Paşinyanın Paris sərgüzəştləri...
28.09.2022 [10:42]
Erməni hiyləgərliyi yenə də özünü büruzə verir
Pərviz SADAYOĞLU
Postmüharibə dövründə sülh danışıqlarından yayınmaq, hətta müəyyən “üstünlük” qazanmaq üçün rəsmi İrəvan özünə yeni “siyasi xətt” müəyyənləşdirib. Bu “siyasi xətt” isə Ermənistanın diqqətini uzaq Qərbə “yönəldib”. Belə ki, baş nazir Paşinyanın ard-arda Qərb ölkələrini “ziyarətə getməsi”, onlardan kömək diləməsi düşdüyü situasiyaya aydınlıq gətirir - Azərbaycan bu gün istər danışıqlar masasında, istərsə də hərb meydanında üstün vəziyyətdədir. Ermənistan bu situasiyadan necə çıxa bilər, sualının cavabı var - bu yol Azərbaycanın şərtlərinə əməl etməkdən keçir.
Ermənistanın siyasi rəhbərliyi isə qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanımaq, regionda davamlı sülhün, təhlükəsizliyin təmininə yol açmaq, iqtisadi layihələri sürətləndirmək yerinə yenə də absurd fikirlərə düşür. Hətta “siyasi meyid” hesab edilən ATƏT-in Minsk qrupunu yenidən diriltmək uğrunda çalışır. Bununla yanaşı, 30 ilə yaxın BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını həyata keçirməyən, başqa sözlə bu qətnamələrə laqeyd yanaşan rəsmi İrəvan indi sərhəddəki vəziyyətin BMT TŞ tərəfindən “nəzarətdə saxlanılmasını” arzulayır. Əgər BMT TŞ-nin qərarları Ermənistan üçün belə vacib idisə, nə üçün həmin qurum tərəfindən verilmiş qətnamələr 30 ilə yaxın məhz İrəvan tərəfindən icra olunmadı?
30 ildən sonra “xatırlanan” BMT TŞ...
Eyni məqamlara Paşinyanın Fransa səfəri çərçivəsində də rast gəlmək mümkündür. Belə ki, Fransa prezidenti Makronla görüşdən sonra KİV qarşısında çıxış edən Paşinyan bildirib ki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət BMT Təhlükəsizlik Şurasının diqqət mərkəzində olmalıdır. O, Fransanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsindən maksimum yararlanmağa çalışdığını bir daha ortaya qoyub. Bəli, erməni məkri özünü növbəti dəfə göstərir - Paşinyan əlinə düşən bu mənasız fürsətdən maksimum istifadə etməyə çalışır və Azərbaycanı “təcavüzkar” kimi qələmə vermək istəyir. Paşinyan beynəlxalq ictimaiyyətə Ermənistanın sərhədyanı rayonlarına müşahidəçilər göndərməyi belə təklif edib.
Göründüyü kimi, ermənilər növbəti dəfə özlərindən “məzlum xalq” obrazı formalaşdırmağa çalışırlar. 1990-cı illərin əvvəlində bu fənd işə yarasa da, bu dəfə alınmır. Çünki Ermənistanın təcavüzkar olması, Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlaması, istər xalqımıza, istərsə də milli-mədəni abidələrimizə qarşı soyqırımı həyata keçirməsi faktlarla sübut edilib. 44 günlük müharibə dövründə Prezident İlham Əliyev Ermənistanın işğalçı simasını bütün dünyaya nümayiş etdirib. Bu mənada, Paşinyanın hazırki “çırpınışları” işə yaramır. Beynəlxalq aləm 44 günlük müharibədən sonra işğaldan azad edilmiş regionlara səfərləri zamanı erməni vandalizmini öz gözləri ilə gördülər. Bununla bağlı Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə müraciətlər ünvanlayıb. Bütün faktlar Azərbaycanın haqlı olduğunu sübut edir.
Ermənistanın yeni oyunu - xəritə
Nikol Paşinyan Yelisey sarayındakı mətbuat konfransında kommunikasiyaları açmağa hazır olduğunu da qeyd edib. Amma onun fikrincə, bu addım Ermənistanın qanunvericiliyi əsasında həyata keçməlidir. Burada da maraqlı nüans ortaya çıxır. Axı, Zəngəzur dəhlizi məsələsi 10 noyabr razılaşması əsasında təmin edilir. Başqa sözlə, üçtərəfli bəyanatın 9-cu bəndində göstərildiyi kimi, “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir”. Belə olduğu halda, Paşinyanın bu dəhlizin açılmasına maneə yaratmaq cəhdləri, o cümlədən digər iqtisadi və nəqliyyat dəhlizlərini də blokdan çıxarmaması başadüşülən deyil. Bu, birmənalı şəkildə üçtərəfli bəyanatın müddəalarına əməl etməmək, sülh prosesini əngəlləmək xarakteri daşıyır. Öz çıxışında Paşinyan Azərbaycanla münasibətlərin uzunmüddətli nizamlanması üçün sülh müqaviləsinin imzalanmasını zəruri hesab edir. Sadəcə olaraq, onun irəli sürdüyü “fikirlər” adekvat sayıla bilməz. Paşinyanın sözlərinə görə, bu sənəd “MDB-nin 1991-ci il 8 dekabr tarixli sazişi çərçivəsində sərhədlərin qarşılıqlı tanınması” əsasında bağlanmalıdır.
