Finlandiya ümid edir...
10.06.2022 [10:29]
Türkiyənin mövqeyi dəyişəcəkmi?
P.İSMAYILOV
Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsindəki mövqeyi qətidir. Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ayın sonunda “The Economist” jurnalında yayımlanmış məqaləsində də açıq şəkildə bildirilib. Türkiyə lideri məqaləsində rəsmi Ankaranın hər iki dövlət qarşısında irəli sürdüyü şərtləri bir daha geniş şəkildə açıqlayaraq, bu şərtlərə əməl olunmadığı təqdirdə ölkəsinin məsələ ilə bağlı fərqli mövqe nümayiş etdirməyəcəyini dilə gətirib. Amma Finlandiya tərəfi hələ də “nələrəsə” ümid edir. Ən maraqlısı isə odur ki, Helsinki Türkiyənin bu mövqeyini “gözlənilməz” sayır. Belə ki, Finlandiya prezidenti Sauli Niiniste Ankaranın Helsinkinin NATO-ya yolunu dayandırmasını gözlənilməz adlandırıb. Onun sözlərin? görə, Türkiyə rəhbərliyi ilkin mərhələdə hansısa iddialar səsləndirməyib, sadəcə olaraq Finlandiya hökumətinin ambisiyalarını dəstəkləməkdən bəhs edib. Niiniste bildirib ki, aprelin əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb və Türkiyə lideri Finlandiyanın NATO-ya daxil olmaq planlarını müsbət qiymətləndirib. “Uzun sürən müzakirənin sonunda Prezident Ərdoğan dedi ki, əgər siz NATO-ya üzv olmaq üçün müraciət etsəniz, biz bunu bəyənəcəyik, qiymətləndirəcəyik”, deyə - Finlandiya prezidenti bildirib. Niiniste onu da əlavə edib ki, Türkiyənin şərtlərlə bağlı mövqeyi mayın əvvəlində də müşahidə olunmayıb. O, buna misal olaraq iki dövlətin xarici işlər nazirləri arasında keçirilən görüşü göstərib. Finlandiya prezidenti Türkiyənin mövqeyinin dəyişəcəyinə ümid etdiyini də bildirib: “Ümid edirəm ki, bu vəziyyət tez bir zamanda həllini tapacaq. Çünki bu, uzun bir gecikməyə səbəb ola bilər”.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Finlandiya prezidentinin aprelin 4-də baş tutmuş telefon danışıqlarına istinad etməsi doğru ola bilər. O baxımdan ki, Türkiyə prezidentinin finlandiyalı həmkarı ilə telefon danışığı zamanı onları NATO-da görməyə şad olacaqlarını deməsi istisna olunmur: “Ola bilsin ki, cənab Ərdoğan Finlandiyanı NATO tərkibində görməyə şad ola biləcəklərini deyib. Amma ortada Türkiyənin şərtləri mövcuddur. Bu şərtlər isə geniş ictimaiyyətə bəllidir. Həmin şərtlərin əsas mahiyyəti PKK fəallarının Finlandiyadakı fəaliyyətinin məhdudlaşdırılması, onların fəaliyyətinə yasaqların qoyulmasından ibarətdir. Yəqin ki, Finlandiya prezidenti telefon söhbətinin yalnız bir hissəsini açıqlamağa üstünlük verir, Türkiyənin şərtlərinin yer aldığı ikinci hissəni qeyd etmir. Bu səbəbdən də belə bir müəmmalıq yaranır”.
İ.Vəlizadənin sözlərinə görə, Türkiyə öz mövqeyində qətidir və dövlət rəsmiləri də öz fikirlərində bu qətiliyi ifadə edirlər - Finlandiyanın və İsveçin NATO-ya daxil olması ilə bağlı yeganə şərt anti-Türkiyə fəaliyyətindən əl çəkilməsi ilə bağlıdır. “Həmin ölkələr PKK üzvlərinə sığınacaq verməklə yanaşı, onlara siyasi meydanda da geniş yer ayırırlar. Heç kəsə sirr deyil ki, PKK nümayəndələri və onları dəstəkləyənlər illərdir bu ölkələrdə şəbəkə yaradıblar. Bu şəbəkənin üzvləri isə İsveçdə və Finlandiyada bizneslə məşğul olur, qazanılan pulları Türkiyə əleyhinə fəaliyyətə yönləndirirlər. Həmin pul vəsaitləri PKK terrorçularının hesabına yatırılır. PKK-nı dəstəkləyən kəsimin də biznes fəaliyyəti məhz terrorçuların nəzarətindədir. Digər tərəfdən, onlar həmin ölkələrdə lobbiçilik fəaliyyəti ilə də məşğul olurlar. Sirr deyil ki, hər iki ölkənin seçkili orqanlarında PKK-nı dəstəkləyən şəxslər təmsil olunurlar. Həmin şəxslərin seçki kampaniyası məhz terrorçuların maliyyəsi əsasında təşkil edilir. Daha sonra seçki prosesində qalib gələn şəxslər də PKK-ya siyasi dəstək nümayiş etdirirlər. Təbii ki, anti-Türkiyə şəbəkəsinin bu ölkələrdə belə rahatlıqla fəaliyyət göstərməsi rəsmi Ankaranın diqqətindən yayına bilməz. Yeri gəlmişkən, vaxtilə Danimarkada da bu cür şəbəkə fəaliyyət göstərirdi və hətta daha fəal idi. Məhz Türkiyənin müdaxiləsi və Danimarka hökuməti qarşısında qoyulan tələblər müqabilində həmin şəbəkənin fəaliyyəti məhdudlaşdırıldı. İnanmıram ki, bu dəfə Türkiyə mövqeyini dəyişsin. Şərtlər bəllidir və Finlandiya, İsveç o şərtlərlə razılaşmalıdır”, - deyə İ.Vəlizadə əlavə edib.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

