinci yeri qazanıb
30.09.2010 [09:26]
Dünən Milli Aviasiya Akademiyasında Yaponiyanın Tokio şəhərində keçirilmiş uşaq və gənclər, kişi və qadınlar arasında kosiki-karate-do idman növü üzrə 28-ci Yaponiya açıq çempionatında və 18-ci Dünya kubokunda qalib olmuş Azərbaycan yığma komandasının üzvlərinin uğurlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında akademiyanın tədris işləri üzrə prorektoru Ədalət Səmədov, yığma komandanın baş məşqçisi Talıb Berzigyarov və federasiyanın icraçı direktoru Ənvər Həzərxanov iştirak ediblər. öncə Milli Aviasiya Akademiyasının rektorunun referenti Şərəf Cəlilli çıxış edərək Azərbaycanın idman sahəsində böyük uğurlar qazandığını bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. “ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin fəaliyyəti nəticəsində, Azərbaycan idman sahəsində böyük nailiyyətlər əldə edir, idmançılar üçrəngli bayrağımızı bütün dünyada zirvələrə yüksəldirlər. Əminik ki, gələcəkdə də böyük uğurlar qazanılacaq”, - deyə Ş.Cəlilli vurğulayıb.
Tədbirdə çıxış edən federasiyanın icraçı direktoru Ənvər Həzərxanov bildirib ki, bu nəticənin əldə olunması çox sevindiricidir. Onun sözlərinə görə, Azərbaycan yığması üçüncü dəfədir ki, Yaponiyada keçirilən bu yarışda birincilik əldə edir. Ə.Həzərxanov qeyd edib ki, Milli Aviasiya Akademiyasının rektoru, Kosiki-karate-do Federasiyasının və “Azal” İdman Klubunun fəxri prezidenti, akademik Arif Paşayev idmançılara lazımi şərait yaradıb. Bu diqqət və qayğının nəticəsində də idmançılarımız beynəlxalq miqyasda uğurlu nəticələr əldə edirlər. Belə ki, həmin yarışlarda 7 idmançı ilə təmsil olunan Azərbaycan yığma komandası 23 ölkədən gəlmiş 30 komanda arasında yüksək nəticə göstərərək birincilik qazanıb. Həmin idmançılar Milli Aviasiya Akademiyasının tələbələridir.
Yığma komandanın baş məşqçisi, Əməkdar məşqçi Talıb Berzigyarov isə Tokioda keçirilən yarışlarda idmançıların göstərdikləri nəticələr haqqında ətraflı məlumat verib. Belə ki, şəxsi hesabda karateçilərimizdən Nazim Mövsümzadə (bunkay-kumite), Ruslan Berzigyarov (Bunkay-kumite) və Yulya Mustafayeva (kumite, kata) Vətənə qızıl medallarla qayıdıblar. Nazim Mövsümzadə (kata), Lolita Hüseynova (kumite, kata), Vüsal Əliyev (kumite) ikinci, Ruslan Berzigyarov isə (kata) üçüncü yeri tutublar. Mətbuat konfransında çıxış edənlər vurğulayıblar ki, bu idman növü artıq respublikanın şəhər və rayonlarında da yayılır.
Verilən məlumata görə, noyabrda kosiki-karate-do idman növü üzrə açıq ölkə çempionatı keçiriləcək. Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya və Ukrayna idmançıları da mübarizə aparacaqlar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43

