Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezidentin möhtəşəm dirçəlmə anlayışı...

Prezidentin möhtəşəm dirçəlmə anlayışı...

05.07.2022 [09:58]

Bu dirçəlmə tək iqtisadiyyatımıza yox, mənəviyyatımıza, ruhumuza aiddir

Y.BAYRAMOVA

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı  Kəlbəcər şəhərinin baş planı ilə tanış olub. İstisu sanatoriyasının təməlini qoyandan sonra çıxış edən ölkə başçısı bir sıra mühüm məqamlara toxunub. Ali Baş Komandan Kəlbəcərdə aşıq mərkəzinin yaradılması barədə göstəriş verib: “Bu gün Kəlbəcər şəhərinin Baş planı mənə təqdim edildi. Bu Baş planı hazırlayan şirkət Zəngilan şəhərinin Baş planını da hazırlayıb. Mən o vaxt demişdim ki, Zəngilan şəhəri təbiətə sıx inteqrasiya olunmalıdır, park-şəhər olmalıdır, Kəlbəcər də həmçinin. Kəlbəcərin də özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması, əlbəttə ki, bu təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edilsin. Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə bizdə konsepsiya artıq hazırdır. Kəndlərin yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik”.

Qeyd edək ki, ulu öndər Heydər Əliyev də aşıq sənətinə, folklorumuza daim yüksək qiymət verib. Belə ki, 1972-ci ildə Aşıq Ələsgərin 150 illiyi ilə bağlı Ulu Öndərin göstərişi əsasında həm Bakıda, həm də Moskvada - Kreml Sarayında tədbir keçirildi. Heydər Əliyevin göstərişi ilə Göyçə mahalında, Dədə Ələsgərin yurdunda onun büstü ucaldıldı. Bundan sonrakı dönəmlərdə Aşıq Ələsgərin 170, 175, 180, 185, 190 illik yubileyləri də ardıcıl şəkildə dövlət səviyyəsində qeyd olundu.

Bu gün Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin də aşıq sənətinə göstərdiyi diqqət, verdiyi önəm müxtəlif zamanlarda imzaladığı Sərəncamlarda öz əksini tapır. Məsələn, “Gədəbəy Aşıq Musiqisi Məktəbi”nin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 26 may, “Aşıq Şəmşirin 125 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 2 aprel, “Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 6 mart 2019-cu il, “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli Sərəncamlarını xüsusi vurğulamaq lazımdır.

Aşıq sənətinin beşiyi

Şifahi söz sənətinin, eləcə də aşıq sənətinin inkişafı baxımından zəngin bölgələrimizdən biri Kəlbəcərdir. Torpağının altı da, üstü də sərvət olan Kəlbəcəri itirməklə Azərbaycan zəngin xəzinələr diyarını itirmişdi. Amma bu gün o xəzinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində əbədi olaraq xalqımıza qaytarıldı. Kəlbəcər saymaqla bitməyən sərvətlərinə görə dünyanın heç bir yeri ilə müqayisə edə bilməyəcəyimiz zəngin məkandır. Kəlbəcər torpağı həm də mədəniyyətin, sazın-sözün beşiyi, qüdrətli sənətkarların yetişdiyi bir diyardır. Klassik ədəbiyyatımızın ustadı Ağdabanlı şair Qurbandan və XX əsr Azərbaycan ədəbiyyatının, eləcə də aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşirdən başlayaraq Kəlbəcərdə zəngin ədəbi mühit formalaşıb, bu gün də həmin mühit yaşayır və inkişaf edir. Azərbaycan aşıq sənətinə öz töhfəsini verən digər kəlbəcərli aşıqlar sırasında şair Aşıq Allahverdi Qəmkeş, Aşıq Ədalət Dəlidağlı, Aşıq İslam, Aşıq İsmayıl, Aşıq Əbülfət, Aşıq Firudin, Aşıq Bəhmən, Aşıq Sabir, Aşıq Hidayət, Aşıq Telman, Aşıq İmran, Aşıq Məşədi Novruz, Aşıq Mirzə (Ağ Aşıq), Aşıq Eyvaz, Aşıq Əziz, Balabançı Salman, Aşıq Firudin, Aşıq Bəhmən, Aşıq Qardaşxanın da adını vurğulamaq olar.

Şübhəsiz ki, kəlbəcərli söz adamları doğma yurdlarına döndükdən sonra daha gözəl, parlaq əsərlər yaradacaqlar, həmin əsərlərdə bugünkü qələbələrimiz, Müzəffər Ali Baş Komandanımızın və şanlı ordumuzun qüdrəti də öz əksini tapacaq.

Ruhumuzun dirçəlməsi

Millət vəkili, Əməkdar elm xadimi, professor Nizami Cəfərov “Yeni Azərbaycan”a açıqlamasında ölkə başçısının aşıq sənətinə verdiyi önəm barədə danışıb. Professorun sözlərinə görə, işğaldan azad olunan regionlarımız çox zəngin folklora malik regionlardır. Həmin bölgələrimizdə folklorun, xüsusilə də aşıq sənətinin inkişafı hər zaman yüksək idi: “Kəlbəcərimizin aşıq sənəti hər zaman məşhur olub. Qədim zamanlardan gələn aşıqlarımız var. Onların son və ən möhtəşəm nümayəndəsi məhz Aşıq Şəmşir idi. Bundan sonra da Kəlbəcər rayonunda aşıq sənətinin inkişaf etdirilməsi qarşıya qoyulan əsas məqsədlər sırasındadır. Cənab Prezidentin də aşıq sənətinə verdiyi yüksək qiymətin hər zaman şahidi olmuşuq. Məsələn, Gədəbəy rayonunda aşıq sənətinin inkişafı ilə bağlı çox mükəmməl bir mərkəz yaradılıb. Hələ xalq şairimiz Zəlimxan Yaqub Aşıqlar Birliyinin sədri olandan bu mərkəz fəaliyyət göstərir. İndi Kəlbəcərdə də belə bir mərkəzin yaradılmasına dair cənab Prezidentin söylədikləri, müəyyən tapşırıqları çox mühüm əhəmiyyətə malikdir”.

N.Cəfərov qeyd edib ki, bir zamanlar Kəlbəcərdən köçürülmüş əhali öz torpaqlarına, yurd-yuvalarına qayıdacaqlar: “Həmin zonanın aşıq sənətinə dair özünəməxsus yaradıcılığı və istedadı var. Hətta Kəlbəcərə geri qayıdan əhali də məhz aşıq sənətinin daşıyıcılarıdır. Ümumiyyətlə, aşıq sənəti mürəkkəb bir yaradıcılıq prosesidir. Kəlbəcərlilər də bir zamanlar müxtəlif regionlarımıza üz tutaraq özləri ilə bu möhtəşəm yaradıcılığı gətiriblər. Amma Kəlbəcər torpağının özü, mühiti, əhval-ruhiyyəsi elədir ki, orada aşıq mühiti yenidən yüksək formada bərpa olunacaq. Bu, Azərbaycanın müxtəlif ərazilərinə yayılan kəlbəcərlilərin qayıtması hesabına, həm də o mühitin özünün hesabına yaradılacaq. Ölkə başçısının qeyd etdiyi aşıq mərkəzinin yaradılması bir daha öz önəmini sübut edir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin möhtəşəm bir dirçəlmə anlayışı var. Ölkə başçısı öz çıxışlarında tez-tez bu anlayışa toxunur, bu dirçəlmə isə tək iqtisadiyyatımıza yox, mənəviyyatımıza, ruhumuza aiddir”.

Paylaş:
Baxılıb: 163 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31