Bəli, xəritə məsələsi Paşinyanın yeni oyunudur desək, yanılmarıq. Belə ki, delimitasiya və demarkasiya ilə bağlı dəfələrlə fərqli fikirlər səsləndirən, hətta Azərbaycandan xəritə “istəyən” Ermənistan tərəfinin iddiaları gülüncdür. Bu adamlar hələ də birmənalı qərar qəbul edə bilmirlər.
Azərbaycanın bu məsələdə mövqeyi isə birmənalıdır. İşğala məruz qalmış ölkə olsa da, Azərbaycan yenə də sülh və təhlükəsizlik şəraitinin formalaşmasını istəyir. Bunun üçün isə, sərhədlər müəyyənləşməli və iki ölkə arasında sülh sazişi imzalanmalıdır. Yeri gəlmişkən, Prezident İlham Əliyev də sentyabrın 21-də Laçın rayonuna səfəri zamanı bildirmişdi ki, biz təklif etdik ki, delimitasiya prosesinə start verək. Bunu təxminən bir ildən çox müddət ərzində uzatdı. İndi isə bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır. Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır: “Biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir”.
Politoloq Tofiq Zülfüqarov da “İctimai TV”nin “Diqqət mərkəzi” ver?lişində bu məsələyə münasibət bildirib. O vurğulayıb ki, əgər Ermənistan müharibədən, məğlubiyyətdən sonra öz sərhədini təsdiq etmək istəyirsə, bu sərhədlərin haradan ibarət olduğunu bəyan etməlidir: “Ermənistanın sərhədi haradır? Vaxtilə deyirdilər ki, müstəqillik haqqında aktda guya göstərilib ki, Qarabağ Ermənistana birləşib. Müharibədən az əvvəl isə Paşinyan işğal altındakı digər əraziləri də “birləşdirərək” deyirdi ki, “Artsax Ermənistandır”. İndi isə deyirlər ki, sovet xəritələri əsasında olmalıdır. Hansı ilin xəritəsini əsas götürək? Ermənistan istəyir ki, onların sərhədlərinin haradan keçdiyini biz deyək. Axı, sən əvvəlcə özünün sərhədlərinin müəyyənləşdiyi xəritəni ortaya qoymalısan, sərhədlərini göstərməlisən. Ermənistan dövrü şəkildə müxtəlif bəyanatlar verir. İndi bu bəyanatların hansı qüvvədədir? Əgər söhbət sovet xəritələrindən gedirsə, 1920-ci illərdəki xəritələr var. Biz həmin xəritədə göstərilən ərazi bütövlüyünə hörmət edirik. Bizim arqumentlərimiz kifayət qədərdir - həm tarixi, həm hüquqi, həm hərbi imkanlarımız var. Müharibə bizim seçimimiz deyil. Ermənistan bizə başqa yol buraxmadı. Müharibə, yoxsa sülh seçimi artıq Ermənistandadır. Biz öz seçimimizi etmişik - ərazi bütövlüyümüz təmin olunmalıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşamalıdır. Tarixi ədalət bərpa olunmalıdır. Bu bizim seçimimizdir, prinsiplərimizdir”.
Puç olmuş arzular...
Paşinyanın “Paris sərgüzəştləri” arasında ən gülünc məqamlardan biri isə artıq aktual olmayan məsələləri yenidən gündəmə gətirmək cəhdləridir. O hələ də, olmayan “Dağlıq Qarabağ problemi”nin həllini “vacib hesab edir”. Hətta bir az da uzağa gedərək separatçı, qondarma rejimə legitimlik qazandırmağa belə niyyətlənir. Erməni baş nazir utanmadan, bu kontekstdə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi “rolunu” da vurğulayır.
Birincisi, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Paşinyan unudur ki, 44 günlük müharibənin sonunda imzaladığı kapitulyasiya münaqişəyə son qoydu. Qarabağ ərazisi isə Azərbaycanın suveren ərazisidir. Separatçı rejim isə heç bir zaman Azərbaycan üçün “qarşı tərəf rolunu” oynamayıb, oynaya da bilməz. Paşinyan bütün bunları yaxşı bilir. Sadəcə olaraq, indiki həssas məqamda bütün vasitələrlə sülh prosesinə mane olmağa çalışır.
İkincisi isə, ATƏT-in Minsk qrupu artıq öz aktuallığını çoxdan itirib və siyasi gündəmdən çıxıb. Çünki bu qrup münaqişənin tənzimlənməsi üçün tərəflər arasında vasitəçilik edirdi. Artıq münaqişə olmadığı üçün belə bir qrupa da ehtiyac yoxdur deməkdir. Paşinyanın “ölü diriltmək” arzusu isə elə arzu olaraq qalacaq...
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Gündəm
01 İyun 10:02
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

